GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Görünür, təhsilə sanki düşünülmüş bir basqı var...” - Nadir İsrafilov

“Görünür, təhsilə sanki düşünülmüş bir basqı var...” - Nadir İsrafilov

Tarix: 13-06-2023, 14:53 Bölmə :Müsahibə Baxış: 517

“Görünür, təhsilə sanki düşünülmüş bir basqı var...”

Son günlər Xırdalan şəhər məktəblərində baş verən olaylar “Uzaq sahillərdə” filmindən bir epizodu mənə xatırlatdı: “Yenə həmin dalğa, yenə həmin koordinat.” Bəli, yenə müəllim, yenə hədiyyə. Bu dəfə daha bahalı, daha nümayişkarənə… İstər-istəməz öz-özümə düşündüm: “Görünür, təhsilə sanki düşünülmüş bir basqı var. Bu kimi hallara ictimai sferanın bütün sahələrində müxtəlif dərəcədə rast gəlindiyi halda, nə üçün ən çox qınağa tuş gələn məhz, məktəb və müəllim olmalıdır? Sanki, hansısa qüvvələr tərəfindən bilərəkdən müəllim nüfuzuna kölgə salınır.

GUNDEMXEBER.AZ bildirir ki, bu sözləri Moderator.az-a Xırdalan məktəblərində müəllimlərə qızıl zinət əşyalar hədiyyə edilməsi ilə əlaqədar məsələyə münasibət bildirərkən tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov deyib.
Onun sözlərinə görə, məsələnin mahiyyəti, heç də hədiyyədə və onun dəyərində və yaxud günahkar qismində hansısa müəllim və ya valideynin ittiham edilməsində deyil:
"Əvvəla, heç kəs hansısa valideyni övladının ibtidai təhsil pilləsini bitirməsi ilə əlaqədar onun müəlliminə öz diqqət və sayğısını bildirmək əlaməti olaraq hədiyyə verməsinə görə qınaya bilməz. Belə bir jest əslində valideyn tərəfindən onun övladına ikinci valideynlik etmiş müəllimə olan hörmət və minnətdarlığının təzahürü kimi qiymətləndirilməlidir. Hədiyyənin müəllim tərəfindən qəbul edilməməsi isə onun zəhmətini qiymətləndirən valideynə qarşı bir növ hörmətsizlik və saymazlıq kimi də dəyərləndirilə bilər. Qınağa səbəb olan hal isə hesab edirəm ki, hədiyyənin nümayişkarənə surətdə təqdim edilməsi olub ki, bu da yolverilməz idi.

Valideynin emosiyası hardasa başa düşülən olsa belə, müəllim gərək bundan çəkinməli idi. Axı, o müqəddəs və şərəfli müəllim adının daşıyıcısıdır. Bir də ki, bəzi sosial şəbəkələrdə “valideynlərin müəllimə qızıl əşyalar hədiyyə etməsi”, bəzilərində isə “müəllimin valideynlərə özünə qızıl əşyalar aldırması” ilə bağlı iddialar yer alıb. Halbuki, “valideynlərin müəllimə qızıl əşyalar hədiyyə etməsi” ilə “müəllimin valideynlərə özünə qızıl əşyalar aldırması” tam fərqli anlayışlardır. Araşdırılmalı məqam məhz budur. İstənilən halda, bu kimi olayların ictimailəşdirilib gündəmə gətiriməsi yol verilməzdir. Çünki, hər hansı bu qəbildən olan məsələ böyüdülüb şişirdiləndə müstəvisindən çıxıb, özünə yeni-yeni tərəfdarlar və əleydarlar tapır, şou səviyyəsinə qaldırılaraq geniş ictimaiyyəti təhsilin əsas vəzifələrindən yayındırır.
"Belə bir mövqe heç bir halda problemə ədalətli yanaşma hesab oluna bilməz. Bununla belə, kimlərsə bu kimi görüntülərin yayılmasını aşkarlıq və şəffaflığın prinsipləri kimi dəyərləndirsə də, unutmasınlar ki, müəllimin nüfuzunun aşağılanmasına xidmət edən belə “aşkarlıq” və “şəffaflıq” təkcə müəllimə deyil, bütövlükdə dövlətimizə və cəmiyyətimizə də baş ucalığı gətirmir. Bu kimi neqativ hesab edilən halların qarşısını almaq üçün bu kimi video görüntüləri tirajlamaq deyil, əlaqədar qurumlara göndərib, araşdırma nəticələrini ictimailəşdirmək daha yüksək vətəndaşlıq borcu olardı, nəinki, bir müəllimin davranışını bütövlükdə müəllim obrazı kimi ümumiləşdirmək yolunu seçmək.
Unutmayaq ki, bu kimi görüntülərin ictimailəşdirilməsi onsuz da zədələnən müəllim nüfuzuna əlavə bir sarsıdıcı zərbədir. Hansısa məktəbin hansısa müəlliminin ictimai qınaq yarada biləcək davranışının qabardəlması təkcə həmin müəllimin şəxsinə deyil, bütövlükdə ümumiləşdirilmiş müəllim obrazına xələl gətirmiş olur. İstənilən halda müəllim və valideynlər arasında nifaq sala biləcək bütün görüntülərə, çağırışlara son qoyulmalı, məktəb-müəllim-valideyn münasibətlərinin optimal həlli yolları barədə düşünülməlidir". 


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha 23 şagird və 6 müəllim koronavirusa yoluxdu

    Daha 23 şagird və 6 müəllim koronavirusa yoluxdu ...

    8-10-2020, 22:56

  • 
  • Azərbaycan məktəblərində qiymətləndirmə sistemində yenilik

    Azərbaycan məktəblərində qiymətləndirmə ...

    29-07-2013, 00:32

  • 
  • Sumqayıtda Muğam Mərkəzinin tikintisi üçün hər müəllimdən 50 manat pul yığılır... - İTTİHAM

    Sumqayıtda Muğam Mərkəzinin tikintisi üçün hər ...

    16-07-2019, 15:35

  • 
  • Valideyini küçə söyüşləri ilə təhqir edən “zavuç”

    Valideyini küçə söyüşləri ilə təhqir edən “zavuç” ...

    7-12-2015, 16:23

  • 
  • 20 nömrəli məktəbin müəllimindən 3-cü sinif şagirdinə qarşı utancverici hərəkət: - "ŞOK YAŞADIM…"

    20 nömrəli məktəbin müəllimindən 3-cü sinif ...

    15-03-2019, 14:08


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (224)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu