Demokratik Qüvvələrin Milli Şurasının Koodinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu mayın 30-da Abşeron rayon Məhkəməsinə çağırılıb. Bu barədə Yaqublu Amerikanın Səsinə müsahibəsində bildirib.
“Yəqin ki, polis inzibati qaydada məhkəməyə iş göndərib. İndi məhkəmə ona baxacaq. Günam edirəm ki, barəmdə ya inzibati həbs seçəcək, ya da cərimə ediləcəm. Məhkəmənin barəmdə bəraət verəcəyinə inanmıram” o, Amerikanın Səsinə bildirib.
Yaqublu məhkəmə barəsində qərar qəbul edərsə yuxarı məhkəmə instansiyasına şikayət verəcəyini bildirib.
“Bu qərar hüquqi nihilizm, özbaşınalıq ola bilər. Bayram günündə durduğum yerdə aparıb polis idarəsində saxlayıblar. İndi də məhkəməyə çağırırlar” , o deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?