"Bu açıqlama ilə ABŞ öz məsuliyyətini dərk etməklə hər iki tərəfi danışıqlarda daha qətiyyətli və inamlı addımlar atmağa təşviq edir”.
Gundemxeber.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin Vaşinqtonun Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün tərəflərə kömək öhdəliyi götürdüyü barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.
"Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması 3 vasitəçi üzərindən aparılır. Bunlar - Vaşinqton, Brüssel və Moskvadır. Aparılan bu danışıqlarda tərəflərin maraqlarına daha yaxın uyğun variant təklif edən də Vaşinqtondur. Qismən də Brüsselin təklifləri tərəflər üçün müəyyən dərəcədə cəlbedicidir. Moskva isə daha çox çalışır ki, özünün Cənubi Qafqazda mövcudluğunu qorumağa hesablanmış "nə sülh, nə də müharibə” taktikasından yararlansın", deyə Taleh Əliyev bildirib.
Politoloq vurğulayıb ki, ABŞ danışıqlarında proses ətrafında daha prinsipial irəliləyişlər əldə edilib: "İlk dəfə idi ki, məhz orada aralıq sazişin imzalanması ilə bağlı sənəd açıqlandı. Burada həmçinin ilk dəfə idi ki, hər iki ölkədəki etnik azlıqların hüquqlarının müdafiəsi ifadəsi də işlənildi. Burada söhbət Azərbaycanda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə yanaşı, həm də vaxtilə Ermənistandan deportasiya olunmuş Azərbaycan əsilli Ermənistan vətəndaşlarından gedir”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ölkəsinin Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün tərəflərə kömək öhdəliyi götürdüyünü bildirib. "Qarabağda insan tələfatından çox narahatıq. Son hadisələr hərbi əməliyyatlardan çəkinməyin, davamlı və layiqli sülh axtarmağın zəruriliyini vurğulayır. Birləşmiş Ştatlar bu məqsədə çatmaqda tərəflərə kömək etmək öhdəliyi götürür”, Miller qeyd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?