GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Nazir onları tanıdıqca işdən çıxardacaq...” – Professor

“Nazir onları tanıdıqca işdən çıxardacaq...” – Professor

Tarix: 22-11-2013, 15:09 Bölmə :Müsahibə Baxış: 904
“Nazir onları tanıdıqca işdən çıxardacaq...” – Professor
“Təhsil prosesi dağılıb. Nə mühazirə dinləmək istəyən, nə də yazmaq istəyən var”


Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti, pedaqoqika elmləri doktoru Əbülfət Pələngovun “Qafqazinfo” ya müsahibəsi:



- Əbülfət müəllim, siz uzun illər illərdir ki, təhsil sahəsində çalışırsınız. Təcrübənizə əsaslanaraq bundan əvvəlki təhsil nazirinin fəaliyyəti ilə yeni nazir fəaliyyətini dəyərləndirməyinizi istəyirəm...

- Mən bir riyaziyyatçı və insan kimi keçmiş nazirin fəaliyyətini yüksək qiymətləndirirəm. Mənim bildiyimə görə, təşkilatçılıq və iş qabiliyyəti də yüksək olub. Ancaq təhsildə uzun müddətdir ki, həll olunmayan problemlər nəyinsə çatışmadığından xəbər verir. Bu problemlərin həll edilməməsinin obyektiv və subyektiv səbəbləri var. Elə məsələlər var ki, bu nazirin səlahiyyətindən də kənardır. Elə təhsil sistemləri var ki, dünya təcrübəsinə əsasən onlara qoşulmaq lazımdır. Bu sistemlərə qoşularkən onları əvvəlcə özününküləşdirib sonradan tətbiq etməliyik. Məsələn, Boloniya və kredit sisteminin sınaqdan keçirilmədən tətbiq edilməsi müəyyən fəsadlara gətirib çıxardı. Yeni təhsil naziri cavandır, beynəlxalq təcrübəsi var. Apardığı ilkin islahatlar onu deməyə əsas verir ki, o təhsil sistemindəki çatışmazlıqları aradan götürmək istəyir. Ən əsas odur ki, onun istəyi var. Bu gün kadrlar və strategiya ilə bağlı aparılan işlər onu göstərir ki, nazir sürətli şəkildə problemləri həll etmək niyyətindədir.

- Yeni təhsil strategiyasını necə qiymətləndirirsiniz?

- Qəbul edilmiş strategiyanı təhsil sahəsində olan çatışmazlıqları aradan qaldırmaq üçün ilkin addım hesab etmək olar. Mən strategiyanın məzmunu ilə tanışam. Burda nəzəri məsələlər əks olunub. Düşünürəm ki, onu daha konkret vermək olardı. Konkret atılacaq addımlar haqqında şərhlər, izahatlar verilsəydi, daha yaxşı olardı. Həm həcmində çoxluq var, həm də nəzəri məsələlərinin bəziləri təkrarlanıb. Bəzi sahələrdə olan adamlar strategiyanı oxumağa macal tapmayacaq.

- Təhsildəki problemlərlə bağlı 3 istiqamətdə öz təkliflərinizi nazirliyə təqdim etmisiniz. Necə qarşılanıb təklifləriniz və həmin üç istiqamət nədən ibarətdir?

- Mən öz təşəbbüsümlə iki dəfə nazirin qəbulunda olmaq istəmişəm. Onun yeni vəzifəyə təyin etdiyi kadrların biri məni qəbul edib. Təkliflərimi ona təqdim etmişəm. Mən 9 illik orta məktəb və 23 illik universitet təcrübəmə əsaslanaraq, ali məktəblərdə yeniliklər tətbiq etmək üçün 3 istiqamət müəyyənləşdirdim. Tədris planları, dövlət standartları tamamilə yenilənməlidir. Bunu bilən adamlar planları yazmalıdır. Məsələn, Sovet İttifaqı dövründə olan bayramlara əsasən tədris planları hazırlanırdı. İndi bizim də müstəqilliklə əlaqədar bayramlarımız var. Həmin günlər dərs saatı hesab olunmur. Tədris planlarında isə dərslərin miqdarında dəyişiklik yoxdur. Əvvəllər bizdə magistratura təhsili yox idi. Ona görə də dövlət standartlarında yükləmə bakalavr adlanmayan ümumi təhsil sistemi üzərində dayanılmışdı. İndi həmin məqamlar bakalavrda qalıb, magistraturada isə boşluq yaranıb. İkinci istiqamət kadr məsələlər ilə bağlıdır. Əgər biz bunu indidən həll etsək, nəticəsini 4-5 ildən sonra görəcəyik. Ali məktəblərin əksəriyyətində 60 yaşdan yuxarı müəllimlər çalışır. Bu da fiziki cəhətdən onların operativ işləməyinə imkan vermir. Yeni kadrlar da hazırlanmır. Elmə maraq da azdır. Çünki burda maddi maraq axtarılır. Kadrların yenilənməsi ilə bağlı konkret təkliflərim var idi. Faktik olaraq heç bir əlavə vəsait sərf etmədən kadrları yeniləşdirmək olar. Üçüncü istiqamət isə maddi-texniki bazanın yenilənməsi ilə bağlıdır. Hətta auditoriyası belə çatmayan, həmin ixtisas üzrə kadrı olmayan müəssisələrə kadr hazırlamaq səlahiyyəti veriblər. Maddi-texniki baza müasir standartlara cavab verməlidir. Təhsildə İKT texnologiyalarının tətbiqi sürətlənməlidir, auditoriyaların da sayına qədər 1 il əvvəldən paket hazırlanmalıdır.

- Kadr potensialından danışdınız. Müəllimlər maaş azlığı problemindən həmişə gileylənirlər. Yeni qəbul olunmuş təhsil strategiyasında bu problemin həlli olaraq müəllimlərin də öz savadına və bir sıra meyarlara əsasən qiymətləndirilməsi nəzərdə tutulur. Məsələn, sən kriteriyalara cavab verən kadrsansa, 1000 manat maaş da ala bilərsən. Bu çıxış yolunu necə qiymətləndirirsiniz?

- Bu çox çətin məsələdir. Adətən bir yenilik tətbiq ediləndə ümumi işə əngəl törədən adamlar varlanmaq və mənafe naminə bundan istifadə edirlər. Mən hesab edirəm ki, ciddi addımlar atılmasa, bundan da belə istifadə edəcəklər. Hansı universitetin, müəssisə rəhbərinin kadrdan xoşu gəlmirsə, ona az maaş verəcək. Yaxınların isə maaşını artıracaqlar. Nazirlər Kabinetinin təhsil müəssisələrinin özünü maliyyələşdirməsi məsələsi ilə bağlı qərarı var. Bu günə qədər kadrların maaşının artması olmayıb. Yəni təhsil müəssisələri dövlətdən, bir də təhsil haqlarından maliyyələşir. Dövlət büdcəsindən ayrılan pulun miqdarı eynidir. Təhsil haqlarıda artım isə sabitdir. Burda yalnız qənaət etmək olar. Günün günorta çağı hansı universitetə getsən, işıqlar yanılı qalır. Ali məktəblərinin büdcəsinin sərf olunmasında şəffaflıq yoxdur. Əgər universitetlərin saytında pulu necə xərclənməsi şəffaf şəkildə göstərilsə, bu hamıya aydın olar. Hər şeyə pul tapırlar, amma müəllimin əməkhaqqına gəldikdə isə pul tapılmır.

- Bilirsiniz necə, yeni strategiya onu nəzərdə tutur ki, müəllimlər də tələbələr kimi mütəmadi imtahanlardan keçəcək. Onların da biliyi qiymətləndiriləcək. Kim hansı kriteriyalara cavab verirsə, ona uyğun da əməkhaqqı alacaq. Belə olsa, müəllimləri də heç də asan sınaq gözləmir...

- Bu səslənməsinə görə çox yaxşıdır. Savad nisbi anlayışdır. Ali məktəblərdə işləyən kadrların qabiliyyəti olmalıdır. Fərz edək ki, imtahanlardan keçdilər. Əgər ayrı-ayrı komissiyalar yaradılsa və imtahan götürülsə o zaman həmin komissiyalar subyektivliyə yol verəcəklər. Bu nə qədər müddətə həll edilə bilər? Mənə elə gəlir ki, bu çox uzun prosesdir. Kadrlar hiss etməlidir ki, gələcəkdə ona savadına qabiliyyətinə görə əməkhaqqı verəcəklər. O zaman həmin sahəyə savadlı adamlar gələcəklər. İndi ciddi şəkildə imtahan götürülsə, kadrların 50 faizi kənarda qalacaq.

- Müəllim rüşvəti ehtiyacdan aldığını deyir və bununla özünə haqq qazandırır. Başqa hansısa səbəblər varmı?

- Elə adamlar var ki, hər gün evinə rüşvət aparmasa, özünü çox pis hiss edir. Eləsi də var ki, vicdanla öz ailəsini dolandırmaq istəyir. Məcburiyyətdən edənlər də var. Hesab edirəm ki, bunların heç birisi əsas vermir ki, insanlar rüşvət alsınlar. Hətta ehtiyac belə olsa, rüşvət almağa meyillənməsiılər. Rüşvət alanda sevinməsinlər, gecə rahat yata bilməsinlər. Belə mühit olmalıdır.

- Yeni strategiyada 12 illik təhsilə keçidlə bağlı məsələlər də qeyd olunub. Belə izah olunur ki, əlavə edilən iki illik təhsil artıq şagirdlərin universitet tələbəsi kimi hazırlanmasına xidmət edəcək. Sizcə 12 illik təhsilə keçid ölkədə necə qarşılanacaq?

- Biz əgər üzümüzü Avropaya tutmuşuqsa, orada tətbiq edilən təhsil sistemlərindən kənarda qala bilmərik. Bu prosesə tədricən keçmək lazımdır. Elə belə illərin artırılması məsələnin həlli deyil. Məzmunda, qiymətləndirmədə, maddi texniki bazada, kadrlarda təzələnmə olmalıdır. Hələ 12 ildən sonra nəticələrə əsasən on a qiymət verə bilərik. Sovet İttifaqı dövründə kompyuterləri yaxına buraxmırdılar. Sonradan başa düşdülər ki, bu məhv olmaq deməkdir. Bütün sahələrdə kapitalizm bir marafon yarışıdır. Dayanan məğlub olur.

- Bizdə orta məktəbi qurtaran əksər şagirdlər universitetə sadəcə diplom almaq üçün daxil olmaq istəyir. Yəni diploma cehiz kimi yanaşılır. Təhsil almaq istəyi isə ikinci plana keçir...

- Ali təhsil almaq bizim millətin istəyidir. Sovetlərin tərkibində olanda hər diplomu olan adam hesab edirdi ki, gedib ştat alacaq. O tendensiya bu gün də davam edir. İstənilən adam övladı zəif oxusa belə, ona ali təhsil diplomu vermək istəyir. Əgər tələbat bazara uyğunlaşdırılsa, ona ehtiyac duymayacaqlar. İndi bir çox şirkətlər diploma baxmırlar. Tələbənin qabiliyyətinə əsasən onu işə götürürlər. Getdikcə təhslidə irəliləyiş olmadan testlərdə nəticələr ildən-ilə aşağı düşür. Ancaq valdeynlərin imkanı, övladlarına yaxşı təhsil vermək istəyi artır. Burda tərs mütənasiblik var. Bu tərs mütənasiblikdən də Azərbaycan dövləti fayda götürə bilmir. Kim ki Azərbaycanda ali məktəbə daxil ola bilmirsə , xarici ölkələrə üz tutur.

- Təhsil sistemini dəyişməyə haradan başlamaq lazımdır?

- Dəyişməyə tərbiyədən başlamaq lazımdır. Problem aşağıdan- yuxarıya ardıcıllıqla həll olunmalıdır.

- Universitetlər arasında da rəqabət yoxdur. Çünki əksəriyyəti eyni təhsili verir. Maddi texnika bazası eynidir, yataqxanaları yoxdur və. s. Tələbə üçün seçim də yoxdur...

- Çoxluq etibarilə səviyyələri eynidir. Naxçıvan və Bakı Dövlət univesritetlərin maddi-texniki bazası yaxşıdır. Amma hesab edirəm ki, bu görüntü xarakteri daşıyır.

- Strategiyanın bəhrələrini nə qədər vaxta görmək olar?

- Bu onun sürətliliyi ilə əlaqədardır. Hesab edirəm ki, yeni təhsil naziri təyin olunduğu müddətdən bu günə qədər təkcə strategiyanın qəbul ediməsi, göndərilməsində işlər ləng gedir. Əgər düzgün istiqamətdə getsə, bunların nəticəsini 4-5 ildən tez görə bilməyəcəyik. Kadrların yenilənməsi sürətli proses deyil. Öz işinə, əqidəsinə bağlı kadrlar axtarılıb tapılmaldır. Təəssüf ki, səhvlərə yol verilir. Bəzən elə olur ki, əməli, əqidəsi saf olan kadrlar işdən kənarlaşdırılır. Mənim əlimdə faktlar var. Məsələn, təzə nazir gələndən sonra sistemdən gedən kadrların bəzilərini tanıyıram. Onlar düz işləyən kadrlar olmasına baxmayaraq, birincilər sırasında işdən kənarlaşdırıldılar. Əksinə tərəzinin gözünü əymək istəyənlər bu gün də fəaliyyətini davam etdirir. Ola bilər ki, yeni nazir onları tanıdıqca işdən çıxaracaq.

- Keçmiş nazirin dövründə universitetlər Boloniya prosesinə keçdilər. Boloniya sisteminin tələbələrə verdiyi bir sıra üstünlüklər olsa da, ondan yararlana bilmirlər. Bu da zaman-zaman tələbələrin haqlı narazılığına gətirib çıxarır. Bu prosesə keçid düzgün təmin olundumu?

- Boloniya sistemi mütərəqqi bir sistemdir. Ancaq hər bir düzgün vasitədən də düz istifadə etməyəndə onun nəticələri daha pis olur. Bu sitem ölkəmizdə hazırlıqsz tətbiq olundu. Əvvəlcə mühit yaradılmalı idi. Tələbat elə yaradılmalı idi ki, bilik alan bilikverənə daha çox yaxşı münasibətlə yanaşmalı idi. 100 ballıq sistemə birdən-birə keçildi. İmtahana qədər balın yığılmasında qaydalar düzgün tətbiq olunmadı. Ədalət olmadı. Bu işi subyektdən asılı olmayan cansız kompyuterlərə tapşıranda da kütləvi savadsızlıq yarandı. Tələbələr testin cavablarını əzbərləyir, imtahandan da müvəffəq qiymətlər alır. Əgər tələbə 6 ay ərzində heç nə oxumursa, 1 saat ərzində əzbərləyib qiymət alırsa, deməli 6 ayda görülən işlərin heç bir nəticəsi yoxdur. Xərclənən pul da havaya sovrulub.

- Elə bu yaxınlarda bir neçə universitetdə tələbələr imtahanların yazılı şəkildə keçirilməsinə etiraz etdilər. APU- da bu baş verdi və tələbələrin etirazları qəbul olundu. Sizcə, tələbələr haqlı idilərmi?

- Mən birmənalı deyirəm ki, tələbələr haqsız idilər. Bizim universitet 2006-cı ildən test sisteminə keçib. 2006-dan əvvəl bitirən tələbələrlə ondan sonra bitirən tələbələri müqayisə edəndə bilik səviyyəsi xeyli azalıb. Rektor müəllimlər neqativ işlərdən əl çəksin deyə, bu üsulu tətbiq etməyə başladı. Artıq imtahanlarda heç bir müəllimin marağı yoxdur. Təhsil prosesi dağılıb. Nə mühazirə dinləmək istəyən, nə də yazmaq istəyən var. Nə də ki, onun qarşılığında ürəkdən mühazirə demək istəyən müəllim var. Müəllimlə tələbə arasında hörmət, qarşılıqlı ehtiyac münasibəti tamamilə pozulub. Bunları görən rektor istədi ki, müəyyən islahat aparsın. Konkret təklif oldu ki, hər mövzu üzrə məzmun müəyyən olunsun. O məzmunu tələbə neçə faiz əhatə edibsə, yazılı imtahanda ona uyğun da qiymətləndirilmə aparılsın. Bu məsələlərdə bir qədər tələsikliyə yol verildi. Tələbələrə düzgün izahat verilmədi. Onlara izahat edilsəydi ki, gələcəkdə bundan təhsil sistemimiz qazanacaq, o zaman onlar mitinqlərə çıxmazdı. Mən dərs dediyim qruplarda bununla bağlı söhbət aparmışam. Heç bir tələbə buna etiraz etmir. Ümumiyyətlə təhsil sitemində köklü islahatlar aparılsa, tələbə də yaxşı təhsil almaqda maraqlı olacaq. Müəllimlərlə daha çox ünsiyyətdə olacaq. O biləcək ki, hansısa mövzuları bilmək ona işə düzəlməkdə yardımçı olacaq. Onu öyrənəcək. İmtahanlar semestrdə bir dəfə olmamalıdır. Əgər bu gün tələbə imtahan verməyə özünü hazır hiss edirsə, gedib imtahanını verməlidir. Bu proses il boyu baş tutmalıdır. Semestr ərzində sıxlıq olur. Tələbələr fiziki cəhətdən çatdıra bilmirlər. Problemlər də bundan yaranır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Təhsil Nazirliyində xeyli yüksək vəzifə boş qalıb (SİYAHI)

    Təhsil Nazirliyində xeyli yüksək vəzifə boş qalıb ...

    29-05-2013, 11:43

  • 
  • Mikayıl Cabbarov əvvəlki nazirin “vurduğu” kadrlara vəzifə verir

    Mikayıl Cabbarov əvvəlki nazirin “vurduğu” ...

    5-09-2013, 16:14

  • 
  • Nazir Bakı Təhsil İdarəsinə “əl gəzdirdi”

    Nazir Bakı Təhsil İdarəsinə “əl gəzdirdi” ...

    31-10-2013, 10:43

  • 
  • Nazir icra başçısına qarşı: İrşad Əliyevin bacısı BŞTİ-dən çıxarıldı

    Nazir icra başçısına qarşı: İrşad Əliyevin bacısı ...

    10-12-2013, 13:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu