GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar - Bakıda tikinti özbaşınalığı

Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar - Bakıda tikinti özbaşınalığı

Tarix: 27-01-2022, 12:25 Bölmə :Müsahibə Baxış: 417


Bakıda 200-dən çox tikintisi yarımmıq qalmış bina var. Onların sonrakı aqibəti hamı üçün, xüsusilə tikinti başlayan zaman şirkətlərə müəyyən məbləğ ödəyən vətəndaşlar üçün maraqlıdır. Yeni tikili binaları inşa edən bəzi şirkətlərin, MMC-lərin vəzifəli şəxslərinin səhlənkarlığı və işbilməzliyi ucbatından hər il bir neçə tikilməkdə olan çoxmənzilli yaşayış binasında müəyyən problemlər meydana çıxır. Bu problemlərdən ən geniş yayılmışı tikintinin söz verilən vaxtda yekunlaşdırılmaması və mənzillərin 2 və daha artıq şəxsə satılmasıdır. Ölkədə bu istiqamətdə problemlər artıq uzun illərdir ki, mövcuddur və davam edir. Düzdür, son illərdə bu kimi halların azalması müşahidə edilsə də, bu problemlər bəzi binalarda hələ də qalmaqdadır. GUNDEMXEBER.AZ-ın məlumatına görə, iqtisadçı Abbas Məmmədov Bizimyol.info saytına açıqlamasında bildirib ki, tikilən binaların yarımçıq qalması və mənzillərin bir neçə şəxsə satılması halları əsasən bazarda təcrübəsi az olan və ya yeni yaranmış tikinti şirkətlərində rast gəlinir. Yəni əmlak sektorunda uzun illər tanınan və etibar qazanmış şirkətlərdə demək olar ki, bu kimi hallara rast gəlinmir. Bu kimi halların yaranmasının 4 əsas səbəbi var:

İlk olaraq tikinti işini aparan şirkətlərin maddi bazasına nəzarətin və ya hər hansısa bir tələbin olmaması. Məsələn, Nizamnamə kapitalı 100 manatla qurulan bir “XXX MMC” bazar dəyəri milyonlarla ölçülən bir tikilini inşa etməyə başlayır. Yəni, sabah hər hansısa bir problem yarandıqda, bu problemləri həll etmək üçün həmin şirkətin dövlət tərəfindən müsadirə ediləcək heç bir maddi varlığı olmur.
Qanunvericilikdə olan boşluqlar; tikilən binanın layihəsi təsdiqləndiyi zaman tikinti müddətinə dair şirkətə hansısa tələbin qoyulmaması və tikinti prosesinin davamiyyətinə nəzarəti həyata keçirən hər hansısa bir qurumun və ya sanksiya tədbirinin tətbiq edilməməsi.
Tikintisinə başlanılan və ya tikilməkdə olan binada müştərilərə edilən satışların reyestrinin müvafiq dövlət qurumları tərəfindən aparılmaması. İlk növbədə belə bir reyestr işinin təşkil edilməməsi mənzillərin iki və ya daha artıq şəxsə satılması hallarına çox münbit şərait yaradır. Məsələn, belə deyək, 160 mənzillik bir binada 200 mənzilin satılıb-satılmayacağı artıq o şirkətin rəhbərinin vicdanına buraxılır.
Hesablaşmaların əsasən nəğd şəkildə həyata keçirilməsi həm vergidən yayınma hallarına, həm də satılan mənzilin dəyərinin az göstərilməsinə səbəb olur. Bu da məhkəmə mübahisəsi yarandıqda müştəriyə çox böyük maddi zərər vurur.
Ekspert qeyd edir ki, bu binalarda işlər yarımçıq qaldıqdan və mübahisəli mənzillər yarandıqdan bir müddət sonra yaranan narazılıqlar və qanunsuz hallara görə sakinlər tərəfindən müvafiq qurumlara və məhkəmə orqanlarına şikayət edilir. Binanı inşa edən və ya cavabdeh şəxslər ya həbs edilir, ya da problemlərin həll edilməsi üçün onlara fürsət yaradılır. Bundan sonra həmin bina digər böyük tikinti şirkətlərinə rentabelli gəlirsə, onlar tərəfindən alınır və binanın işləri tamamlanır: “Bu, ən yaxşı ssenaridir. Ən pis halda isə bina sakinlərin ümidinə qalır və illər keçsə də, problemləri həll edilməmiş vəziyyətdə qalır. Bu günə kimi Bakı şəhərində bu aqibəti yaşayan onlarla bina var. Tikinti işləri yarımçıq qalmış binada əgər bir mənzil iki və ya daha çox şəxsə satılması halı da varsa, məhkəmə mənzil ilk hansı müştəriyə satılıbsa əmlakın ona məxsusluğunu təsdiq edir. Mənzili sonradan alan şəxs və ya şəxslərsə, nəsə əldə etmədən sadəcə zərərçəkmiş olaraq qalır”.

A.Məmmədov qeyd edir ki, hazırda tikinti bazarında bu kimi halların meydana çıxması ötən illərlə müqayisədə azalsa da, bir xeyli yeni tikilinin problemi hələ də həll olunmamış qalır: “Vətəndaşlara məsləhətimiz odur ki, çoxmənzilli yaşayış binalarında mənzil aldığınız zaman ilk növbədə mənzilin çıxarışının olub-olmamasına diqqət yetirin. Əgər binada hələ də çıxarışlar verilməyibsə, tikinti şirkətinin tanınan və etibarlı şirkət olub-olmadığını araşdırın, əvvəlki layihələri ilə maraqlanın. Belə problemli binalarda qiymətlər öz ərazisinə müvafiq olaraq çox ucuza təklif edilir. Bu məqam da sizi şübhələndirən əsas faktor olmalıdır. Əgər tikinti şirkətləri barədə məlumatınız yoxdursa, bu zaman peşəkar əmlak ekspertlərindən məsləhət alın və ya rəsmi fəaliyyət göstərən əmlak agentliklərinə müraciət edin”.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tikintisi başa çatmayan binalarda mənzillərin pulunun tam ödənilməsi tələb edilə bilməz

    Tikintisi başa çatmayan binalarda mənzillərin ...

    18-11-2017, 15:52

  • 
  • Təzə binalarda məskunlaşma niyə yoxdur? - PROBLEM

    Təzə binalarda məskunlaşma niyə yoxdur? - PROBLEM ...

    21-12-2013, 12:49

  • 
  • Alimlərin binasında bəzi evlər başqalarına satılıb

    Alimlərin binasında bəzi evlər başqalarına satılıb ...

    7-11-2013, 12:21

  • 
  • “Sahil-İnşaat” vətəndaşları necə aldadır? – Bakıda daha bir mənzil dədləduzluğu

    “Sahil-İnşaat” vətəndaşları necə aldadır? – ...

    7-01-2021, 14:10

  • 
  • Bakıda yaşayış binasında yanğın baş verib

    Bakıda yaşayış binasında yanğın baş verib ...

    4-08-2015, 12:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu