GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Putinin nüvə qərarı:"Əgər İran da nüvə silahı əldə edərsə..."

Putinin nüvə qərarı:"Əgər İran da nüvə silahı əldə edərsə..."

Tarix: 25-02-2023, 15:32 Bölmə :Müsahibə Baxış: 444

Dövlət Duması fevralın 22-də keçirilən plenar iclasda Rusiyanın "Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi"ndə iştirakının dayandırılması haqqında Prezident Vladimir Putinin təqdim etdiyi qanun layihəsini yekdilliklə qəbul edib.


Bununla da rəsmi Moskva 2010-cu ildə Rusiya və ABŞ arasında imzalanmış SHS ilə bağlı üçüncü müqavilənin icrasına dair öhdəliklərindən yerinə yetirməkdən imtina edib.

Prosedur qaydalara görə, qanun Rusiya Federasiya Şurası və Prezident tərəfindən də təsdiqlənməlidir. Ancaq Vladimir Putin fevralın 21-də Rusiyanın "Strateji Hücum Silahlarına dair Müqavilə"dəki iştirakını dayandırdığını elan etməklə öz sözünü əvvəlcədən deyib. Qısa müddətdə sənədin parlamentin yuxarı palatası və dövlət başçısı səviyyəsində də qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, Rusiyanın adıçəkilən müqavilədə iştirakını bərpa etmək qərarı Prezidentə məxsusdur. Ancaq sənəd sazişdə iştirakın müvəqqəti dayandırılmasını nəzərdə tutmur. Yəni Rusiya sazişə qeyri-müəyyən müddətə əməl etməyəcək. Putinin bu addımı Rusiyanın sazişdən çıxmasını nəzərdə tutmasa da, nüvə arsenalını məhdudiyyətdsiz şəkildə artırması üçün öhdəliklərdən yayınmaq imkanı verir. 

Rusiyanın SHS-3 müqaviləsində iştirakını dayandırması nüvə silahı əldə etməyə çalışan İran üçün presedent yarada bilər. Çünki Rusiyanın Qərb qarşısında öhdəliklərini “dondurması”ndan İran özünün nüvə proqramını inkişaf etdirmək üçün istifadə etməyə çalışacaq. 

Yəni Rusiya və Qərb arasında strateji hücum silahlarına dair razılaşmanın pozulması İranın nüvə proqramının müzakirəsinə dair “Altılıq” formatına daxil olan ölkələrin, ilk növbədə isə Moskva ilə Vaşinqton arasında gərginliyi artıracaq. Bu isə İranın maraqlarına uyğundur. Üstəlik, İranın Ukraynaya qarşı müharibədə Rusiyaya satdığı zərbə dronlarının əvəzində nüvə proqramını inkişaf etdirmək və uranın zənginləşdirilməsi üçün Kremllə gizli anlaşmaya getdiyinə dair məlumatlar var. 

Bu baxımdan, İran Rusiyanın nüvə başlığı daşıyan strateji hücum silahlarının yayılmamasına dair öhdəliyini dayandırmasından faydalanmağa çalışacaq. Terrorçu İran rejiminin belə bir silaha malik olması qonşu olan bütün ölkələr, o cümlədən Azərbaycan üçün böyük təhlükə deməkdir. 

Gundemxeber.az-ın məlumatına əsasən, Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiyanın məsuliyyətsiz addım atması bu ölkəyə qarşı beynəlxalq təzyiqlərin artmasına səbəb ola bilər:

"Dünya ictimaiyyəti heç bir halda İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. "Strateji Hücum Silahlarının azaldılmasına dair Müqavilə"ni ilk dəfə 1991-ci ildə SSRİ və ABŞ prezidentləri Qorbaçovla, Buş imzalayıb. Sonra bu müqavilə iki dəfə yenilənib.  
Sonuncu üçüncü saziş 2010-cu ildə Prezident Medvedyev və Barak Obama tərəfindən imzalanıb. Yəni bu müqavilə Rusiya və ABŞ arasında olan məsələdir. 

Putin Rusiyanın bu sazişdə iştirakını dayandırdığını elan etməklə və Dövlət Duması da bu təklifi təsdiqləməklə beynəlxalq ictimaiyyəti hərbi qüdrəti ilə şantaj edir. Əslində, Rusiyanın bu qərarı nüvə silahlarına dair müqavilədən çıxmaq deməkdir. Həmin sazişə uyğun olaraq, Rusiya və ABŞ nüvə silahlarının ixtisar edilməsi və ləğvinə dair öhdəlik götürmüşdü. Lakin Rusiya indi bu razılaşmadan imtina etməklə həm ABŞ-ı, həm dünyanı şantaj edir.

İranın isə bu presedentdən sui-istifadı etməsi çətin olacaq. Çünki İranın nüvə silahına malik olmasını Rusiyanın müttəfiqi Çin də təsdiqləməlidir. Dünyada nüvə proqramının inkişafına 5 ölkə icazə verir. Söhbət BMT Təhlükəsilik Şurasının 5 daimi üzvü olan ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çindən gedir. Dünyada nüvə obyektlərinin fəaliyyətinə nəzarəti, eyni zamanda, BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) həyata keçirir. Ona görə də İranın Rusiyanın şantajından yararlanması çətindir. İranın nüvə proqramı ilə bağlı beynəlxalq tələblərə əməl etməsinə dair ciddi şübhələr var.

Yəni İran hakimiyyəti bu məsələdə şəffaflığa əməl etmir. Üstəlik, Rusiyanın şantajından istifadə etməklə İran özünə başağrısı yaratmış olar. İranın bu məsələdən sui-istifadə edəcəyi inandırıcı görünmür. Əgər İran belə bir addım atsa, özünün nüvə proqramının şübhəli olduğunu və hərbi mahiyyət daşıdığını təsdiqləmiş olar. Ancaq bu sahədə kimsə özbaşınalıq edə bilməz. Bu, nüvə silahından istifadə ilə bağlı özbaşınalıq etmək istəyənlərə baha başa gələ bilər. AEBA-nın nümayəndəsi bu gün İrana səfər edib. Deməli, İranın nüvə proqramı ilə bağlı fəaliyyəti nəzarətsiz deyil. İran isə bu məsələdən beynəlxalq ictimaiyyətə təzyiq vasitəsi kimi istifadə edir.

AEBA nümayəndəsinin səfəri də İranın yarıgerçək, yarı avantürist bəyanatları ilə bağlıdır. Ona görə də İranın nüvə proqramının təftişinə ehtiyac var. İran belə bəyanatlar verməklə beynəlxalq ictimaiyyətin münasibətini yumşaltmaq istəyir. Çünki İrana yalnız şübhəli nüvə proqramı ilə bağlı sanksiyalar tətbiq olunmur. Ukraynadakı müharibədə Rusiyaya hərbi yardım göstərdiyinə görə də İran sanksiyalara məruz qalıb. İran bu cür təzyiqlərdən xilas olmaq üçün atom-nüvə şantajından istifadə edir. Əgər İran nüvə silahı əldə edərsə, buna görə məsuliyyət daşıyanlardan biri Rusiya, digəri Çindir. 

İranın qeyri-şəffaf nüvə proqramını dəstəklədiyinə görə Rusiyaya və Çinə bu istiqamətdə əlavə sanksiyalar tətbiq oluna bilər. BMT Təhlükəsizlik Şurasında İranın nüvə proqramı ilə bağlı üç qətnamə qəbul edilib. Həmin sənədə Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Rusiya və Çin də üç dəfə səs verib. Deməli, İranın nüvə proqramının hazırlanmasına görə Rusiya və Çin də məsuliyyət daşıyır”.

Sədrəddin Soltan hesab edir ki, hər bir dövlətin nüvə silahına malik olması və ondan istifadə ilə bağlı bəyanatlar daha çox çəkindirici xarakter daşıyır:

"Rusiya hakimiyyəti Ukraynada taktiki nüvə silahlarını tətbiq edəcəyinə dair dəfələrlə açıqlama versə də, bu addımı atmayıb. Çünki Rusiyanın bu təhdidləri qarşı tərəfi çəkindirmək məqsədi daşıyır.

İran da nüvə silahını əldə etsə belə, ondan istifadə edə bilməyəcək. Əgər İran rejimi belə bir riskə getsə, öz ölkəsi və hakimiyyəti hansı vəziyyətə düşə bilər? İrana nüvə silahı əldə etməyə yardım edən dövlətlərin və hakimiyyətlərin özünün gələcək taleyi sual altına düşə bilər. Yəni dünya bir quldur dəstəsinin nə istəsə edə biləcəyi yer deyil”. 


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vladimir Putin ABŞ-ın İranla nüvə sazişindən çıxmasını tənqid edib

    Vladimir Putin ABŞ-ın İranla nüvə sazişindən ...

    11-06-2018, 09:59

  • 
  • Rusiyada qanunvericilər Putinin irəli sürdüyü islahatları təsdiq edib

    Rusiyada qanunvericilər Putinin irəli sürdüyü ...

    24-01-2020, 11:45

  • 
  • Rusiyada ABŞ əleyhinə qanunlar

    Rusiyada ABŞ əleyhinə qanunlar ...

    27-12-2012, 08:43

  • 
  • Rusiya ABŞ-a cavab verdi

    Rusiya ABŞ-a cavab verdi ...

    28-12-2012, 11:45

  • 
  • Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə verildi

    Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə ...

    1-03-2014, 21:11


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu