Azərbaycanın orta məktəblərində qiymətləndirmə sistemində yeniliklər hazırlanıb Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, hazırda qiymətləndirmə növlərinin aparılması texnologiyalarını əhatə edən təkmilləşdirilmiş metodik göstərişlər hazırlanır və yeni dərs ili ərəfəsində məktəblərə çatdırılacaq.
Summativ qiymətləndirmə ilə bağlı test tapşırıqlarını çoxaltmağa texniki imkanları olmayan məktəblərdə müəllim həmin seçim variantlı test tapşırıqlarını dərsdən əvvəl lövhəyə yaza bilər və şagirdlər düzgün hesab etdikləri variantları dəftərlərində (yaxud ayrıca vərəqdə) qeyd edərlər. Tapşırıqların yoxlanması isə heç bir çətinlik yaratmır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?