GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Gömrük İttifaqı və Avrasiya İttifaqı Azərbaycan üçün məqbul deyil”

“Gömrük İttifaqı və Avrasiya İttifaqı Azərbaycan üçün məqbul deyil”

Tarix: 18-11-2013, 13:19 Bölmə :Müsahibə Baxış: 682
“Gömrük İttifaqı və Avrasiya İttifaqı Azərbaycan üçün məqbul deyil”
“Məni ən çox prezidentin mövqeyi maraqlandırır”

“Mən onlara nə arzu edə bilərəm: azadlıq, azadlıq, yenə də azadlıq...”



Milli Məclisin üzvü, istiqlalçı deputat Vahid Əhmədovla Milli Dirçəliş gününə təsadüf edən söhbətimizdə təkcə büdcə müzakirələri, bahalaşma, sosial-iqtisadi durumdan danışmadıq. Hər zaman cəmiyyətdə barış tərəfdarı olan ağsaqqal millət vəkili ilə görüşümüz zamanı reallaşmasına ehtiyac duyulan iqtidar-müxalifət dialoqu, həbsdəki siyasilər, həmçinin, növbəti dəfə Azərbaycanın başının üstünü alan “qara bulud”dan - şimal təhlükəsindən söz açdıq.


- Vahid müəllim, Milli Məclisdəki büdcə müzakirələrini siz necə dəyərləndirirsiniz?

- Ümumi götürəndə əlbəttə, bu məsələlər kənardan daha yaxşı görünür. Amma 2008-ci ildən başlayan qlobal maliyyə böhranı ki, hələ davam edir, o mənada 2014-cü ilin dövlət büdcəsinin Milli Məclisə bu şəkildə təqdim olunması normal haldır. Səbəbini deyim. Biz onsuz da bilirdik ki, 2013-dən etibarən Azərbaycanda neft hasilatının aşağı düşməsi prosesi başlayacaq, bunu parlamentin hər iclasında təkrar edirdik. Çünki özümüzün də hesablamalarımız var və dünyada gedən iqtisadi prosesləri izləyirik. Doğrudan da 2013-cü ildən başlayaraq neft hasilatı ildə 5-6 faiz aşağı düşməyə başlayır. Buna görə də büdcənin gəlir və xərc hissəsində ehtiyatlı varianta üstünlük verdilər ki, büdcə ilə bağlı gərginlik yaranmasın. Hətta neftin qiymətini 100 dollar götürdülər ki, ola bilər dünya birjasında neftin qiymətində müəyyən problemlər baş versin. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, hökumətin 2014-cü il üçün təqdim etdiyi büdcə normal büdcə kimi qəbul oluna bilər.

- Yəni büdcə haqqında qanunda sizi narahat edən məqamlar yoxdur?

- Bizi həmişə narahat edən məsələlərdən biri Neft Fondundan büdcəyə transfertin həddən artıq olması idi. 2013-cü ildə bu rəqəm 11,3 mlrd. manat idisə, 2014-cü ildə 9,3 mlrd. manat nəzərdə tutulub, bu, müsbət haldır. İkinci bizi ən çox narahat edən məsələ vergi borcları ilə əlaqədar idi. 4-5 il bundan qabaq vergi borcları 7 milyard manata yaxın idi, amma indi təxminən 2,4 mlrd-a düşüb. Vergilər naziri burada müəyyən qədər fəaliyyət göstərib ki, bu borclar azalıb. Amma bizi narahat edən məsələlər də var. Birincisi, neftin hasilatının aşağı düşməsidir və gələcək illərdə bu, davam edəcək. Bu səbəbdən büdcənin gəlir hissəsində yaranan gərginlik aradan qaldırılmalıdır. Bunun üçün biz həmişə demişik ki, dövlət büdcəsinin normal fəaliyyət göstərməsi üçün qeyri-neft sektorunu çox ciddi inkişaf etdirmək lazımdır. Düzdür, 2012, 2013, hətta 2014-də də 10-14 faiz artımın olması nəzərdə tutulub. Amma bu artım büdcəyə yüksək gəlir gətirmir. Qeyri-neft sektorunda o sahələrdə ki, inkişaf var, onlar büdcəyə az gəlir verir. Yəni hələ ki, iri sənaye və kənd təsərrüfatı obyektlərinin istifadəsinə o qədər də nail olmamışıq, ona görə də bu problem hökumətin qarşısında çox ciddi olaraq qalır. İri zavodların tikintisi, iri fermer təsərrüfatının yaradılması lazımdır. Düzdür, indi dövlətin dəstəyi ilə iki fermer təsərrüfatı yaradılıb, amma bu işi genişləndirmək lazımdır. Üçüncü ən ciddi problemi mən komitə iclasında da qaldırdım, bu da ehtiyac meyarı ilə yaşayış minimumu arasında fərqdir. Ümumiyyətlə, beynəlxalq aləmdə ehtiyac meyarı anlayışı yoxdur. Bütün sosial sahələr yaşayış minimumu ilə əlaqələndirilir. 2014-ci ilin dövlət büdcəsində də bu fərq hardasa 25 manatdır. Yəni 100 manat ehtiyac meyarıdır, 125 manat yaşayış minimumudur. Biz təklif edirdik ki, ümumiyyətlə, ehtiyac meyarı anlayışı götürülsün, yaşayış minimumu saxlanılsın. Cənab Samir Şərifov da bunun tərəfdarıdır. Amma o, qeyd etdi ki, müəyyən qədər vaxt lazımdır. Yəqin ki, bir neçə ildən sonra artıq ehtiyac meyarı aradan çıxacaq, hesabatlar hamısı yaşayış minimumu ilə hesablanacaq. Neft hasilatının aşağı düşməsi ilə əlaqədar gələcəkdə ciddi problemlərlə üzləşməməyimiz üçün hökumət qeyri-neft sektorunun gəlir gətirən sahələrinin inkişafına daha çox diqqət yetirməlidir. 2014-cü il dövlət büdcəsində əsaslı vəsait qoyuluşu hardasa 6,3 mlrd. manat nəzərdə tutulubsa, 2017-ci ildə bu, 3 mlrd. manata endiriləcək. Hiss olunur ki, dövlət büdcəsində müəyyən azalmalar gedəcək. Bu azalmaların qarşısını almağın da əsas mənbəyi məhz qeyri-neft sektorundan gələn gəlirlərin təmin olunmasıdır.

- Neft gəlirlərinin pik həddində də əhalinin müəyyən təbəqəsinin maaş və pensiya təminatında əsaslı dəyişiklik olmadı. Bu, perspektivdə daha acınacaqlı vəziyyətin yarana biləcəyini deməyə əsas verirmi?

- Acınacaqlı vəziyyətin yaranmasını gözləmirəm. Birincisi, Azərbaycanın 50 mlrd. dollara yaxın ehtiyatı var. Dövlət büdcəsində gərginlik olsa, istənilən vaxt dövlət başçısı ondan istifadə edə bilər. Amma mən bu büdcəni ehtiyatlı və müəyyən gərginliklərlə müşahidə olunan büdcə hesab edirəm. Bu da əsasən neft hasilatının aşağı düşməsi ilə əlaqədardır. Bəli, pik həddi olan dövrdə əsas maliyyə vəsaitləri infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldildi. Mən analiz eləmişəm, son 7-8 ildə dövlət büdcəsindən xərclərin əsas hissəsi əsaslı vəsait qoyuluşuna göndərilib. Yəni yolların çəkilməsi, su-kanalizasiya sisteminin qurulması, elektrik enerjisinin təmin edilməsi, qaz probleminin həlli - düzdür, axıra çatdırılmayıb - kimi problemlərə vəsait həddən artıq çox qoyulub. Mən vəsaitin şəffaflığı barədə danışmıram, bu, artıq başqa məsələdir. Amma bura vəsait ayrılıb. O cümlədən hökumət məktəblərin, xəstəxanaların tikintisi sahəsində böyük uğurlar əldə edib. O ki qaldı həkimlərin, müəllimlərin maaşına, əlbəttə, bu sahədə problemlər var. Hətta icra strukturlarında çalışan kiçik məmurların maaşı da 150-160 manatdır, çox aşağıdır. Əhali ilə birbaşa təmasda olan həmin icra hakimiyyəti nümayəndələridir, onların da maaşlarında ciddi irəliləyiş yoxdur. Bu problem ölkənin ictimai-siyasi, sosial həyatında var. O cümlədən pensiyanın məbləğini, baza hissəsini hələlik yüksək həddə gətirib çıxara bilməmişik ki, heç olmasa yaşayış minimumu səviyyəsində olsun və insanlar az da olsa, ehtiyaclarını ödəyə bilsin. Bu gün də bu problemlər var. Fikrimcə, 2015-17-ci illər dövlət büdcəsində problem yaranarsa, dövlət başçısı ehtiyat fondundan istifadə edə bilər.

- Bahalaşma anonsunu verməklə hökumət sanki cəmiyyətin mövqeyini yoxlamaq baxımından bir test elədi və sözünü geri götürdü. Siz bunun səbəbini necə izah edərdiniz?

- Biz dövlət büdcəsini analiz edəndə gördük ki, orda kommunal xidmətlərinə ayrılan vəsait təxminən 15 faiz artırılıb. Bu, birbaşa əmək haqqı ilə bağlı olan vəsait deyildi. Ona görə də biz, o cümlədən ekspertlər belə bir rəy verdilər ki, bu, qiymət artımı ilə əlaqədardır, hansısa kommunal xidmətlərdə qiymətlər artırılacaq. Amma dövlət qurumları izahat verdilər ki, belə bir məsələ yoxdur. Hətta mən komitənin iclasında iqtisadi inkişaf nazirinin müavini Sevinc xanımdan soruşdum, dedi ki, artım gözlənilmir. Amma hesab edirəm ki, tariflərin qiymətinin dəyişdirilməsi məsələsi gündəmdə var. Ola bilər ki, 2014-cü ildə bir daha bu məsələyə qayıdılsın və Tarif Şurasında baxılsın.

- Yəni doğrudanmı hökumət bunun təhlükəli olduğunun fərqində deyil?

- Elə hesab etmirəm ki, bu, təhlükə mənbəyi ola bilər. Amma Rusiyada yaşayan azərbaycanlıların miqrasiyası ilə əlaqədar yaranan problem, Azərbaycanda müəllimlərin, həkimlərin maaşı, pensiyalarla bağlı məsələ ciddi olduğu üçün mən iqtisadçı millət vəkili kimi hesab edirəm ki, hələlik qiymət artımına ehtiyac yoxdur. Çünki hər hansı bir kommunal xidmətin qiymətinin artırılması həmişə bazarda bütün qiymətlərin artımına səbəb olur. Yəni söhbət bir kommunal tarifinin artmasından yox, bazardakı bütün qiymətlərin artımından gedə bilər. Ona görə də mən Azərbaycanın indiki iqtisadi vəziyyətini və ehtiyatını nəzərə alaraq hesab edirəm ki, buna ehtiyac yoxdur.

- Rusiyadan danışmışkən, Azərbaycanı soyuqlaşan bu münasibətlər fonunda nə gözləyir? İstiqlalçı deputat olaraq Azərbaycanın Gömrük İttifaqına qoşulmasının təhlükəli olması haqda mövqeyiniz bəllidir. Sizcə, Bakı hansı qərarı verəcək?

- Məni bu məsələdə ən çox Azərbaycanın dövlət başçısının mövqeyi maraqlandırır. O da birmənalı olaraq həm inauqurasiya mərasimində, həm də seçkidən sonra xalqa müraciətində birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət aparır və müstəqil dövlət olaraq fəaliyyətini davam etdirəcək. Rusiyadakı soydaşlarımızla bağlı baş verənlər onu deməyə əsas verir ki, Azərbaycana güc nümayiş etdirmək, ölkəmizi sıxışdırmaqla onu Gömrük İttifaqına və Avrasiya İttifaqına qəbul etdirmək istəyirlər. Amma bu, Azərbaycan üçün qəbul olunan yol deyil. Azərbaycan müstəqil dövlət kimi yoluna davam etməlidir. Məncə, Azərbaycanın dövlət qurumları, ölkə hakimiyyəti də bunu başa düşür ki, əgər Azərbaycan öz müstəqilliyini əbədi etmək istəyirsə, bunun üçün Avrasiyaya inteqrasiya prinsipinə üstünlük verməlidir. Məsələn, bu yaxınlarda dövlət başçımızın Türkiyəyə səfərində çox yüksək səviyyədə sənədlər imzalandı, o cümlədən strateji əməkdaşlıq sahəsində. Bizi beynəlxalq aləmdə müdafiə edən əsas dövlət Türkiyədir. Türkiyə ilə iqtisadi, siyasi əməkdaşlığımız nə qədər yüksək olarsa, bu, bir o qədər də yaxşı olar. O cümlədən viza rejiminin müəyyən hissəsinin aradan qaldırılması ilə əlaqədar razılığın əldə olunması müsbət cəhətdir. Düzdür, Rusiya bizim strateji müttəfiqimizdir, qonşu dövlətdir, iqtisadi əlaqələrimiz yüksək səviyyədədir, bu ölkə ilə 2 milyarddan yuxarı ticarət dövriyyəsi var. Amma Rusiya da bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət aparır. Bölgədə də azdan-çoxdan, digər dövlətlərə nisbətən iqtisadi imkanları geniş olan dövlətdir. Ona görə də əsas mövqeni dövlət başçısı bildirib.

- Günün birində 1991-ci ilin mart referendumu ilə bağlı olay təkrarlana və yenə də istiqlalçılar azlıqda qala bilərmi?

- Hər şey ola bilər. Çünki parlamentin tərkibi hamıya məlumdur. Amma parlament əsasən YAP nümayəndələrindən ibarətdir, YAP-ın da sədri cənab İlham Əliyevdir. Azərbaycanın dövlət başçısının mövqeyi isə birmənalıdır. Fikrimcə, məsələ o səviyyəyə gəlib çıxmaz. Çünki dövlət başçısı Azərbaycanın müstəqilliyini qoruyub-saxlamaq üçün bir qarantdır və onun sözü də bizimçün əsas olmalıdır.

- Belə həssas məqamda iqtidarla müxalifətin bir araya gəlib masa arxasında müzakirələr aparması normal olmazdımı?

- Biz hamımız azərbaycanlıyıq, iqtidar da, müxalifət də bizimdir, burda heç bir ayrı-seçkilik ola bilməz. Məncə, vaxt gələndə bu müzakirələr keçiriləcək. Məsələn, Qarabağ məsələsində heç bir fikir ayrılığı yoxdur. Azərbaycanın müstəqilliyi də ortaya gələndə iqtidar və müxalifət eyni mövqedən çıxış edəcək. Amma mən həmişə iqtidar və müxalifətin dialoqunun, bir yerdə işləməsinin və normal iqtidar-müxalifət münasibətlərinin tərəfdarı olmuşam, bu gün də o mövqedəyəm.

- Həbsdəki gənclər, Tofiq Yaqublu, Yadigar Sadıqov, İlqar Məmmədov, Nemət Pənahlı və digərləri Milli Dirçəliş gününü də zindanda qarşıladı. Azərbaycanın xaricdən təzyiqləri üçün əsas yaradan bu məhbuslarla bağlı prosesə nöqtə qoymaq olmazmı?

- Hər bir dövlətin özünün daxili və xarici siyasəti var. Əlbəttə, mən bütün dustaqların azad edilməsini arzulayıram. Xüsusilə də NİDA Gənclər Təşkilatı üzvləri, Tofiq Yaqublu, İlqar Məmmədov Azərbaycanın ictimai-siyasi həyatında müəyyən rolu olan insanlardır. Mən onlara nə arzu edə bilərəm: azadlıq, azadlıq, yenə də azadlıq. Bu insanlar Azərbaycanın müstəqilliyini istəyən, proseslərdə daha fəal olan şəxslərdir. Yəqin ki, hökumət bu məsələnin həllində müəyyən addımlar atacaq.

- Son sualıma cavab istərdim: Azərbaycanın bu günü və gələcəyinə baxışınız necədir?

- Azərbaycanın son 10 ildəki inkişafını yüksək qiymətləndirirəm. Çox böyük işlər görülüb, bunu danmaq olmaz. Gələcəkdə isə Azərbaycanı müstəqilliyini daha da möhkəmlətmiş, siyasi-iqtisadi cəhətdən çox inkişaf etmiş, demokratik dövlət kimi görürəm. Mən ölkəmizdə gələcəyimiz olan gənclər üçün normal şəraitin yaradılacağını gözləyirəm. Tarix boyu demokratiya, inkişaf yolu keçən bütün dövlətlər belə təzyiqlərə məruz qalıb. Bu gün də bizə qonşu dövlətlər müəyyən təzyiqlər edirlər ki, asılı vəziyyətə düşək. Amma hesab edirəm ki, dövlət rəhbərliyi Azərbaycanın müstəqilliyini qoruyub-saxlamağa qadirdir və bu yolda biz həmişə onlara dəstək olmağa hazırıq.

Elşad PAŞASOY
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müəllim və həkimlərin maaşı artacaq

    Müəllim və həkimlərin maaşı artacaq ...

    7-01-2015, 00:35

  • 
  • Milli Məclis büdcə müzakirələrinə başladı

    Milli Məclis büdcə müzakirələrinə başladı ...

    2-10-2015, 12:20

  • 
  • "Bu layihəni Milli Məclisə mən təqdim etmişəm"

    "Bu layihəni Milli Məclisə mən təqdim ...

    20-05-2013, 22:31

  • 
  • İslamçılar da Cəmil Həsənli dedi

    İslamçılar da Cəmil Həsənli dedi ...

    25-08-2013, 14:42

  • 
  • Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na qoşulmayacaq”

    Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na ...

    25-11-2013, 15:05


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu