GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Putin öz taleyindən narahatdır, böyük stres keçirir...” – “Rusiyada hakimiyyət içərisində didişmə var”

“Putin öz taleyindən narahatdır, böyük stres keçirir...” – “Rusiyada hakimiyyət içərisində didişmə var”

Tarix: 18-05-2022, 14:43 Bölmə :Müsahibə Baxış: 687


Azad İsazadə: “İyuna qədər mövqe döyüşləri davam edəcək, sonra isə...”

Rusiya-Ukrayna müharibəsi davam edir. Hazırda qanlı döyüşlər Şərq Əməliyyar Regionunda - Donbasda aparılır. Ukrayna ordusu qarşı tərəfin hücumlarının qarşısını uğurla ala bilir və hətta ehtimal olunur ki, bir müddət sonra əks-hücuma başlayacaq.

Gundemxeber.Az bildirir ki, “AzPolitika.info” Rusiya-Ukrayna müharibəsinin gedişini hərbi ekspert, Müdafiə Nazirliyinin Analitik İnformasiya Mərkəzinin sabiq rəisi Azad İsazadə ilə müzakirə edib:

- Azad müəllim, aprelin ortalarında Rusiya elan etdi ki, Ukrayna ilə müharibənin ikinci fazası başlayır və bu mərhələdə əsas məqsəd Donbası ələ keçirmək, Luqansk və Donetskin inzibati sərhədlərinə çıxmaqdır. Artıq müharbənin ikinci fazasının bir ayının tamam olmasına az vaxt qalır. Bu kontekstdə hərbi teatrda baş verənləri necə qiymətləndirirsiniz?

- Əvvəla, rusların elan etdiklərinə inanmaq olmaz, onlar hətta öz soyadlarını deyəndə belə, buna şübhə ilə yanaşılmalıdır. Əslində, müharibənin hər hansı bir fazası yoxdur. Onlar harada boşluq tapsalar o istiqamətdə də irəliləyirlər. Onların qurduğu ilkin plan boşa çıxdı. Martın 10-na qədər bu planla pis-yaxşı nəsə etmək istəyirdilər. Amma bundan sonra onlar harada mümkündür, orada irəliləməyə çalışırlar. Yəni, peşəkarlıq baxımından bu müharibənin mərhələləri yoxdur.

Vəziyyəti hərbi baxımdan qiymətləndirsək, böyük hücum fazası çoxdan bitib. Məsələn, Kiyevi, Dnepri götürmək, Zaporojyeni nəzarətə almaq artıq mümkün olmayıb. Əksinə, rus qoşunları geri çəkiliblər. Elan etdikləri ikinci fazaya görə, Donbası götürməyi düşünürlər. Əlbəttə, Mariupol ayrıca mövzudur. Əslində, onlarda heç nə alınmayıb. Son bir həftədə artıq müharibə mövqe döyüşləri vəziyyətinə keçir. Daha çox artilleriyadan istifadə edilir, tərəflər harada boşluq tapırsa, o istiqamətdə irəliləyirlər. Bu, Ukraynaya da aiddir. Məsələn, Ukrayna ordusu Xarkov istiqamətində boşluq tapan kimi irəlilədi. Donbasda isə rus ordusu bir qədər irəliləyib. Söhbət 3-5 kilometrdən gedir. Buna hücum əməliyyatı deyil, hücum hərəkətləri kimi baxmaq mümkündür.

- Hazırda yalnız Mariupol, Melitopol, Xerson, Rubejnı kimi şəhərlər rusların əlindədir. Üç aylıq müharibədə rusların qazancı yalnız budur...

- Bəli, üstəgəl bir neçə Ukrayna kəndi. Xerson vilayətinin yarısına ruslar nəzarət edir. Xarkov ətrafında da bəzi yerləri almışdılar. Amma bu məntəqələr indi azad edilib. Hazırda rusların nəzarəti altında olan əsasən Donetsk və Luqanskın kəndləridir. Mariupol da Donetsk vilayətinin şəhəridir. Eləcə də Liman rusların nəzarətindədir. Dediyiniz Rubejnı isə kiçik qəsəbədir. Rubejnı praktiki olaraq yoxdur, yer üzündən silinib. Ukrayna da burada itki verməyin mənasız olduğunu görüb geri çəkildi.

- Amma bu kiçik qəsəbə həm də deyilənə görə, böyük əhəmiyyətə malikdir...

- Razıyam. Onun strateji əhəmiyyəti bu ərazidən keçən yola nəzarətlə bağlıdır. Ukrayna geriyə çəkildi, hazırda ruslar bu yola nəzarət edir, amma Ukrayna mövqeləri elə qurulub ki, həmin yolu vura bilirlər.

- Ruslar elan edirdilər ki, əsas diqqət Donbasa yönələcək. Bəs, bu halda Donbasa aid olmayan Xersonda nədən aktivlik göstərirlər?

- Xerson ayrıca vilayətdir. Əslində, diqqət edəndə görürük ki, ruslar harada müqavimətlə rastlaşıblarsa, ora girməyiblər. Xersonda əhalinin müqaviməti baş verdi, amma Ukrayna ordusu müqavimət göstərmədi. Ukrayna hələlik bunun səbəblərini açıqlamır, lakin xəbərlər var ki, Xersonun niyə müqavimət göstərmədiyi ayrıca araşdırılacaq və bununla bağlı istintaq aparılacaq. Söhbət ordudan gedir. Çünki əhali küçələrə çıxıb etiraz edirdi, ordu isə şəhərdən çəkildi. Bu, bir qədər qaranlıq mövzudur. Yəqin ki, rəsmi Kiyev bunun səbəblərini bilir, sadəcə, hələ səsləndirmir.

İkincisi, Krım tərəfdən də Ukrayna ordusu geri çəkildi. Halbuki, orada da mövqe saxlamaq olardı. Krımla Ukrayna sərhədində bir-iki körpü var və buranı saxlamaq rahat idi. Amma fevralın 24-25-də Ukrayna ordusu geri çəkildi. Bu, ruslara imkan verdi ki, sürətlə Mariupolu mühasirəyə alsın və Xersona daxil olsun. Bu, müharibə zamanı Ukrayna ordusunun ən böyük səhvlərindən biri oldu. İstisna etmirəm ki, burada satqınlıq məsələsi də ortaya çıxa bilər. Krımdan Ukraynaya keçən yoldan ordu əvvəl çəkildi, sonra qayıtmaq istəyəndə isə artıq gec idi. Hətta orada körpülər minalanmışdı, amma məlum oldu ki, kimlərsə minaları zərərsizləşdirib. İstisna etmirəm ki, burada xainlik məsələsi var. Yeri gəlmişkən, biz Şuşanı itirəndə minalanmış yolları sonradan təmizləmişdilər ki, guya ATƏT-in nümayəndə heyəti gələcək və s. O vaxt belə məsələlər səslənirdi. Bunlar bir-birinə oxşar hallardır. Odur ki, rus ordusu Xersonu rahat götürdü. Qalan yerlərdə isə müqavimət göstərilib. Əvvəl söhbət Kiyevdən, Ukrayna hakimiyyətinin devrilməsindən, silahsızlaşdırmadan gedirdi. İndi isə rusların əlində bir şüar var: Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə çıxmaq.

- Ukrayna ordusunun mümkün əks-hücumu haqqında fikirlər səsləndirilir. Düzdür, Ukrayna ordusu İzyum istiqamətində əks-hücum həyata keçirib. Amma söhbət Şərq Əməliyyat Bölgəsində böyük əks-hücumdan gedirsə, sizcə, bu mümkündürmü?

- İlk öncə əks-hücum terminini açıqlayaq. Hərbi baxımdan bir əks-hücum əməliyyatı, bir də əks-hücum hərəkətləri var. Biz müdafiədə dayananda xırda əks-hücum hərəkətləri etməklə düşməni öz mövqelərindən uzaqlaşdırırq. Amma nəticə olaraq heç nəyi azad etmirik. Əks hücum hərəkətləri adətən 3-5 kilometrlik hərəkətlərdir. Əks-hücum əməliyyatı isə strateji xarakter daşıyır. Bu, 50 kilometrə qədər istər eninə, istərsə də dərinliyinə keçirilən əməliyyatdır. Hələlik Ukrayna belə əməliyyatlara keçə bilmir, çünki buna gücü çatmır.

- Demək istəyirsiniz ki, Ukrayna ordusunun əks-hücumu baş verməyəcək?

- Ukrayna ordusunun ağır texnikası yoxdur. Üstəlik, əks-hücumun keçirilməsi gözlənilən yerlər meşəlik olmadığından silahlı qüvvələr hava zərbələri altında qala bilər. İndi Ukrayna ordusu Qərbdən gələn ağır texnikanı gözləyir. Üstəlik, Qərbi Ukraynada ehtiyat qoşunlar hazırlanır və onların ağır texnika ilə silahlanması gözlənilir. Bəli, ağır artilleriya artıq cəbhədədir və onun hesabına Xarkovda bir balaca irəliləyiş əldə edilib. Söhbət ABŞ-ın M-777 artilleriya qurğularından gedir. Yüzə qədər belə qurğu gəlib, onların yarısı artıq döyüşlərdədir. Ukraynalılar həm də bu texnikadan istifadəni öyrənməlidirlər. Qərbdən əlavə tanklar, zirehli maşınlar, özüyeriyən toplar gələndən sonra istisna etmirəm ki, Ukraynanın əks-hücum əməliyyatı başlaya bilər. Amma ən optimist tarixləri götürsək, bunun üçün bir aya qədər zaman tələb olunacaq. İyun ayına qədər mövqe döyüşləri davam edəcək. Hansısa bölgədə ruslar, hansısa regionda Ukrayna ordusu 3-5 kilometr irəliləyəcək.

- Hazırda Rusiya lideri Vladimir Putinin ağır xəstə olmasına dair şaiyələr gəzir. Hətta Rusiya ordusu daxilində çəkişmələrin olduğu, daxili hərbi-siyasi mühitdə mübarizə getdiyi barədə iddialar var. Həm də bir psixoloq həkim olaraq Putin haqda deyilənləri necə qiymətləndirirsiniz?

- Əvvəla, Putin həqiqətən də fiziki baxımdan “düşüb”. İki aylıq uğursuz müharibə az qala hər birimizi sarsıda bilər. Bu müharibəyə qədər özünü dünyanın padşahı sayan, amma az qala üç ayda Ukrayna ilə bacarmayan insan istər-istəməz böyük stress keçirir.

İkincisi, yəqin ki, Putinin fiziki xəstəlikləri də var. Mənim şəxsi fikrimcə, pandemiya mərhələsində Putin faktiki olaraq, tək yaşayıb, heç kimlə ünsiyyətdə olmayıb. Böyük ehtimalla Putində kovid fobiyası yaranıb. Mən özüm belə hallarla dəfələrlə rastlaşmışam, belə xəstələrim olub. Kovidfobiya yarananda insanda məntiq zənciri qırılır. Başlayır məntiqsiz hərəkətlər etməyə, insanlardan qaçmağa, məsafə saxlamağa və s. Çünki ünsiyyətdən qorxur. Məncə, bu səbəbdən də Putin qonaqları 6-8 metrlik masa arxasında qəbul edir. Çünki heç kimi yaxına buraxa bilmir. Buraxanda isə öz üzərində böyük təzyiq hiss edir. Ona görə də, Putin parad zamanı çox gərgin idi və olduqca zəif çıxış etdi. Faktiki paradın özü zəif oldu. Texnikanın çoxu itirilib. Məsələn, keçən illə bu ilki paradı müqayisə etsək görərik ki, ötənilki texnikanın üçdə ikisi göstərilmədi. Əvvəl 300-ə yaxın zirehli texnika nümayiş etdirilirdisə, indi bunun sayı 130 oldu. “Pantsir” hava hücumundan müdafiə sistemləri göstərilmədi. Bu silahları biz Qarabağda “semiçka kimi dənləyirdik”, Ukraynada bu silahları daha çox məhv etdilər. Cəmi iki ədəd “İsgəndər” göstərdilər. Çünki qalanı ya atılıb, ya cəbhədədir, ya da məhv edilib. Təyyarələr də iştirak etmədi. Eləcə də “Ka-52” helikopterləri görünmədi. Bu helikopterlərin çoxu məhv edilib. Bu, bizdə olan məlumatlardır. Putində isə daha dəqiq məlumatlar var, nələri itirdiyini daha yaxşı bilir. Parad zamanı Putinin ətrafında nə qədər mühafizəçilərin olması da diqqəti cəlb etdi. Görünən odur ki, Putin öz taleyindən narahatdır, ehtiyat edir. Çünki bilir ki, zəifləmiş padşahı adətən devirirlər...

- Xarici media Rusiya hakimiyyəti daxilində qarşıdurma olduğunu iddia edir. Sizcə, Rusiya hakim elitasında qarşıdurma təzahürləri varmı?

- Sözsüz ki, Rusiya hakimiyyətində nəsə baş verir. Məsələn, Baş Qərargah rəisi Gerasimov parad zamanı görünmədi. Bu da bir nüansdır. Hansısa oliqarxlar ölür, bəziləri xaricə qaçır. Bir neçə gün əvvəl daha bir oliqarx öz bankını “su qiymətinə” satıb aradan çıxdı. Deməli, nəsə baş verir. Amma nəyin baş verdiyini demək çətindir. Rusiyada hakimiyyət içərisində didişmə var və bilinmir ki, hansı qrup qalib gələcək. Çünki orada radikallar da var və onlar müharibənin davam etməsində maraqlıdırlar. Onlar qalib gəlsələr, daha aqressiv müharibə aparacaqlar. Nisbətən “liberallar”da var və onlar görürlər ki, müharibə iqtisadiyyatı çökdürüb. Belələri mümkündür ki, imkan düşən kimi sülhdən danışacaqlar. Amma nəticənin necə olacağı hələlik bilinmir.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukrayna atəşkəsə gedir

    Ukrayna atəşkəsə gedir ...

    3-09-2014, 13:43

  • 
  • Rusiya Donbasa hərbi texnika göndərməyə başlayıb - Ukrayna kəşfiyyatı

    Rusiya Donbasa hərbi texnika göndərməyə başlayıb ...

    1-03-2016, 18:41

  • 
  • Ukraynada daha 3 yaşayış məntəqəsi azad edilib

    Ukraynada daha 3 yaşayış məntəqəsi azad edilib ...

    12-08-2014, 21:49

  • 
  • ​​​​​​Zelenski Putinə Donbasda görüşməyi təklif etdi

    ​​​​​​Zelenski Putinə Donbasda görüşməyi təklif ...

    21-04-2021, 09:55

  • 
  • Rusiya Donbasa ordu yeridir - Ukrayna

    Rusiya Donbasa ordu yeridir - Ukrayna ...

    12-11-2017, 13:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu