GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » QHT sədri pensiyaya çıxanları işə dəvət etdi - Yemək və nəqliyyat xərcləri...

QHT sədri pensiyaya çıxanları işə dəvət etdi - Yemək və nəqliyyat xərcləri...

Tarix: 14-01-2023, 14:45 Bölmə :Müsahibə Baxış: 233


QHT sədri pensiyaya çıxanları işə dəvət etdi

“Niyə ölkəmizdə 50-60 yaşlı insanları könüllü işlərə cəlb etmək dəb deyil? Halbuki onlar vaxtını səmərəli keçirmək, kiməsə xeyr verməkdən məmnun olurlar. Cəmiyyətdə lazımlılığını hiss etməkdən zövq alırlar. Daha faydalı nəticələr göstərirlər. Böyük məmnuniyyətlə onları təşkilatımda görmək istərdim”.

Gundemxeber.az teleqraf.com-a istinadla xəbər verir ki, bu təkliflə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova çıxış edib.

QHT sədri bildirib ki, bəzən pensiyaya çıxan, amma cəmiyyətə faydalı olan insanları heç yerdə işə qəbul etmirlər: “Müəyyən ixtisas sahibləri var ki, onlar 63 yaşında pensiyaya çıxırlar. Onlar sağlamdırlar, gündəlik həyatlarında öz bilik və bacarığını bölüşməyə öyrəşiblər. Gündəlik həyat tərzi kiçildikcə insan yaşaya bilmir. Çünki həmişə insanlara hansısa məsələdə dəstək olublar. Sağlamlığında problem olanları nəzərdə tutmuram, kim sərbəst hərəkət edə bilir, qayğıları azdır, övladları böyüyüb, onlar sığınacaq tipli təşkilatlarda könüllü işlərə cəlb olunub öz potensiallarını göstərə bilərlər. Məsələn, uşaqlarla işləyə, yaxud işlə bağlı öz təcrübəsini bölüşələr. Həm mentor kimi, daha az təcrübəli insanlara professional şəkildə karyera və şəxsi həyatlarında yol göstərə bilərlər, həm də bir könüllü kimi vaxtının müəyyən hissəsini bu təşkilatlarda keçirərlər. Bu şəxslərin ələlxüsus uşaqlara çox faydası var”.
Mehriban Zeynalova hesab edir ki, Azərbaycanda gənclər arasında könüllü işlərə meyl yoxdur: “Gənclərin heç bir potensialı və təcrübəsi yoxdur, amma gözləyirlər ki, bu dəqiqə onlara pul verəcəklər. Bizim iş elədir ki, təcrübə olmadan onları götürmək olmur. Ola bilsin, onun stereotipləri var, baxış bucaqları fərqlidir və amiranə davranışa malikdir.

Amma bir az yaşlı adamlarda təcrübə fərqlidir və onlar ünsiyyət strategiyasını necə qurmağı, uşaqlarla, qadınlarla necə danışmağı bilirlər. Doğrudur, yaşlılar arasında da eləsinə rast gəlmək olur, təbii ki, bu zaman da seçim etməli olursan. Ortayaşlı insanları əksəriyyətinin həm keyfiyyətli iş əmsalı olur, işi axıra çatdırmaqda məsuliyyət hissi olur.

Amma gənclər arasında könüllü işlərdə o qədər keyfiyyət əldə edə bilmirəm. Onların çoxu karyera arxasınca qaçmağa çalışırlar, öyrənməyə meyllənmirlər. Bir az öyrənən kimi harasa getməyə cəhd göstərirlər, öz yollarını müəyyən etmək, yüksəlmək, çoxlu pul qazanmağa çalışırlar. Bu da normaldır.

Amma orta yaş kateqoriyasında elə insanlar var ki, onların çox ehtiyacı yoxdur, daha çox özünü realizə edərək insanlara kömək etmək istəyir”.

Dünya təcrübəsindən danışan Mehriban Zeynalova qeyd edib ki, xaricdə pensiyaya çıxan qadınlar çox vaxt QHT-lərdə olurlar: “Onlar həm ianə toplamağa kömək edirlər, həm özləri ianə edirlər, həm də bilik və bacarıqlarını tətbiq edirlər. Müəyyən dövlət müəssisələrindən pensiyaya çıxdıqdan sonra özlərini lazımlı bilir və həyatlarını davam etdirirlər.

Hesab edirəm ki, biz bu modeli götürüb tətbiq etməliyik. Çalışmalıyıq ki, onlar özlərini lazımsız hiss etməsinlər”.

Könüllülərə yemək və nəqliyyat xərcləri nəzərdə tutulmalıdırmı?

Ekspertin qənaətincə, könüllülərə yemək və nəqliyyat xərcləri nəzərdə tutulmalıdır: “Amma əksər hallarda bizdə o maliyyə imkanları olmur. Bəzən də həmin insanlar hansısa güzəştlərə ehtiyac görmürlər. Amma istəyirlər ki, kiməsə kömək etsinlər".


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 15 yaşlı oğlanı zorla nişanladılar

    Azərbaycanda 15 yaşlı oğlanı zorla nişanladılar ...

    3-08-2016, 14:50

  • 
  • Sosial şəbəkədə biabırçılıq:Bədənini görmək istəyirəm... - VİDEO

    Sosial şəbəkədə biabırçılıq:Bədənini görmək ...

    28-04-2016, 16:20

  • 
  • QHT-lər alternativ xidmətlər göstərərək insanlara yardımçı olurlar

    QHT-lər alternativ xidmətlər göstərərək insanlara ...

    19-09-2017, 15:18

  • 
  • Azərbaycanlı QHT sədri erməniyə fəxri diplom verib

    Azərbaycanlı QHT sədri erməniyə fəxri diplom verib ...

    4-02-2014, 21:24

  • 
  • Bakıda sosial şəbəkədə biabırçılıq: Bədənini görmək istəyirəm – 500 AZN-lik şantaj (VİDEO)

    Bakıda sosial şəbəkədə biabırçılıq: Bədənini ...

    26-09-2016, 12:18


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (91)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu