GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Ramiz Mehdiyevin dəstəsinin göstərdiyi konfetə aldanmayanlar..." - Şok müsahibə

"Ramiz Mehdiyevin dəstəsinin göstərdiyi konfetə aldanmayanlar..." - Şok müsahibə

Tarix: 15-06-2022, 13:33 Bölmə :Müsahibə Baxış: 689


Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, şair Baba Vəziroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Gundemxeber.az onunla müsahibəni təqdim edir:

- Baba müəllim, Fatimə İbrahimbəyova ittifaqın konfransında türkdilli ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının yaradılması təklifi ilə çıxış etdi. Bu təklifə münasibətiniz necədir?

- Fatimə xanım böyük şəxsiyyət Rüstəm İbrahimbəyovun qızıdır və gözünü kinoda açıb. Kinonun texnoloji, ideoloji tərəflərinə yaxşı bələd olan insandır. Rüstəm müəllim SSRİ dağılandan bəri MDB və Baltikyanı ölkələrin Kino İttifaqları Konfederasiyasının prezidenti idi. Mərkəzi də Moskvada yerləşirdi. Müəyyən obyektiv və subyektiv səbəblərdən artıq bu ittifaqın mümkünlüyü şübhə altına alındı və belə demək olarsa, süqut elədi.

Bu fikir bizim də xəyalımızda dolaşmaqda idi. Amma sağ olsun ki, Fatimə xanım bu fikri Kinematoqrafçılar İttifaqının konfransında səsləndirdi və hamı tərəfindən alqışlarla qarşılandı. Artıq bu həlli çatmış məsələdir və indi onu əmələ çevirmək lazımdır.

Konfrans bizə - katibliyə tapşırıq verdi ki, yaradılacaq olan konfederasiyanın ideoloji əsaslarını, nizamnaməsini, prinsiplərini, proqramını, maliyyə fondunu, ora daxil olacaq ölkələri müəyyənləşdirək. Daha sonra növbəti iclaslarda birgə müzakirə edib, qəbul edək.

Düşünürəm ki, bu konfederasiya türk dövlətlərinin kino ittifaqlarının inteqrasiyası, kino sənayesinin bir-birinə bağlılığı baxımından böyük əhəmiyyət daşıyacaq.

- Konfederasiyada Türkiyənin iştirakı gözlənilirmi? Fatimə xanım saytımıza açıqlamasında MDB-yə daxil olan türkdilli ölkələrin - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistanın adını çəkib.

- Türkiyəsiz Türk dünyası yoxdur. Ola bilər, Fatimə xanım bunu mexaniki unudub. Türkiyəsiz bu, dediyimiz MDB ölkələrinin daxil olduğu konfederasiyanın bir hissəsi olacaq. Mənə belə gəlir ki, coğrafiya daha geniş olmalıdır. Onun mərkəzlərindən biri Bakı ilə yanaşı İstanbul, Ankara, Almatı, Aşqabad da ola bilər.

-Necə düşünürsünüz, türkdilli ölkələr bir-birilərinin filmlərindən xəbərdardılarmı?

-Yetərincə xəbərdar deyilik. Əvvəllər MDB ölkələri arasında sıx əlaqəlar vardı, tez-tez qarşılıqlı səfərlər baş tuturdu, kino nümunələrinin mübadiləsi reallaşırdı. İndi o sistem tamamilə dağılıb.

O dövrün kino və ümumiyyətlə mədəni inteqrasiyası hazırda həsəd aparılacaq qədər güclü idi. Məhz ona görə bu ideya yarandı. Axı, bu tellər var idi. Sadəcə onu bərpa etmək lazımdır.

Mərhum Rüstəm müəllim bu sahədə böyük işlər görürdü. Onun yaratdığı “Şərq-Qərb” festivalında MDB-dən kənar bir çox ölkələr iştirak edirdi. Amerika, Fransız filmləri həftəsi olurdu. Türk filmləri nümayiş olunurdu.

Türkdilli ölkələrin kinosu adı altında yaranacaq qurum vasitəsilə bütün türkdilli ölkələrin nümayəndə heyətlərinin burada iştirakı vacib prosedura çevriləcək. Ondan əlavə dünya kinosu burada təmsil olunacaq. Türk kinosu dünya kinosunun sərhədlərindən kənarda deyil. Bu mənada ideyanı bütün kinematoqrafçılarımız dəstəkləyir. Lazimi proqramı, nizamnaməni hazırlayandan sonra dövlətin dəstəyinə ehtiyacımız olacaq, cənab Prezidentə müraciət edəcəyik.

Mənə elə gəlir ki, dövlətlər özləri də belə bir qurumun yaradılmasına ehtiyac hiss edirlər. Çünki iqtisadi, siyasi, media əlaqələr ölkələrin birliyi üçün yetərli deyil. Kino rəhmətlik Lenin demişkən, incəsənətin ən vacib növüdür. Bu vacib növ olmadan ölkələrin yaxın təması mümkün deyil. Bu ideyanı Fatimə xanım səsləndirsə də düşünürəm ki, bu, zamanın ideyası, tələbi idi. Sadəcə onun dilindən bunu eşitdik və dəstəklədik.

- “Şərq-Qərb” festivalından söz düşmüşkən, festivalın bərpası mümkündürmü?

- İndi haqqında danışdığımız konfederasiyanın işi qaydaya düşəndən sonra ilk işlərindən biri müştərək festivalın təşkil olunmasıdır.

Ola bilər ki, “Şərq-Qərb” adı dəyişsin, amma düşünürəm ki, bu çox uğurlu addır.

Ölkələrin bir-birinin kino sənayesi ilə tanışlığı necə mümkün olur? Əlbəttə, istehsal olunan filmlərin tanışlığı ilə başlamalıdır. Biz bilməliyik ki, Türkmənistanda nələr çəkilir. Bir həftə türkmən filmləri həftəsi, bir həftə qazax, türk filmləri həftələri keçirilsin.

Mən özüm ittifaqın katibi olaraq bütün dünya kinosu ilə tanışam, amma məhz türkdilli ölkələrin kinosu ilə yetərincə tanışlığım yoxdur.

Türk coğrafiyası çox genişdir: Mərkəzi Asiyada, Tatarıstanda, Ruminiyada, lap Rusiyanın Sibirində- Yakutiyada hansı filmlərin çəkildiyini bilmirik. Həmçinin onlar da bizdə çəkilən filmlərdən məlumatlı deyillər.

Arzu edirəm ki, konfederasiyanın işi qaydasına düşsün və biz türk kinosunun birliyini yarada bilək. Və gələn söhbətimizdə “bilmirik” kəlməsini işlətməyək.

- Baba müəllim, Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi kino xadimləri arasında birmənalı qarşılanmadı və Rasim müəllimin kino cameəsində parçalanmaya səbəb olduğu da iddia edildi. Son günlər baş verən hadisələrə, söylənilənlərə sizin fikrinizi bilmək istərdim.

- Mən ittifaqa sədr seçilməsi prosedurunu izah etməklə başlamaq istəyirəm. Kinematoqrafımızın qaymaqları Azərbaycan Kinematoqrafçılar İttifaqında birləşib. Belə də olmalıdır. İdeyası Cəfər Cabbarlı tərəfindən yaranmış, 1963-cı ildə Lətif Səfərov tərəfindən təməli qoyulmuş bir ittifaqdır.

Ətraflı
Təəssüf ki, biz böyük sənətkarımız Rüstəm İbrahimbəyovu itirdik. İttifaq başsız qala bilməzdi. Heç kim heç kimi əvəz etmir. Rüstəm müəllimi əvəz etmək mümkün deyil. Amma Rasim Balayevi də əvəz etməz mümkün deyil. Hər bir insan əvəzsizdir. Mənə görə insanları müqayisə etmək zərərli vərdişdir.

Kinematoqrafçılar İttifaqının əvvəl katibliyi, daha sonra geniş tərkibdə heyəti toplanaraq qərara gəldi ki, alternativsiz Rasim Balayevin namizədliyini irəli sürək. Daha sonra konfransda iştirak edən üzvlərimizin yekdil səsi ilə Rasim Balayev itifaqın sədri seçildi.

Rasim Balayev səhhəti ilə bağlı çox tərəddüd edirdi. Amma biz ona dedik ki, sən uzun illər kinoya xidmət etmisən, bundan sonra kənara çəkilməyə haqqın yoxdur. İndi də gəl, kinonun mərkəzində ol, kino ailəsinə başçılıq elə. Sənə çox əziyyət verməyəcəyik. Sən sadəcə rəhbərliyini elə, katiblikdə Anar müəllim, kino məktəbinin rəhbəri Oleq Səfərəliyev, Mədəniyyət Nazirliyində uzun illər kino işlərinə nəzarət edən şöbənin müdiri Cəmil Fərəcov, mən, illərin ən gözəl kino ulduzlarından biri Həmidə Ömərova, gecə-gündüz özünü kinoya həsr edən ən fədakər katib – Əli İsa Cabbarov və digərləri var. Belə bir katibliklə sənə işləmək asan olacaq. Nəhayət, razılaşdı. Sevinirəm ki, belə bir fakt tarixə çevrildi.

İndi mən müəyyən qüvvələrin məntiqini heç cür anlaya bilmirəm. Logikasını, əxlaqını da anlamıram. Görün dünyada olmayan insan - Rüstəm İbrahimbəyov haqqında nələr yazırlar, deyirlər.

Rüstəm İbrahimbəyov dünyada Azərbaycan mədəniyyətinin, kinosunun vizit kartı idi. Onun haqqında belə danışan adamlardan ayrı nə gözləyəsən? Rüstəm müəllim Şərq aləmində ilk dəfə Oskar alan azərbaycanlıdır. İlk dəfə şərqlə Avropa stilinin sintezindən ibarət olan “İbrus” teatrını yaradan adamdır. Azərbaycan film kortatekasında Rüstəm İbrahimbəyovun Rasim Ocaqovla çəkdiyi filmlər çox önəmli yerə sahibdir. O filmlər ki, Azərbaycan kinosuna yeni nəfəs gətirib, milyonların sevimlisi və hər gün sevə-sevə baxılan filmlərdir.

Rüstəm müəllimin pyesləri dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub. Bütün bunları edən adam azərbaycanlıdır. Belə bir insanın ünvanına hədyanlar yağdıranlardan nə gözləyəsən?

Bir az dərindən fikirləşəndə onları da başa düşürəm. Rüstəm müəllim hər mənada qüdrətli, çəkisi olan insan idi. Sağlığında onlar cürət edib ittifaqa hədyanlar yağdıra, güc göstərə bilmirdilər. Rüstəm müəllimin vəfatı sanki onlar üçün göydəndüşmə bir fürsət oldu, düşündülər ki, ittifaq dağılacaq. Amma qəfil məlum oldu ki, ittifaq dağılmır, ənənələr davam edir. Biz özümüzü toparlayıb sədr seçdik və o sədr Azərbaycan kinosunun simasıdır.

Bu məqamda onların əsəbləri dözmədi, içlərilərindəki kin, düşmənçilik üzə çıxdı. Amma bilmirəm bu düşmənçilik haradan qaynaqlanır, çünki hamımız Azərbaycan kinosuna xidmət edirik. Deyirlər ki, dövlət Rasim Balayevi ora təyin edib. Bu dərəcədə səviyyəsiz sözlər danışılır. Bu, seçkili orqandır. Biz də 200 nəfərin içindən ən layiqli namizəd seçmişik. Burada başqa nə ola bilər ki?

Rüstəm müəllim cəsarətli, sözü üzə deyən, konyukturaya getməyən adam idi. Ona görə Heydər Əliyev, İlham Əliyev onu çox istəyirdi. Cəsarətli, düz danışan insandan heç kimə ziyan dəyməz. Əksinə, məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edən yaltaq insanlardan qorxmaq lazımdır.

Hər şey gözümüzün qarşısında oldu. Hamımız bilirik ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı necə yarandı... Daha doğrusu, onu necə yaratdılar. Onlar deyirlər ki, biz yaratdıq. Amma o ittifaqı Ramiz Mehdiyevin başçılıq etdiyi bir qrup - Rüstəmi düşmən elan etmək, Prezidentin ətrafını zəiflətmək istəyən və bu gün ifşa olunub hərəsi bir dərədə gizlənən korrupsiyaçı, düşmənin lehinə işləyənlər yaratdı. Rüstəm müəllimin başçılıq etdiyi ittifaqı gözdən salmaq, dağıtmaq üçün...

Qeydiyyata alınmadığına görə Respublika sözünü də əlavə etdilər. Beləcə gözümüzün qabağında yaranan bir ittifaq oldu. Ona görə də heç kim onu yaratmaqla kinoya böyük xidmətlər göstərməsi adıyla qürrələnməsin.

Onu da deyim ki, çox vicdanlı kinematoqrafçılar, ölkə kinosu üçün böyük xidmətləri olan insanların heç biri Ramiz Mehdiyev dəstəsinin onlara göstərdiyi konfetə aldanmadı. Kinematoqrafçılar arasında vicdanlı, sədaqətli insanlar da var. Onların böyük əksəriyyəti kinematoqrafçılar İttifaqının krizis dövrlərini şükranlıqla keçdilər. Bir gün gələr haqq-ədalət yerini tapar deyərək... Doğurdan da bir gün gəldi.

Rüstəm müəllim ali səviyyədə dəvət olundu. Kinematoqrafçılar İttifaqı yenidən öz məcrasına qayıtdı. Bunu oradakı bir çoxları - vaxtilə onunla çörək kəsmiş, birlikdə kinoya xidmət etmiş, evində olan və nəhayət, dost sanılan bir çox xəyanətkar insanlar bunu həzm edə bilmədilər.

Ona görə stəkanda tufan qoparmağa çalışdılar.

- Rasim Balayev ilk gündən ittifaqların birləşməsi fikri ilə çıxış etdi. Necə düşünürsünüz, ittifaqlar birləşə bilərmi?

- Mənə elə gəlir ki, bu, təbii prosesdir. Sonradan süni şəkildə yaradılmış ittifaq çox yaşaya bilməz. 1963-cü ildə təməli qoyulmuş əzəli, əbədi Kinematoqrafçılar İttifaqı var və Azərbaycan kinematoqrafçılarının qaymağı orada cəm olub. Gec-tez o biriləri də məşhur filmdəki sözdən sitat gətirərək cavab verəcəm: səhv eləmisən, götür tüfəngi keç bizim tərəfə. Yəqin ki, onlar da bir gün səhv etdiklərini anlayacaqlar. Və “çörəyə xəyanət”, “dosta xəyanət” damğasından qurtulmaq üçün haqq yoluna qayıdacaqlar. Gəlib öz doğma ittifaqlarında təmsil olunacaq, seçiləcəklər. Nə Rasim müəllim, nə Anar müəllim, nə mən əbədi deyiləm. Gəlib bütün işləri öz əllərinə alacaqlar. Əlbəttə, gələcək cavanlarındır.

Bu gün Kinematoqrafçılar İttifaqına cavanlar axın edir. Hər ay bəlkə də onlarla cavan bizim ittifaqa üzv olmaq istəyir. Bizim ittifaq bu gün əsasən cavanların ittifaqıdır.

- Bunu necə izah edirsiniz?

- Onlar üçün həm mənəvi, həm maddi imkanlar yaradılır. Ustad dərsləri keçirilir, müsabiqələr elan olunur. Ən yaxşı ssenari, ən yaxşı rejissor işinə böyük məbləğdə pullar ayrılır. Bunu ittifaqın öz büdcəsindən, hətta kənardan sponsorlar cəlb edərək ayırırıq.

Tərcümə kimi ağır işi Kinematoqrafçılar İttifaqı öz üzərinə götürür. Gənclərin filmlərini əcnəbi dilə tərcümə edib, xarici festivallara göndərir. Kinematoqrafçı qayğı hiss etməsə bu addımı atmaz. Amma o bizim ittifaqda o qayğını görür.

Bizm ittifaqın qapıları 24 saat onların üzünə açıqdır. Həsən Seyidbəyli-18 ünvanı bizim kinematoqrafçılarımızın isti ocağıdır. İsti evdən, ocaqdan kim aralı düşər?

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyovun qurumu yeni ofisə köçdü

    Rüstəm İbrahimbəyovun qurumu yeni ofisə köçdü ...

    17-02-2013, 12:51

  • 
  • Vergilər Nazirliyi: “Rüstəm İbrahimbəyova qarşı heç bir ittiham irəli sürülməyib”

    Vergilər Nazirliyi: “Rüstəm İbrahimbəyova qarşı ...

    2-08-2013, 18:12

  • 
  • Rüstəm İbrahimbəyovun qızı Bakı ilə bütün əlaqələrini kəsir

    Rüstəm İbrahimbəyovun qızı Bakı ilə bütün ...

    18-07-2013, 00:55

  • 
  • Rüstəm İbrahimbəyovun təşkilatına məxsus Yaradıcılıq Evi söküldü

    Rüstəm İbrahimbəyovun təşkilatına məxsus ...

    4-07-2013, 23:33

  • 
  • Rusiyanın Kino İttifaqı: Rüstəm İbrahimbəyovdan əl çəkin!

    Rusiyanın Kino İttifaqı: Rüstəm İbrahimbəyovdan ...

    6-08-2013, 19:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu