Gundemxeber.az » Müsahibə » İran Zəngəzur dəhlizinə qarşıdır - Səfirin “ikibaşlı” mesajı
“İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin İranın guya Zəngəzur dəhlizini dəstəklədiyini deməsi Ermənistan tərəfindən rəsmən təkzib edilir. Belə ki, Ermənistan hökumətinin rəsmi teleqram səhifəsi olan "Baqramyan" bildirir ki, İran tərəfi heç vaxt Zəngəzur dəhlizinin açılmasını dəstəkləyən mövqe bildirməyib. Yəni Ermənistan Abbas Musəvinin sözlərini təkzib edib. İş burasındadır ki, İran da Ermənistan hökumətinin rəsmi teleqram səhifəsi olan "Baqramyan"ın məlumatını təkzib etməyib. Deməli, bu məsələdə qeyri-dəqiqlik var. Yəni İran Zəngəzur dəhlizi ilə bağlı birmənalı fikir bildirməyib. Əgər birmənalı fikir bildirsəydi, “3+3” formatında danışıqlar çoxdan başlamışdı. Yaxud Ermənistan tərəfi dəhlizin tikilməsi və istifadəyə verilməsi ilə bağlı işlərə başlayardı. Ermənistan hələ də İrana və Rusiyaya arxayın olduğu üçün Laçın dəhlizi ilə bağlı heç bir iş görməyib”.
6-04-2022, 11:58
16-12-2012, 14:50
20-09-2021, 12:32
20-09-2021, 17:26
1-08-2017, 21:30
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?