GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Tofiq Yaqublu: "Siyasi partiyalar haqqında" yeni qanun fəaliyyətimizə əngəl ola bilməyəcək

Tofiq Yaqublu: "Siyasi partiyalar haqqında" yeni qanun fəaliyyətimizə əngəl ola bilməyəcək

Tarix: 1-12-2022, 17:05 Bölmə :Müsahibə Baxış: 422


Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Amerikanın Səsinə müsahibəsində "Siyasi partiyalar haqqında”yeni qanun layihəsinin real durumu əks etdirmədiyini, partiyaların fəaliyyətini əngəlləmək üçün nəzərdə tutulduğunu deyib.

Amerikanın Səsi: Milli Məclis "Siyasi partiyalar haqqında" qanun layihəsinin yenilənmiş variantını ictimai müzakirəyə təqdim edib. Sənədin yenilənmiş variantında bir sıra dəyişikliklər edilib. Bu dəyişiklikləri necə qiymətləndirirsiniz?

Tofiq Yaqublu: Mənfi qiymətləndirirəm. Onlar əvvəlcə çox sərt müddəalar daxil eləmişdilər. İndi də nəzərdə tutduqları həddə endiriblər. Hamısı mürtəce dəyişikliklərdir və siyasi partiyaların fəaliyyətini əngəlləmək üçün nəzərdə tutulub.

Amerikanın Səsi: Müxalif siyasətçi kimi "Siyasi partiyalar haqqında" qanun layihəsinin daha çox hansı müddəlaları ilə razı deyilsiniz?

Tofiq Yaqublu: Əvvəla deyim ki, "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib. Gözəl qanundur. Rahat olaraq tətbiq edilə bilər. Amma o qanunda bütün dəyişikliklər hansısa biclikləri nəzərdə tutub. Amma xüsusən orada qeydiyyat üçün nəzərdə tutulmuş normaları, təsisçilərin sayı ilə bağlı, üzvlərinin sayı qeydiyyata alınmasa fəaliyyət göstərə bilməz. Qəbul etmirəm. Bu cür müddəalar absurddur.

Amerikanın Səsi: Qanun layihəsi qəbul olunarsa onun ölkədə siyasi mübarizəyə təsiri necə olacaq?

Tofiq Yaqublu: Bu qanun layihəsi ona görə irəli sürülüb ki, ölkədəki siyasi fəaliyyəti məhdudlaşdırsınlar. Bu qanun müəyyən problemlər yarada bilər. Ancaq geniş mənada heç bir şeyi dəyişdirməyəcək. Bizim fəaliyyətimizin qabağını necə ala bilərlər? Tutaq ki, indiyə qədər siyasi partiyalar var idi. Amma qeydiyyatları yox idi. Bu təzə qanunda göstərirlər ki, qeydiyyatı olmayan partiyaların fəaliyyət göstərməsi qadağandır. Fəaliyyətimizin qabağısı ala bilməzlər. Biz mütləq qanunu, reallığı dəyərləndirib, başqa üsullar tapacağıq. Yəni siyasi partiyanın qeydiyyatı bizə heç nə vermir. O mənada ki, legitim bir hakimiyyət yox, ölkədə qanunlar işləmir. O qeydiyyatla heç nəyi dəyişdirmək mümkün deyil. AXCP qeydiyyatdan keçmiş partiyadır. Onun sədrinə isə pasport vermirlər ki, ölkədən xaricə gedə bilsin. Qərargahını əlindən alırlar, partladırlar, üzvlərini tuturlar. Yəni qeydiyyat faktiki heç nə vermir. Qanun qəbul edilsə biz vəziyyətə uyğun bir yollar tapacağıq. Heç bir halda qanun bizə onu qadağan edir deyə daha siyasi fəaliyyətimizi dayandıraq belə bir düşüncədə olmayacağıq.

Amerikanın Səsi: Sizcə ölkədə siyasi dialoq hansı prinsiplər üzərində qurulmalıdır və onun predmeti nələri əhatə etməlidir?

Tofiq Yaqublu: Çox təəssüf ki, dialoq məsələsində hakimiyyət manipulyasiya edir. Hakmiyyətə satılmış partiyalar da manipulyasiya edir. Dialoq tamam başqa bir şeydir. Müxtəlif ölkələrdə dialoq olur. İqtidar-müxalifət dialoqu o vaxt olur ki, ölkədə bir idarəetməzlik yaranır. Bir ciddi problem var. Vətəndaş qarşıdurması var. Onda iqtidar-müxalifət dialoqa gedir. Bu, öndə duran məsələlərin həlli üçün. Cəmiyyətin önünü açmaq üçün bir ortaq məxrəcə gəlirlər. Bax, dialoq budur. Bir var avtoritar ölkələrdə iqtidar-müxalifət dialoqu, məsələn Venesuelada oldu. Bir də demokratik ölkələrdə iqtidar-müxalifət dialoqu olur. Məsələn, çox ciddi bir konstitusiya dəyişikliyinə ehtiyac var. Ortaq məxrəcə gələ bilmirlər. Onda onlar bir yerdə oturub konsensus tapmaq üçün dialoqa gələ bilərlər ki, məsələn, bu qanunvericilik və ya konstitusiyanın bu müddəası çox vacibdir. Gəlin bir razılığa gələk. Amma indiki Azərbaycanda dialoq bilirsiniz necə olmalıdır? Sərbəst toplaşma azadlığının təmini, "Siyasi partiyalar haqqında" qanundan imtina edilməsi, siyasi məhbusların azad edilməsi, mətbuat azadlığı və sairə, bu istiqamətlərdə dialoq olmalıdır. Buna ehtiyac var.


Zahid Oruc (Arxiv foto, mənbə VOA)

Zahid Oruc (Arxiv foto, mənbə VOA)

Öz növbəsində, Milli Məclisin Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə bildirib ki, "Siyasi partiyalar haqqında" qanun müxalif qüvvələrin fəaliyyət imkanlarını daraldılmasına yönəlməyib: "Noyabrın 29-da Milli Məclisin əsas müzakirəsinə çıxarılmazdan qabaq "Siyasi partiyalar haqqında" qanuna 66 dəyişiklik edilib. Həqiqətən burada konseptual olaraq vətən müharibəsindən sonra qalib siyasi sistemin formalaşdırılması ideyası əsas götürülüb. Buna görə də güclü prezident və cəmiyyətin mənafeləri baxımından, onun siyasi təşkilatlanmasını elə bir ideya üzərində aparmaq lazım idi ki, hakimiyyətin və dövlət idarəçiliyinin əsas institusional elementi olan siyasi partiyalar da güclənsin. Layihənin təşəbbüskarları qarşılarına belə bir məqsəd qoymayıblar ki, burada hansısa yeni siyasi qüvvələrin meydana çıxmasının qarşısını alsınlar. Müxalif qüvvələrin fəaliyyət imkanlarını daraltsınlar" , deputat qeyd edib.

O bildirib ki, layihə müzakirəyə çıxarılmamışdan əvvəl vətəndaşların bu istiqamətdə rəyi alınıb.

"Müqayisə üçün qeyd edək ki, hazırda qüvvədə olan qanun dörd fəsil, iyirmi iki maddədən ibarət olduğu halda, hazırkı qanun altı fəsil, 30 maddədən ibarətdir. Otuz maddə də 319 alt hissələrdən tərtib olunub. Bunların mütləq əksəriyyətində partiya sisteminin istər onun yaranması, təsisi, qeydiyyatı, o cümlədən hüquqi şəxsə çevrilərək proqram çərçivəsində fəaliyyətinin hüquqi müstəvidə təşkili, eləcə də maliyyələşmə mexanizmləri, həmçinin partiyalarla bağlı atıla biləcək addımların da qanunvericilik əsasında reallaşdırılması əsas ana xətt kimi keçib. Bəzən bunu yalnız hakim partiyanın maraqlarına uyğunlaşdırıldığını iddia edənlərə, hər hansı məhdudiyyətlər var və yaxud orada müxtəlif siyasi tələlər müəyyənləşdirilib deyə məsələyə qarşı gedənlərə ən mühüm arqumentlə cavab verə bilərik".

Onun fikrincə, bu qanun layihəsi konstitusiyaya uyğun hazırlanıb: "Burada, layihədə hansısa yasaq rejim müəyyənləşməyib. Digər tərəfdən hakimiyyətin və bu məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının üzərinə tələb kimi qoyulur ki, atılan hər bir addım siyasi plüralizmin xeyrinə olmalıdır. Hər bir qeydiyyata alınmış partiya bərabər fəaliyyət aparmaq imkanını əldə eləməlidir. Bax bu maddələr mübahisələndirmə şəraitində bütün qüvvələrin, təşkilatların ideologiyasından, siyasi yönünündən aslı olmayaraq, yalnız xeyrinə işləyən bir məsələdir".

Xatırlatma

Milli Məclis "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini müzakirə edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.

"Bu dinləmələrdə və ictimai müzakirələrdə qanun layihəsi ilə bağlı verilən təkliflər, səslənən fikirlər, qeydlər nəzərə alınıb" , məlumatda qeyd edilir.

"Siyasi Partiyalar haqqında" yeni qanun layihəsinə görə, sənəd Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin (Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) 1-ci (Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı) və 10-cu bəndlərinə (fiziki və hüquqi şəxslərin statusu) uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tofiq Yaqublu məhkəməyə çağırılıb

    Tofiq Yaqublu məhkəməyə çağırılıb ...

    30-05-2019, 16:30

  • 
  • 'Siyasi partiyalar haqda qanun'a dəyişiklik edilir

    'Siyasi partiyalar haqda qanun'a dəyişiklik edilir ...

    28-02-2017, 23:48

  • 
  • Tofiq Yaqublu: “Müsavatın Milli Şuradan çıxmasına üzüldüm”

    Tofiq Yaqublu: “Müsavatın Milli Şuradan çıxmasına ...

    9-01-2014, 13:14

  • 
  • Tofiq Yaqublu: "Başqan müavini vəzifəsindən çıxarılmağımı Arif Hacılı ilə danışmışdıq"

    Tofiq Yaqublu: "Başqan müavini vəzifəsindən ...

    15-02-2018, 10:59

  • 
  • Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir

    Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir ...

    25-09-2014, 15:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu