Rusiya Kinematoqrafçılar və peşəkar kinematoqrafiya birlikləri İttifaqı bəyanatla çıxış edib. Bəyanatda deyilir: “KİV-in, o cümlədən Azərbaycan KİV-lərinin məlumatlarından bizə məlum olub ki, Azərbaycan hakimiyyəti yerli telekanallara Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkilmiş filmləri göstərməyi qadağan edib.
“Ad günü”, “Səhranın ağ günəşi”, “Bir cənub şəhərində”, “İstintaq”, Park” kimi məşhur filmlər də “qara siyahıya” düşüb. İbrahimbəyovun filmlərinin (bəziləri 40-50 il əvvəl çəkilib) hazırki hakimiyyət qarşısında nə günahı olduğu bizə aydın deyil. Və milli, Rusiya və dünya kinosunun dahi ustadının filmlərinə baxmaq imkanından məhrum edilən Azərbaycan tamaşaçılarının nə günahı olduğu isə ümumiyyətlə aydın deyil.
Bizdə olan məlumata görə, məşhur ssenariçi, dramaturq, kinorejissor, Azərbaycanın xalq yazıçısı, “Oskar” mükafatı laureatı, “Feliks” Avropa Akademiyasının üzvü müxalifətin Demokratik Qüvvələrin Milli Şurası alyansı tərəfindən ölkə prezidentliyinə namizədliyinin irəli sürülməsindən sonra gözdən düşüb. Paralel olaraq İbrahimbəyov barəsində guya uzun illərdir Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının vergiləri tam ödəməməsi bəhanəsi ilə cinayət işi açılıb.
Bu kobud, qaba aksiyaları hakimiyyətin Azərbaycanın məşhur mədəniyyət xadiminə qarşı özbaşınalığı, Azərbaycanın hazırki prezidentini qarşıda duran prezident seçkilərində ciddi rəqibdən qurtulmaq arzusu hesab edirik.
Biz bundan sonra da həmkarımıza və yoldaşımıza mənəvi dəstək göstərmək niyyətindəyik, lazım olarsa, beynəlxalq kino ictimaiyyətinə şikayət etmək hüququnu da özümüzdə saxlayırıq”, deyə bəyanatda bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?