19 yaşlı Namiq Həmidov hospitala aparılırkən yolda dünyasını dəyişib
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub. APA-nın məlumatına görə, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Namiq Həmidov düşmən gülləsinə tuş gəlib.
O, hospitala aparılırkən yolda dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.
Qeyd edək ki, N. Həmidov Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?