"Rusiyanın Ukraynaya ehtimal edilən müdaxiləsi postsovet coğrafiyada Kiyev, Kişinyov və Tiflisin Qərblə münasibətlərinin daha da dərinləşməsinə rəvac verəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Kremlin Ukraynaya hücumu fonunda postsovet şinelindən çıxan digər ölkələrin Moskvaya münasibətdə sərgiləyəcəkləri mövqeni dəyərləndirərkən deyib.
Ekspertin fikrincə, bu fonda sözügedən coğrafiyada 3 istiqamət özünü göstərə bilər:
"Rusiyanın Ukraynaya müdaxilə edəcəyi ehtimalının böyük olduğunu düşünmürəm. Çünki müdaxilənin siyasi hədəfi olmalıdır. Amma bu baş verərsə, postsovet düşərgəsinin Qərbə daha yaxın ölkələri fürsətdən istifadə edib, Rusiyadan daha da uzaqlaşmaq yolunu tutacaq. Yəni bu hadisənin reallaşacağı təqdirdə, Ukraynanın özü, Gürcüstan və Moldova kimi ölkələr Rusiya ilə əlaqələrini daha da zəiflədəcəklər. Belədə bu ölkələr Rusiya təhlükəsizliyini vurğulayıb, Qərblə münasibətləri daha da dərinləşdirəcəklər.
Amma Rusiyaya yaxın mövqedə olan ölkələr, xüsusən də Belarus və Mərkəzi Asiya dövlətləri Moskvaya münasibətdə daha ehtiyatlı davranmağa çalışacaqlar. Azərbaycan kimi balans siyasəti yürüdən ölkələr də daha ehtiyatlı davranmaqla əvvəlki tək müstəqil siyasət həyata keçirməkdə davam edəcəklər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?