GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Tətiyi çəkən tərəf erməni terrorçuları olsa da, həmin tətiyi tutan əl rus "sülhməramlıları"dır"

"Tətiyi çəkən tərəf erməni terrorçuları olsa da, həmin tətiyi tutan əl rus "sülhməramlıları"dır"

Tarix: 4-08-2022, 15:41 Bölmə :Müsahibə Baxış: 238


“Avqustun 3-də 18 yaşını yeni tamamlamış gənc əsgərimiz Anar Kazımovun Laçında rus "sülhməramlıların" nəzarətində olan ərazidən vurularaq şəhid olması çox hiddət doğurur. Onun ailəsinin, sevənlərinin kədərinə şərik olsaq da, nəticə dəyişmir. Gənc bir insan daha həyatını yolun başındaykən itirdi... Allah rəhmət eləsin! Ən ciddi üzərində düşünülməli olan məsələlərdən biri odur ki, biz 44 günlük vətən müharibəsində minlərlə qəhramanın həyatı bahasına, on minlərlə qazinin fədakarlığı bahasına bir daha qan tökülməməsi üçün, bir daha vətən torpaqlarında keşik çəkən əsgərlərimizin öz torpaqlarımızdan nişangaha tuş gəlməməsi üçün mücadilə etdik. Təssüf ki, nəticədə özünü "sülhməramlı" adlandıran, amma dünyanın gözü qarşısında Ukraynada işğala cəhd edən rus ordusunun ərazimizdə yerləşməsinə “yox” deyəmədik… Bu gün baş verənlər onu göstərir ki, açıq-aşkar Ukraynada işğala girişən bir ordunun, “SSRİ-ni bərpa edəcəyik” deyən bir müdafiə nazirinin burdakı tör-töküntülərinin sülhə xidmət etməsi mümkün deyil. Olanların və bundan sonra da olacaqların fitili ya birbaşa, ya da onların təşviqi ilə çəkilir. Tətiyi çəkən tərəf erməni terrorçuları olsa da, həmin tətiyi tutan əl rus "sülhməramlıları"dır. Onların himayəsi və təşviqi olmasa, bu problem çoxdan həll olardı…”.

GUNDEMXEBER.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, bunu ekspert Ələsgər Məmmədli bildirib.

“Azərbaycan tərəfinin hadisəyə sərt və açıq güc nümayiş etdirərək reaksiya verməsi, ümid edirəm, Ermənistan tərəfinin ağlını başına alması və rusların maşası olma cəhalətindən qurtulması üçün bir xəbərdarlıq olar (Buna ümid etməm olacaq anlamına gəlmir). Bununla yanaşı Azərbaycan tərəfi 10 noyabr bəyanatının və sonrakı razılaşmaların konkret tarixlər göstərilərək icra edilməsini daha aydın tələb kimi qoymalı və bütün öhdəliklərin birgə keçərli olduğunu bəyan etməli, hətta konkret vaxtda bütün tələblər yerinə gətirilmədiyi halda, Laçın dəhlizini bağlayacağını elan etməlidir. Çox aydın görünür ki, erməni tərəfi və onu cürətləndirən rus tərəfi özlərinə sərf edənləri dərhal aldıqları halda, Azərbaycana sərf edənləri icra etməkdə heç “tələsmir”. 10 noyabr Bəyanatında ermənilərə rahat gediş-gəliş imkanı tanıyan Laçın dəhlizi kəsintisiz 2 ildir işləyir, lakin Naxçıvana münasibətdə dirəniş davam edir. Bəyanatda 44 günlük müharibədən sonra erməni əhali BMT-nin qaçqınlarla bağlı qurumu tərəfindən yox, məhz rus "sülhməramlıları" tərəfindən geri qayıtdı, lakin Azərbaycanlı əhalinin geri qayıtması nəinki baş vermir, hətta təqvimi belə müzakirə edilmir. Bəyanatda Azərbaycanın öhdəliyində olan Laçından yan keçən alternativ yol 2 il ərzində bütün xərcləri çəkilərək tikildi və hazır vəziyyətə gətirildi, lakin Ermənistan üzərindən Naxçıvana gedəcək və Rusiyanın FSB-sinin (Federal Təhlükəsizlik Xidməti – red) nəzarətində olacaq yol və koridor heç layihələndirilmir də... Bəyanatda Azərbaycan tərəfinin atəşi dayandırması şərti ilə boşadılmalı olan Ağdam, Kənbəcər, Laçın ərazilərinin təhvil verilməsi ilə paralel erməni silahlılarının ərazini tərk etmələri baş vermədi, əksinə yeni sipərlər, səngərlər tikintisi davam etdi, yeni bəyanatlar, yeni istəklər gəldi… Bütün olanlar bir daha göstərir ki, Rusiyanın bölgəyə girişi problemin çözümünə yox, davam etməsinə hesablanıb. Rusiyanın dünyadakı nüfuzunun da düşməsi fonunda Azərbaycan tərəfi sadəcə erməni tərəfinə yox, Rusiyaya da açıq şərtlərini çatdırmalı, müəyyən edilən zaman kəsiyində nəticə olmasa, “sülhməramlıların” ölkədən dərhal çıxarılmasını tələb etməlidir. Azərbaycan xalqı bu davranışı göstərən hökumətin arxasında olacaq”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əsgərimiz şəhid oldu

    Əsgərimiz şəhid oldu ...

    27-05-2013, 19:14

  • 
  • Ukraynada əsir götürülən rus əsgərlərin görüntüsü yayıldı - VİDEO

    Ukraynada əsir götürülən rus əsgərlərin görüntüsü ...

    19-03-2015, 12:28

  • 
  • Rus sülhməramlıların postları və dostları

    Rus sülhməramlıların postları və dostları ...

    15-12-2020, 10:32

  • 
  • Vətən müharibəsində Raket və Artilleriya Qoşunlarının 184 hərbçisi şəhid olub

    Vətən müharibəsində Raket və Artilleriya ...

    9-02-2021, 11:48

  • 
  • Əsgərimiz şəhid oldu!

    Əsgərimiz şəhid oldu! ...

    6-02-2015, 22:26


Təqvim

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Avqust 2022 (275)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu