Müsahibimiz “Demokratiyanı Himayə Mərkəzi” İctimai Birliyinin sədri Sabir Qürbətovdur.
-Sabir bəy, təşkilatınızın adına görə bir açıqlamanızı istərdik...
- Təşkilatımız bir qrup ziyalı və müxtəlif sahələr üzrə ekspert tərəfindən yaradılmışdır. Həmin insanların gəldiyi qənaət ondan ibarətdir ki, Azərbaycanda demokratiyanın bərqərar olmasına və inkişafına dəstək vermək zəruridir. Bunun üçün bizim kimi ictimai təşkilatların yaranması olduqca vacibdir. Çünki, yalnız Qeyri-hökumət təşkilatıdır ki, hökumətlə vətəndaş cəmiyyəti arasında kommünikasiya yaradır. İnsanlar bir çox hallarda hökumətlə əlaqə qura bilməyəndə onların problemləri həlli vacib olan sosial məsələyə çevrilir. Vətəndaş cəmiyyəti olaraq Qeyi-hökumət təşkilatları həmin məsələləri daha kompleks halında hökumətin diqqətinə çatdırdıqda həll olunması daha real olur, eyni zamanda hökumət strukturları artıq o sferada olan həmin problemləri həll etməyə meylli olurlar. Bundan savayı demək olar ki, QHT-lər alternativ xidmətlər göstərərək insanlara yardımçı olur, həm də hökumətin etmədiyi işi görürlər. Deyək ki, məhkəməyə müraciət etmək hər kəsin işidir. Lakin, hamının vəkil tutmaq, normal müraciət hazırlamaq imkanları yoxdur. Bu zaman hüquqi yardım göstərən bir təşkilat normal ərizə hazırlaya bilər və vətəndaşa bütün prosedurlar barəsində ətraflı məlumat verə bilər. Bu isə həm könüllü bir işdir, həm də ictimai təşəbbüsdür.
-Sabir bəy, bəs qeydiyyatla bağlı probleminiz olarsa necə həll edəcəksiniz?
– Biz təşkilatı təqribən iki il əvvəl yaratmışıq. Lakin, müəyyən səbəblər üzündən qeydiyyat prosedurunu sona çatdıra bilmədik. İndi yenidən sənədlərimizi hazırlayıb Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsinə təqdim edəcəyik. Hesab edirəm ki, qanunvericiliyə uyğu olaraq biz sənədlərimizin qeydiyyatına çalışacağıq. Lakin, əgər imtina cababı alarıqsa səbəbləri öyrənib müvafiq qaydada addam atacağıq. Əgər zərurət yaranarsa məhkəməyə müraciət etməyi də düşünürük. Çünki, qanunvericilikdə bütün bu hüquqular təsbit olunub. Azərbaycanda qeydiyyata alınan və alınmayan çoxlu sayda QHT-lər var və ümid edirəm ki, bizim təşkilatımız qeydiyyatı olanlar sırasındadır. Bir QHT nümayəndəsi olaraq hüquqlarımızı və QHT işinin mahiyyətini bildiyimizdən qeydiyyata alınacağımıza çox böyük ümid bəsləyirik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?