GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » 21 dekabrda baş verəcək üç hadisənin qarşısını heç kim ala bilməyəcək

21 dekabrda baş verəcək üç hadisənin qarşısını heç kim ala bilməyəcək

Tarix: 21-12-2012, 13:35 Bölmə :Müsahibə Baxış: 1 197
21 dekabrda baş verəcək üç hadisənin qarşısını heç kim ala bilməyəcək
Səbuhi Rəhimli: “Gündə mənə qiyamət gününə dair yüzə yaxın zənglər edilir"

gundemxeber.az Bu gün qiyamət günün olacağı, cnlıların, xüsusilə insanların öləcəyi, dünyaya qaranlığın çökəcəyi, ciddi okisigen çatışmazlığının baş verəcəyi iddai edilir. Qədim Maya təqviminə görə, 2012-ci ilin 21 dekabrında cümə günü qiyamət baş verəcək. Bu xəbər Azərbaycanda ciddi narahatçılıqla qarşılanıb və xof yaradıb. İnsanlar quru yeməklər, şamlar alaraq özlərini qiyamət gününə hazırlayırlar. Dekabrın 21-də nələrin baş verəcəyi haqqında suallarımıza astroloq Səbuhi Rəhimli cavab verib.

- İnsanlar bu gün baş verəcək qiyamət günündən danışır. Siz bu haqda nə deyə bilərsiniz?
- Qiyamət məsələsinin kökü uzaqlara gedir. Bu məsələ tarix boyu olub və müxtəlif təqvimlərə, dövrlərə salıblar. Hətta ötən ilin bu vaxtlarında mən məcbur olub “2012-Dünyanın Sonu” adlı kitab yazmışam. Bu kitabımda dünyanın sonu haqqında fikirlərimi, eləcədə təqvimləri qeyd etmişəm. Qeyd edim ki, əslində dünyada belə kitablar çox çıxıb. Biz bu kitaba hətta islami yanaşmaları da əlavə etmişdik. Çünki Qurani Kərimdə də qiyamətlə bağlı ayələr var. Bu kitabı ona görə çap etmişdim ki, vətəndaşlarımız bu kitab vasitəsilə qyamət haqqında məlumatlı olsunlar və bu günə hazırlaşsınlar. Təəsssüf ki, bu günə qədər qiyamət gününə dair insanların içində dəhşətli xof var. Məsələnin kökü ondadır ki, dünya yaranandan, ibtidai insanlardan tutmuş indiyə qədər hamı dərk edir ki, bir gün yaranan bir gün də öləcək. Dünyanın dağılması barədə qədim əsatirlərdən tutmuş dini kitablara qədər danışılır. Amma dünyanın dağılacağı günün konkret tarixini heç kim bilmir. Məhz qiyamətin vaxtını heç kim bilmədiyi üçün bu məqamdan istifadə edən siyasətçilər, dəllalllar, radikal dindarlar, iş adamları sui istifadə edirlər. Təbii ki, insan axirət, dünyanın sonu haqqında düşünərkən madiyyət heç ağlından keçmir. Həmin adamlar bu amildən istifadə etmək üçün geniş imkanlar qazanırlar. Məncə, qiyamət mövzusunu gündəmə gətirənlərin əsas məqsədi də budur. Çünki burada qazanc, iqtisadi gəlirlər, populyarlıq məsələsi var. Əgər xatırlayırsınızsa 2012-ci il filmi də bu baxımdan böyük populyarlıq qazana bildi.

- 21 dekabr qiyamət günü ilə bağlı sizə müraciətlər daxil olurmu?
- Gündə yüz olmasa da, mənə yetmişə yaxın zəng edilir. Məni təəssüfləndirən odur ki, bu zəngləri ziyalılar, həkimlər, hətta professorlar edilər. Onlar deyirlər ki, bəs nə edək, çıxış yolu nədədir və s. Fikrimcə, bu hal ümidsizlikdən, məlumatsızlıqdan və bilgisizlikdən irəli gəlir. Əslində burada qeyri-adi heç nə yoxdur. Adi orta məktəb astronomiyasını yaxşı oxuyan uşaq görər ki, bu adi planetlər hərəkətidir. Bir tərəfdən də, çox qəribədir ki, bu deyim ortaya atılanda rəsmi qurumlar, elm və din adamları ortaya çıxıb qiyamətin olacağı haqqında iddiaları təkzib etmədilər. Bu da, insanları lap qorxutdu. Hətta bəzi televiziyalar şou düzəltdilər və allahdan uzaq insanlar ekrana çıxıb anlamadığı məsələlər haqqında danışmağa başladılar. Hətta Dalay Lamanin xəbəri olmadan onun adından ABŞ-da NASSA-ya məktub yazdılar. Halbu ki, bunu dərhal təkzib edə bilərdilər, amma etmədilər. Bu onu göstərdi ki, bu məsələdə siyasi maraq öndədir. Təkziblər olmadı, eləcədə mənim yazdığım kitabın effekti olmadı. Görünür insanları daha çox güc, pul, şayiə maraqlandırır. Məndə məcbur olub saytların birində bu haqda geniş məqalə ilə çıxış etdim. Bu məqalədi ki, fikirlərimi qəzetlər, radiolar və televiziyalar istifadə etdilər. Çünki mən orada 21 dekabrda qiyamətin baş verəcəyi haqqında iddiaları ciddi arqumentlərimlə təkzib edirdim. Acınacaqlı odur ki, insanlarımız bunu oxuya-oxuya yenə də qiyamətin olacağına inanırlar. Təsəvvür edin ki, dörd televiziya verilişində danışmışam, əlavə olaraq “Lider” kanalında öz verilişimdə danışmışam, suallara cavab vermişəm. Amma bütün bunlara rəğmən insanların içində qorxu atəşi var.

- Qiyamət gününün tarixi haradan gəlir?
- Bilirsinizmi qiyamət məsələsi bu günə qədər zaman-zaman səsləndirilib. Məsələn, 666-cı ildə qiyamət haqqında danışılıb, bunun olacağı deyilib. Bu zaman 666 rəqəmi əsas olaraq götürülüb.1999-ci ildə və hətta ilin əvvəlində keşiş məqalə yazmışdı ki, may ayında dünyanın sonu olacaq, yalnız Avropanın üçdə biri qalacaq və s. Amma normal məntiqi olan insan gedişata baxaraq bu şeylərin olmaya biləcəyini də nəzərə almalıdır. Hazırda alimlərdə, qiraətçilər və mütəxəssislər fikirlərini deyirlər. Bizdə planetlərin trayektoriyası ilə məşğul olduğumuzdan dərhal hesablamalar apardıq, 21 dekabrın astroloji mənzərəsini yaratdıq, xəritəsini qurduq. Həmin gün üçün planetlərin paradı da olmayacaq. Maya təqvimi 4 kitabdan ibarətdir. İkinci kitab daş kitabədir və orada proqnoz yoxdur, sadəcə tarix yazılıb. Orada astronomik baxımdan yazılıb ki, dekabrın 21-də planetlərin paradı olacaq. Bundan başqa bir şey yazılmayıb. Heç üçüncü və dördüncü kitabdan danışmırlar. Ümumiyyətlə nə Vanqada, nə Nastrodamusda, nə də digər öncə görənlərin heç birində dünyanın sonu olacaq məsələsi qeyd edilməyib. Nəzərə alın ki, mən peşəmə uyğun olaraq bu məsələləri ciddi şəkildə araşdırıram. Qiyamət haqqında yalnız dini kitablarda bəhs edilib və əsasən əlamətlər göstərilib. Məsələn, kiçik qiyamət, böyük qoymət. Amma onun əlamətləri də yoxdur. Dini baxımdan mən həmişə bir hədisə söykənirəm. Məhəmməd peyğənbər deyib ki, dünyanın sonuna 100 il qalmış yer üzündə bir nəfərdə ibadət edən olmayacaq. Bu gün isə biz görürük ki, ibadət edənlərin sayı artır. İndi guya qaranlığın olacağını iddia edirlər. Tutalım ki, 3-4 gün qaranlıq olacaq. Əslində bu da olmayacaq. Planetlər öz axarı ilə hərəkət edir və hərəsi də öz funksiyasına uyğun olaraq firlanır. Təbii ki, planetlər nə zamansa düz xətt üzrə də fırlanır. Bu hal 1996, 2001 və 2007-ci illərdə olub. Ancaq bu dəfə heç planetlərin paradı olmayacaq. Bir xətt üzrə yerlə günəşin arasında cəmi iki planet olacaq. Onlar da günəşə yaxın olduqları üçün heç yerə kölgəsi də düşməyəcək. Yerə kölgə salan ancaq aydır ki, ildə də 2-3 dəfə ayın tutulması halı baş verə bilir. Bu zaman yerə müəyyən çərçivədə qaranlıq sala bilir. Bu da ən çox halda 2 saat olub. Əslində bu dünyanın axırı deyil. Adi haldır.

- 21 dekabrda qiyamətin qopacağı haqda xəbərlər səngimək bilmir, cəmiyyətimiz demək olar ki, qorxu və xofdadır. Sizcə, dekabrın 21-də nələr baş verə bilər?
- Dekabrın 21-də üç hadisə baş verəcək. Bu hadisələrin qarşısını nə NASSA, nə də başqa texnologiya ala bilər. Birincisi, Bakı vaxtı ilə saat 15.12-də günəş Oğlaq bürcünə girəcək. Yəni Oxatan bürcü qurtaracaq və Oğlaq bürcü başlayacaq. Bu hər il belə olur. İkincisi, 21 dekabrda ilin ən uzun gecəsi olacaq. Üçüncüsü, 21 dekabrda qış fəsli başlayacaq. Bu üç məsələdən savayı başqa bir şeylər olmayacaq. Tutaq ki, dekabrın 21-də haradasa terror, daşqın və ya meşə yanğını ola bilər. Amma bunun qiyamətlə heç bir bağlılığı yoxdur.Azərbaycanda ümumiyyətlə adi bir gün olacaq. Amma təbii ki, kimsə elektrik enerjisini kəsə bilər ki, insanlar bir qədərdə qorxsun. Amma bunun 21 dekabrla heç bir bağlılığı olmaz. Əlbəttə ki, cəmiyyətdə qorxu var. Ancaq nəzərə alın ki, cahil inanc daha çox olanda, oturub bütün günü falçılara, şoulara baxanda axırı belə olur. İnanın ki, son günlər mənə zəng edəndə deyirəm ki, 21 dekabrda nələrin baş verəcəyini bilmirəm. Dekabrın 21-də məni üç kanalda canlı yayıma dəvət ediblər. İnanın ki, adam danışmaqdan yorulur. Şəxsən mən bilməzdim ki, bu qədər insanlar xofdadır.

- Bəs kütləvi xof nələrə səbəb ola bilər?
- 1666-cı ildə demişdilər ki, may ayında axşam saat 5-də dünya dağılacaq. Bunu ruhani insanlar demişdim. Həmin vaxt Avropada 200 min insan özünə qəbr hazırladaraq içinə uzanmışdı ki, saat 5-də dünya dağılacaq. Amma saat 5-ə qalmış adi təbiət hadisəsi baş verir - yaz yağışı yağır və şimşək çaxır. 200 min insandan 20 minə qədər insanın ürəyi buna görə dayanıb. Bu gün xarici saytlardan biri yazmışdı ki, məhz qiyamət günü ilə bağlı informasiyalara görə, 12 mindən çox insan vəfat edib. Bir dəfə mən Əhmədliyə gedəndə gördüm ki, binanın qarşısında hamı yorğan-döşəyini bayıra çıxararaq oturub. Elə bildim ki, binada qəza var. Səbəbini soruşduqda belə məlum oldu ki, baxıcı Məlahət deyibmiş ki, axşam binada dəhşətli zəlzələ olacaq, Qız Qalası uçacaq, 100 min insan həlak olacaq və s. O zaman mən insanlarmızın nə qədər cahil olduğuna heyfsləndim. Bizdə təbliğati verilişlər getmr, bir dini verili yoxdur deyə qiyamətlə bağlı insanlarda birmənalı fikir yoxdur. Təsəvvür edin ki, iki gün əvvəl böyük rayonlardan birinin baş həkimi mənə zəng vurub deyir ki, Səbuhi müəllim çox həyacanlıyıq, dekabrın 21-də nə edək. Mən dəhşətə gəldim. Hər bir insanın özünün qiyaməti ola bilər, amma bu o demək deyil ki, dünya dağılacaq.

- İslam təqvimi Maya təqvimini təkzib edir?
- Məsələ ondadır ki, Maya təqvimində dünyanın sonu haqqında bir söz yazmayıblar. Biz Maya təqvimini araşdırmışıq, hətta bunun üçün Moskvadan kitablar gətirmişik. Həmin kitabda çox adamın başı çıxmır deyə belə fikirlər işlədirlər. Amma orada dünyanın sonu, axirət və ya qiyamət haqqında heç nə yazılmayıb. İnsanlar belə şeyə inanmaq üçün iddia edirlər ki, bunu Vanqa nənə, Nostradamus deyib. Əslində adı çəkilən öncəgörənlər bu haqda heç nə bilmir. Həmdə allah dünyanı yaradnda insanlardan soruşmadığı üçün insanlar bilmədən də onu dağıdacaq. Peyğənbərin özündən də qyamət günü haqqında soruşulub. O da deyib ki, bu ancaq allahın dərgahındadır. O, qiyamətin nə zaman baş verəcəyini də deyib. Bildirib ki, qiyamət günü ramazan ayı, cümə günü olacaq. Amma gün və zaman konkret göstərilməyib. Qiyamət isə qəfil olacaq. Həmdə dünyanın sonu olsa ABŞ 2013-2015-ci illər üçün hansısa layihəyə milyardlarla kapital qoymaz. Və ya Azərbaycanda indidən prezident seçkiləri, layihələr, 2013-ü il dövlət büscəsi layihəsi haqqında düşünməz. Həmdə kütləni ancaq müharibə, zəhər, keyfiyyətsiz qida ilə öldürmürlər ki...

- Mağazalarda satılan “Qiyamət üçün şamlar” haqqında nə deyə bilərsiniz?
- Bəli, mən bunu mağazalarda öz gözlərimlə görmüşəm. Mənim buna gülməyim və ağamağım gəlir. Həyatda hər cür insanlar var və biz onları görürük. İndi allah kiminsə gözünü və qulağını bağlayıbsa, biz onu aça bilmərik. Biz sadəcə bildiyimiz bilgiləri, bu xəbəri təkzib edən ciddi arqumentlərimizi ortaya qoyuruq. Kim bunu götürəcəksə, götürəcək. Adam var ki, bu yazını oxuyub fikrini dəyişə bilər, adamda var ki, çoxlu belə məqalələr oxusa da, fikrini dəyişməz.

- Siz vətəndaşları təxribatlara uymamağa dəvət edirsiniz, deyirsiniz ki, dekabrın 21-də heç nə baş verməyəcək?
- Təbii. Mən özüm də həftəlik qəzetin baş redaktoruyam. Biz 21 dekabrda axirətin və qiyamətin olmayacağı haqqında ciddi arqumentlər səsləndiririk. Mənim bildiyim bu qədərdir və daha düzünü allah bilir. Təbii ki, Quranı təkzib edən bir kişi ortaya çıxmayıb. Amma btün dini kitablarda dünyanın dağılması qeyd edilib, çünki bu kitablar bir mənbədən gəlir. Amma biz dünyanın dağılmasını görə bilməyəcəyik. Əlamətlərə görə, hələ qiyamətin vaxtı deyil.
HÜSEYN ABBASOĞLU

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda “Qiyamət Kredit”i başladı

    Azərbaycanda “Qiyamət Kredit”i başladı ...

    13-12-2012, 13:24

  • 
  • 21 dekabrda baş verəcək üç hadisənin qarşısını heç kim ala bilməyəcək

    21 dekabrda baş verəcək üç hadisənin qarşısını ...

    21-12-2012, 12:06

  • 
  • Putin “qiyamət günü”nün tarixini açıqladı

    Putin “qiyamət günü”nün tarixini açıqladı ...

    20-12-2012, 14:30

  • 
  • Azərbaycan Milli Məclisindən “Qiyamət Günü” təbriki

    Azərbaycan Milli Məclisindən “Qiyamət Günü” ...

    21-12-2012, 14:04

  • 
  • “Qiyamət günü” hava necə olacaq?

    “Qiyamət günü” hava necə olacaq? ...

    18-12-2012, 13:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu