GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Bakıdan gedib Nyu-Yorku qoruyan azərbaycanlı qadın polis: “Ürəyim hər zaman Azərbaycanla döyünür”

Bakıdan gedib Nyu-Yorku qoruyan azərbaycanlı qadın polis: “Ürəyim hər zaman Azərbaycanla döyünür”

Tarix: 8-12-2022, 12:00 Bölmə :Müsahibə Baxış: 714


ABŞ-ın ən böyük şəhərlərindən biri olan Nyu-Yorkun təhlükəsizliyini 37 000 polis qoruyur. Birləşmiş Ştatların ən böyük polis təşkilatı olan Nyu-York Polis Departamenti (NYPD) həm də dünyanın ən qabaqcıl polis təşkilatıdır. Sevindirici hal oldur ki, NYPD-də azərbaycanlı polislər də işləyir. Həmsöhbət olduğumuz Nisə Hacıyeva isə NYPD-də işləyən ilk azərbaycanlı qadın polisdir.

Gundemxeber.az bildirir ki, o, müsahibəsində Nyu-Yorkda polis olmağın bilinən və bilinməyən tərəflərindən danışıb.

– Bir qədər keçmişə gedək, necə oldu ki, Azərbaycandan gəlib ABŞ-da fəaliyyət göstəməyə başladınız?

– Mən 1986-ci ildə Bakıda anadan olmuşam. Atam azərbaycanlı, anam rusdur. Anam rus ailəsində doğulsa da, uşaqlıqdan Bakıda böyüyüb. Mənim hekayəm başqalarından bir qədər fərqlidir. Atam və anam lal-kardır. Bir qardaşım var. O isə daun sindromlu doğulub və məndən böyükdür. Bakı şəhərində böyüyüb boya-başa çatmışam. Məktəbi bitirdikdən sonra Azərbaycan Xarici Dillər Universitetinə yüksək balla qəbul oldum. Universitetdə təhsil aldığım vaxt proqramla ABŞ-a gəldim. Bir il ABŞ-ın Kolorado ştatında təhsil aldım və çalışdım. Daha sonra Bakıya döndüm. Bir müddət orda qaldıqdan sonra təkrar ABŞ-a geri dönməyə qərar verdim. Təhsilimi Nyu-Yorkda (City University of New York) Bruklin kollecində davam etdirdim. Daha sonra ailə qurdum. İndi dörd övladımız var, iki qız, iki oğlan. Böyük qızım 11, balaca qızım isə 5 yaşı var. Bir neçə il öncə iş axtarmağa başladım. Araşdırdım və ABŞ-ın ən böyük polis təşkilatı olan Nyu-Yorkda işə başlamağa qərar verdim.

– İşə qəbul prosesi necə oldu? Nyu-Yorkda polis olmaq üçün hansı mərhələlərdən keçdiniz?

– Öncə onu qeyd edim ki, ailəm uşaqlıqdan bütün mövzularda hər zaman məni dəstəkləyib. Anam mənə deyirdi ki, nə olmaq istəyirsənsə, o peşəni özün seçməlisən. Bakıda Azadlıq prospektində yaşayırdıq və evimiz polis bölməsinin üstündə idi. Atamla balkonumuzda oturanda həmişə polisləri görürdüm və onların polis bölməsinə gətirdikləri cinayətkarlarla necə davrandıqlarının canlı şahidi olurdum. Həmişə fikirləşirdim ki, polis olmaq çətin işdir. Bir qadın olaraq polis olmaq isə vəziyyəti daha da çətinləşdirir. Azərbaycanda heç qadın polis görmədim, ancaq ABŞ-da, xüsusilə də, Nyu-Yorkda qadın polislər çoxdur. Anamı indi yanıma gətirmişəm, o bizimlə yaşayır. Atam isə artıq vəfat edib və təəssüf ki, bu uğurumu görmədi.

İşə qəbul prosesinə gəlincə, onu deyə bilərəm ki, olduqca çətin prosesdir. Öncə onlar Azərbaycana sorğu göndərərək mənim doğulduğum gündən bu günə qədər bütün həyatımı araşdırdılar. Polis Akademiyasına qəbul olmaq üçün isə mən bir neçə imtahan verməli oldum. Bunlardan biri psixoloji imtahan idi və olduqca çətin keçdi. Bəzən elə suallar verirlər ki, çıxılmaz vəziyyətdə qalırdım. Ancaq həmin imtahandan da müvəffəqiyyətlə keçdim. Daha sonra yazılı və fiziki imtahanı uğurla tamamladım. Bütün şərtləri ödədikdən sonra 2020-ci ildə Polis Akademiyasına qəbul oldum. 6 ay müddətində həmin akademiyada təhsil aldım. Mənimlə eyni vaxtda akademiyada 500 tələbə təhsil alırdı. Mən onların arasından seçilərək “Kəskin nişançı” (Sharp Shooter) nişanı aldım. Silah istifadəsində birinci idim. Açığı, o günə qədər əlimə silah almamışdım və belə bir istedadımın olduğunu da elə təhsil alanda öyrənmiş oldum. Yeni-yeni çox həyacanlı idim. Çünki bu sahədə heç bir təcrübəm yox idi. Belə ki, polis bölmələrində çalışanların çoxu hərbidən gəlib polis olurlar. Bu isə vəziyyəti asanlaşdırır. İndi artıq alımışam və sevinirəm ki, işlədiyim NYPD-nin çox gözəl kollektivi var. Hər kəs bir-birini çox dəstəkləyir.

– NYPD-də sizdən başqa, azərbaycanlı polislər varmı?

– Bəli var. Onlardan 6-7 nəfəri tanıyıram. Hətta onlardan bir neçəsinin yüksək rütbəsi var. Dünyanın ən böyük polis departamentində işlədiyimizi nəzərə alsaq, burda bir-birimizi tapmağımız bir qədər çətindir. Bir neçə ay öncə Azərbaycanın müstəqillik günündə ölkəmizin BMT-dəki daimi nümayəndəliyi keçirdiyi görüşdə bizi bir yerə topladı. Orada bir-birimizlə yaxından tanış olduq. Hər kəs fərqli bölmələrdə işləyir. Nyu-York polisində Türkiyədən və Rusiyadan olan xeyli sayda polis işləyir. Türklərin sayı 100-dən çoxdur. Ona görə də onlar özlərinin assosiasiyalarını yaradıblar. Müxtəlif günlərdə görüşür, ölkələrinin bayramlarını qeyd edir, tarixi əhəmiyyətli günlərdə bir yerə toplaşırlar. Ümid edirəm ki, bizim də burda sayımız artacaq və yaxın gələcəkdə biz də öz assosiasiyamızı yaradacağıq. Az olsaq da, öz kimliyimizi qoruyub saxlamaqla yanaşı, yerli polisləri Azərbaycan haqqında məlumatlandırırıq. Xüsusilə, yeni işə başladığımız zaman tez-tez hər kəs məndən Azərbaycan haqqında məlumat almağa çalışır və Azərbaycanın harda olduğunu soruşurdular. Mən də onlara milli geyimlərdə olan şəkillərimi göstərir və Azərbaycanın zəngin təbiətindən, mədəniyyətindən danışırdım. Onlar bunu olduqca maraqla qarşılayırdılar. Bəzən işə evdə bişirdiyim milli yeməklərimizdən aparıram və iş yoldaşlarımla bölüşürəm. Onlar artıq Azərbaycanın necə dadlı və ləzzətli mətbəxi olduğunu bilirlər. Azərbaycan üçün çox darıxıram. 20 il orda yaşamışam və Azərbaycan mənim üçün hər şeydir. Çalışıram ki, övladlarım Azərbaycan adət-ənənələri ilə böyüsünlər. Novruz bayramında tonqal qalayırıq, onlara evdə Azərbaycan yeməkləri bişirirəm. Bizim insanlar çox başqadırlar. ABŞ cəmiyyəti olduqca fərqlidir. İnsanlar təkliyə üstünlük verirlər, qonşuluq mədəniyyəti yoxdur. Biz Azərbaycanda qonşularımıza istədiyimiz vaxt rahat gedib-gəlirik, dostlarımızla istədiyimiz vaxt görüşə bilirik. Ancaq burda belə deyil. İnsanlar bu kimi ehtiyaclarını, təkliklərini evlərində saxladıqları heyvanlarla tamamlayırlar. Daha çox Nyu-Yorkda belə yaşayış tərzi var, bir qədər Nyu-Yorkdan uzaqlaşdığınız zaman vəziyyət qismən dəyişir.

– Gələcək planlarınız nədir?

– Çətin olsa da, işimi çox sevirəm. Streslə yanaşı, insanlara faydalı olmaq, kiminsə köməyinə yetişmək bu peşənin ən zövq aldığım tərəfidir. ABŞ-da xidmət etsəm də, ürəyim hər zaman Azərbaycanla döyünür. Ölkəm üçün hər zaman faydalı olmağa hazıram. BMT-nin yüksək səviyyəli həftəsində maraqlı bir hadisənin şahidi olmuşdum. Bir çox polis dostlarım gəldikləri ölkərin rəhbər şəxslərinin təhlükəsizliyini qorumaq üçün təyin edilmişdilər. Gələcəkdə bu kimi fürsət olarsa, mən də dəyərləndirəcəyəm.

GUNDEMXEBER,AZ




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nyu-Yorkda partlayış

    Nyu-Yorkda partlayış ...

    12-12-2017, 12:27

  • 
  • Nyu-York şəhər hökuməti baş örtüyü çıxarılmış müsəlman qadına təzminat ödəyəcək

    Nyu-York şəhər hökuməti baş örtüyü çıxarılmış ...

    27-03-2018, 14:37

  • 
  • Nyu-Yorkda xəstəxanada atəş açan şəxs öldürülüb - YENİLƏNİB

    Nyu-Yorkda xəstəxanada atəş açan şəxs öldürülüb - ...

    1-07-2017, 13:38

  • 
  • Rza Zərrabın Nyu-Yorkda lüks həyatı ortaya çıxdı - FOTO

    Rza Zərrabın Nyu-Yorkda lüks həyatı ortaya çıxdı ...

    21-09-2018, 13:55

  • 
  • Bu gün Məmmədyarov Nyu-Yorkda Mnatsakanyanla görüşəcək

    Bu gün Məmmədyarov Nyu-Yorkda Mnatsakanyanla ...

    23-09-2019, 11:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (489)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu