GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Əli Məsimli gözlənilən bahalaşmadan danışdı: “Od olmasa, tüstü çıxmaz”

Əli Məsimli gözlənilən bahalaşmadan danışdı: “Od olmasa, tüstü çıxmaz”

Tarix: 26-11-2013, 15:52 Bölmə :Müsahibə Baxış: 860
Əli Məsimli gözlənilən bahalaşmadan danışdı: “Od olmasa, tüstü çıxmaz”

“Qiymət artımı haqda danışılırsa, deməli hökumətdə belə bir ideya olub”
“Gündəm xəbər”in suallarına sabiq baş nazir, millət vəkili Əli Məsimli cavab verib. Deputat əsasən 2014-cü ilin dövlət büdcəsindən, gözlənilən inflyasiyadan, qiymət artımı haqda söz-söhbətlərdən, ipoteka siyasətindən danışıb.
- Əli müəllim, nəhayət ki, 2014-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisin sonuncu sessiyası zamanı müzakirəsiz qəbul olundu. Siz büdcəni ümumilikdə necə xarakterizə edirsiniz?
- Mən büdcə layihəsinin müzakirəsi günlərində mətbuatda “Büdcə iqtisadiyyatın güzgüsüdür” başlıqlı böyük bir məqalə ilə çıxış etdim. Mən bu başlığı tez-tez işlədirəm. İqtisadiyyat necədirsə, büdcə də ona uyğundur. İndi Azərbaycan iqtisadiyyatında neft hasilatının sürətlə artması və dünya bazarında neftin qiymətinin günü-gündən bahalaşması mərhələsi arxada qalıb. İndi bizdə neft hasilatı aşağı düşür, ən yaxşı halda sabitləşmə olur. Bu o deməkdir ki, Azərbaycan büdcəsinin əsasını, onun gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən mənbə əvvəlki illərdə olduğu kimi sürətlə arta bilməz. Bu da təbii ki, 2014-cü ilin və sonrakı illərin büdcəsində öz əksini tapmalıdır. Məsələyə bu prizmadan yanaşanda 2014-cü ilin büdcəsində Neft Fondundan götürülən vəsaitin 11,3 milyard manatdan, 9,3 milyard manata qədər azaldılmasını müsbət qiymətləndirirəm. Yəni Neft Fondundan büdcəyə daxilolma 2013-cü illə müqayisədə 2 milyard manat azdır. Eyni zamanda manatın nisbi sabit qalması proqnozu ilə razıyam. Biz digər proqnozlara baxanda görürük ki, növbəti ildə 3,5 faiz inflyasiya olacağı haqqında proqnozlar irəli sürülür. Bu hökumətin 3,5 faiz inflyasiya proqnozu ilə bəzi mülahizələrə əsasən razı deyiləm. Məncə, süni inflyasiya nəzərə alınmasa, ölkədə gedən iqtisadi proseslərlə 1,5 faiz inflyasiya ola bilər. Xaricdən gətirilən malların üzərində də uzağı 2 faiz inflyasiya ola bilər. Bu üst-üstə gələndə hökumətin dediyi kimi inflyasiya 3,5 faiz olur.
- Bəs siz nəyə görə bu proqnozla razılaşmırsınız?
- Ona görə razı deyiləm ki, bizdə süni inflyasiya bəzən təbii inflyasiyadan da çox olur. Bir qrup işbaz maaş, təqaüd, ödəniş qalxan kimi qiymətləri süni sürətdə qaldırırlar. Bizim hesablamalarımıza görə, qiyməti süni olaraq 1 % qaldırmaqla həmin işbazlar 1 manatlıq məhsul istehsal etmədən və ya xaricdən məhsul gətirmədən, zəhmətsiz sürətdə170 milyon manat pul mənimsəyirlər. Söhbət bir ildə mənimsənilən puldan gedir. Bu isə Azərbaycan ailəsinin büdcəsindən gedir. Bunun nə qədər böyük məbləğ olduğunu müqayisə etmək üçün deyim ki, bu məbləğ Gəncə, Şumqayıt, Şəki, Mingəçevr kimi şəhərlərin bir il ərzində üst-üstə əldə etdiyi gəlirdən çoxdur. Bu kifayət qədər böyük rəqəmdir. Odur ki, hökumət əgər növbəti il üçün 3,5 faiz inflyasiya proqnozu verirsə, onda süni qiymət artımının qarşısını almaq üçün etibarlı mexanizm qurmalıdır.
İkincisi, təsdiq olunsa və ya olunmasa da, mətbuatda kommunal xidmətlərin qiymətlərinin artırılması haqqında xəbərlər dolaşır. Əgər belə bir addım atılsa və qiymət artımı kiçik həcmdə olsa inflyasiyaya ciddi təsir göstərməz. Yox, əgər əvvəlki illərdə olduğu kimi qiymət böyük templə artırılsa, bu birbaşa maya dəyərinə oturacaq. Bu da, daşınma xərcləri daxil olmaqla demək olar ki, hər sahəyə təsirini göstərəcək. Bu isə zəncirvari reaksiya ilə digər məhsulların qiymətinin artmasına ciddi təsir edəcək. Bu iki amili nəzərə alanda gələn il inflyasiyanın 3,5 faiz həddə olacağına dair nə hökumətin, nə də Beynəlxalq Valyuta Fondunun proqnozu ilə razı deyiləm.
- Yanacağın və benzinin qiymətinin artırılacağı haqqında artıq açıqlama verilib. Benzin və dizelin qiyməti artsa nə baş verəcək?
- Qeyd edim ki, yanacağın qiymətinin artması haqda verilən açıqlamalar ikibaşlı xarakter daşıyır. Məsələn, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin açıqlaması qiymət artımını təsdiq eləsə də, Taarif Şurası inkar edir. Bu məsələ ətrafında qeyri müəyyənlik olduğuna görə, mən də sözün həqiqi mənasında hökumətdə hansı mövqenin olduğundan müfəssəl məlumata malik deyiləm. Odur ki, fikirlərimi ehtimallar üzərində qura bilərəm.
- Yeni ildən sonra qiymət artımını gözləyirsinizmi?
- Od olmasa tüstü çıxmaz məsəli var. Əgər bu mövzu ətrafında bu qədər söz-söhbət gedirsə, deməli bu istiqamətdə ən azı ideya olub. Biz Milli Məclisin iclasında da bu məsələni qaldırmışdıq. Mənim fikrim belədir ki, bütün əmtəə mallarında artımın olmasında qeyri adi bir şey yoxdur. Amma bu artımın necə baş verdiyinə də baxmaq lazımdır. Əgər sənin iqtisadiyyatında 2 faiz inflyasiya varsa, bu halda hansısa məhsulu 50 faiz bahalaşdırmağı qeyri məqbul sayıram. Bu həmdə qiymət siyasətində disbalans yaradır və iqtisadiyyata ciddi zərbə vurur. Məncə, daha yaxşı olardı ki, bu beynəlxalq təcrübədə olan metodlarla həyata keçirilsin.Məsələn, həmin metodlardan biri “İnflyasiya minus” adlanır. Tutaq ki, Azərbaycanda proqnozlaşdırılıb ki, 2013-cü ilin sonuna 3 faiz inflyasiya olacaq. Həmin inflyasiya minus prinsipi ilə taarifəri 2 faiz qaldırmaq olar. Daha bunu 50 faiz qaldırmaq olmaz.
- Azərbaycanda qiymət siyasəti necə tənzimlənir?
- Siz də bilirsiniz ki, mən qiymət məsələsinə ciddi yanaşıram. Çünki bu əhalinin aşağı və orta təbəqəsinin yaşayış səviyyəsinə ciddi zərbə vurur. Mən parlamentdə təklif etmişəm ki, süni qiymət artımı məsələsini cinayətkarlığın bir elementi kimi Cinayət Məcəlləsinə daxil edilsin. Əlbəttə ki, bu məsələ məni ciddi narahat edir. Hər şeyin mədəniyyəti olduğu kimi qiymət sferasında da mədəniyyət olmalıdır. Təəssüflə deyim ki, bizdə bu mədəniyyət yoxdur. Kimin ağlına hansı qiymət gəlirsə onu qoyub satır. Baxın, bir küçənin bu başından o başına qədər eyni kostyumu beş fərqli qiymətdə görə bilərsiniz. Eləcə də eyni yerdən yığılan pomidor-xiyar fərqli qiymətlərlə satılır. Kim biləvasitə müşahidə aparırsa görür ki, super marketdə iki həftə aldığı malı sonradan başqa qiymətə alır. Amma mən bilmirəm ki, bizim Statistika Komitəsi bu hesablamaları necə aparır. Biz gözümüzlə gördüyümüzü Statistika Komitəsi tərs-məssəb deyir. Bunların hamısı sözün həqiqi mənasında əhalinin az təminatlı hissəsini zərbə vurur.
- Əli müəllim, hökumət ugurlu və anoloqu olmayan iqtisadi inkişafdan danışdığı halda Azərbaycanda yüz minlərlə gənc evsizdir, bir çox gənclərimiz isə məhz mənzil problemi səbəbindən ailə qura bilmir, qurulan ailələrin çoxu isə mənzilin olmaması səbəbindən dağılır. Azərbaycan hökuməti nədən bu sahədə ciddi addımlar atmır, hansı səbəbdən ipoteka siyasətini liberallaşdırmır?
- Mən Yaponiyada səfərdə olanda çox yüksək qarşılandım. Dünyanın ikinci birjasına getmişdim, orada “katirofkanı” bir saat saxlayıb “Azərbaycanın sabiq baş naziri Yaponiyaya xoş gəlmisiniz” ifadəsini barabanda fırladırdılar. Ancaq hara gedirdimsə, qibtə edici bir ifadə eşidirdim. Mənə deyilirdi ki, sizin ölkə xöşbəxtdir ki, əhalisinin çox hissəsi gənclərdən ibarətdir. Bildirirdilər ki, Yaponiyada qocalaşma getdiyindən bu iqtisadiyyata yük olur. Təsəvvür edin ki, gündoğan ölkədə gənclərin çox olmasının nə dərəcədə xöşbəxtlik olduğunu başa düşürlər, biz isə bunu anlamırıq. Əlbəttə, gənclərlə bağlı xüsusi dövlət proqramı olmalıdır. Bu kağız üzərində deyil, real olmalıdır. Bu proqramın hüququ tərəfləri, maliyyə təminatı olmalıdır. Maliyyə təminatının bir tərəfi də mənzillərlə təminat olmalıdır. İkinci Dünya müharibəsindən sonra birləşmiş qoşunlar Qərbi Almaniyada daşı-daş üzərində qoymamışdı. Mən özüm bunu gözümlə görmüşəm. Berlində çox nadir halda tarixi bina görərsən, çünki hamısını vaxtında dağıdıblar. Amma Almaniya yenidən dünyanın ikinci-üçüncü dövləti halına gəlib çıxa bildi. Almaniyanın müharibədən az sonra dünyanın ən qürətli dövlətə çevrilməsində əsas olan üç faktordan biri də əhalinin mənzillə uğurlu təmin edilməsi olub. Əhali mənzillə təmin edildi və bu almanların intellektual potensialının qalxınması üçün münbit şərait yaratdı. Mən ipoteka sahəsində bizdə görülən işləri MDB məkanında müsbət qiymətləndirirəm. Biz bu işə gec başlamışıq, amma göstəricilərimiz onlara bərabərdir. Amma mən məsələyə Azərbaycanın potensialı baxımından yanaşanda durumu mənfi qiymətləndirirəm. İki il bundan əvvəl ipoteka haqda söhbət gedəndə bu istiqamətə 20, 2013-cü ilin büdcəsində isə 40 milyon manat ayrıldı. Məndə təklif edirdim ki, bu dinamika ilə gedək, növbəti il büdcəsində bu rəqəm 60 milyon olsun. Və beləcə hər il bu məbləğ artırılsın. Əslində mən sizə deyim ki, ipoteka üçün 100 milyon manat ayrılsa belə, bu gənclərin və ehtiyacı olanların mənzillə təminatını tam həll eləmir.
- Bəs çıxış yolu nədir, varlı Azərbaycanda insanlar kasıb və mənzilsizmi yaşamalıdır?
- Biz bu problemi həll etməliyik. Mən Milli Məclisdə çıxışım zamanı bununla bağlı alternativ təkliflər irəli sürmüşəm. Birinci variant biləvasitə Almaniya modelinin tətbiqi, ikinci təklif isə xalq evlərinin tikilməsidir. Almaniya modelində ailə müəyyən qədər məbləğ toplayır və bundan sonra mənzil almaq istiqamətində addım atılır və məqsədə nail olunur. Hazırda evlərin 1 kvadratmetri ən aşağısı 800 manata satırlar. Orta statistik vətəndaşın əmək haqqı 420 manatdır. Bu maaşla ev almaq olmaz. Həkim, müəllim və incəsənət sahəsində çalışanların əksəriyyətinin əmək haqqı 200 manatdır. Demək orta statistik azərbaycanlı ipoteka imkanından yararlana bilmız. Əgər istifadə etsə də, 17 min manatlıq ev ala bilər. Bu qiymətə isə mənzil yoxdur. İkinci təklifim isə xalq evlərinin tikilməsidir. Burada iki cür təbliğ mexanizmi işə salına bilər. Birincisi, əgər vətəndaşın vəsaiti varsa, kvadrati 800-1000 manatlıq deyil, 300-500 manatlıq mənzillər alsınlar. Yəni belə mənzillər tikilsin. İkinci variantda dövlət vəsair ayırır, evlər tikilir və paylanır.Bu zaman həm iş yeri olur, həmdə vətəndaş mənzillə təmin edilir. Bu variantda vətəndaş həmin evdə qaldığına görə, kvadratmetrindən asılı olaraq ayda 50, 100,150 manat pul ödəyir. Sonda isə mənzil vətəndaşa qalır. Bununla da kütləvi şəkildə gənclərin mənzillə təminatı həyata keçirilir. Hesab edirəm ki, biz bunu tətbiq etsək problemi indi ilə müqayisədə kütləvi həll edə bilərik.
- Azərbaycan hökuməti valyuta ehtiyatı ilə fəxr edir. Bəs niyə xalqın bu pullarını xaricdə 1faizlə kredit verirlər, amma ölkəmizdə insanlar banklardan 25 faizlə kredit götürməli olur, olmazmı ki, bu maliyyənin müəyyən hissəsi elə xalqın özünə aşağı faizlə verilsin və insanlarda problemlərini həll etsinlər?
- Bu da, yanaşmalardan biridir. Azərbaycan prezidenti də çıxılarının birində dedi ki, bu ehtiyatdan 2 milyard dollar ölkəyə gətirilsin. İndi də, bu məsələ çıxışlar zamanı tez-tez deyilir. Məncə, burada iki güclü bank yaratmaq olar. Söhbət ciddi və şəffaf işləyəcək bankdan gedir. Bu banklardan biri Aqrabank, digəri İnnovasiyalıbank ola ola bilər. Bu banklara onu həzm edə biləcək səviyyədə vəsait yönəltmək olar. Bu vəsait də aşağı faizlə aqrar sahəyə ayrılar. Bu zaman vəsait öz profili istiqamətində xərclənsə qısa müddətə inkişaf əldə edilər. Bizim hesablamamıza görə, kənd təsərrüfatına birbaşa 500 milyon manat, 250-300 milyon manat isə ekoloji sahəyə ayrılsa, kənd təsərrüfatında indiki kimi 4-5 faiz deyil, 10 faiz artım olar. Beləcə biz əhalinin 40 faizinin ayaa qalxmasını bir neçə ilə həll edə bilərik. Amma bir daha deyirəm ki, bu vəsait kiminsə cibinə qoymaqdan deyil, aidiyyəti üzrə xərclənməkdən gedir.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Nazir bizimlə niyə oynayır?” - Millət vəkili

    “Nazir bizimlə niyə oynayır?” - Millət vəkili ...

    6-12-2013, 12:56

  • 
  • “Hökumət vətəndaşla gizlənpaç oynamamalıdır” - Yenilənib

    “Hökumət vətəndaşla gizlənpaç oynamamalıdır” - ...

    3-12-2013, 12:42

  • 
  • “Kommunal xidmətlərdə qiymət artımı mütləq olacaq”

    “Kommunal xidmətlərdə qiymət artımı mütləq olacaq” ...

    11-01-2014, 11:34

  • 
  • Milli Məclis noyabrın 22-də toplanacaq

    Milli Məclis noyabrın 22-də toplanacaq ...

    17-11-2013, 10:40

  • 
  • Ekspert büdcədə neftin qiymətini 90 dollardan götürməyi yanlış sayır

    Ekspert büdcədə neftin qiymətini 90 dollardan ...

    14-10-2014, 12:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu