Gundemxeber.az » Müsahibə » “İranın gəlişi gözəl sözləri ilə münasibətlər normallaşmayacaq” – Siyasi şərhçi
“İran Azərbaycanla münasibətləri normallaşdırmağa cəhd edirsə, ilk növbədə Tehran Azərbaycanla əlaqələrin əleyhinə atdığı yanlış addımları və onun nəticələrini aradan qaldırmalıdır, bunların isə heç biri, hələ ki baş vermir”.
Bunu “MediaPost”a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan İranın Azərbaycanla əlaqələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu münasibətlərin pozulmasının konkret səbəbləri var və onlar aradan qaldırılmalıdır:
“İranın “bizi tarix birləşdirir” və s. tipli gəlişi gözəl sözlər deməsi ilə münasibətlər normallaşmır. Azərbaycan səfirliyinə terror hücumu, Azərbaycana qarşı İranda fəaliyyət göstərən təşkilat, İranın Cənubi Qafqazda Ermənistanla münasibətlərin normallaşmasına mane olması, Azərbaycana qarşı Ermənistandan təzyiq vasitəsi olaraq istifadə etməsi və s. səbəblər aradan qaldırılmalıdır. Əks halda Azərbaycan-İran münasibətlərinə etimad olmayacaq”.
S. Soltan qeyd edib ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti hələ də İran rejiminin ayrı-ayrı təmsilçilərinin verdiyi bəyanata etibar etmir:
“Çünki verilən bəyanatların, açıqlamaların, diplomatik jestlərin arxasında heç bir əməli tədbir yoxdur. İran hakimiyyəti Azərbaycan səfirliyinə edilən terror hücumunu adi məişət hadisəsi kimi qələmə verməyə, hətta burada Azərbaycanın hansısa qurumları ilə əlaqəli bir hadisənin olduğu barədə hələ istintaq başa çatmadan ictimai rəy formalaşdırmağa çalışır. Bu isə ikitərəfli münasibətlərin normallaşması prosesində etimada zərbə vurur”.
Gundemxeber,az
31-07-2020, 15:47
24-05-2021, 16:34
11-04-2014, 10:54
19-05-2013, 13:29
5-01-2021, 17:43
Sorğu
Yeni dizaynımız necədir?