GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Vilnüsdə nələr baş verir və Qərb Türkiyəyə vədlərində nə qədər səmimidir? (MÜSAHİBƏ)

Vilnüsdə nələr baş verir və Qərb Türkiyəyə vədlərində nə qədər səmimidir? (MÜSAHİBƏ)

Tarix: 12-07-2023, 12:56 Bölmə :Müsahibə Baxış: 610

NATO-nun iyulun 11-12-də olacaq Vilnüs sammitində mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Burada İsveçin alyansa üzv olması məsələsi reallaşa bilər. Digər tərəfdən, Ukraynanın alyansa üzvlüyü tam həll olunmasa da, onun üçün də qapıların daha geniş açılacağı istisna deyil. Başqa bir tərəfdən, sammit ərəfəsi Ankara da müəyyən aktivlik nümayiş etdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüs sammitində Ankaranın yeni şərtlər irəli sürəcəyini açıqlayıb. Şərtlərdən biri odur ki, Avropa İttifaqı Türkiyənin tamhüquqlu üzv olması üçün səy göstərəcəyi təqdirdə Ankara İsveçin NATO-ya daxil olmasını dəstəkləyəcək. Bu arada o da məlum olub ki, Türkiyə hökuməti İsveçin NATO-ya qəbulu prosesini asanlaşdırdıqdan sonra sanksiyaların ləğvi və viza rejiminin liberallaşdırılması üçün Qərbdən tam dəstək alıb. 


Görəsən, Vilnüsdə hansı yeniliklərin şahidi ola bilərik?

Qaynarinfo-ya müsahibəsində politoloq Zərdüşt Əlizadə öncə NATO sammitindən gözləntilərini açıqladı:

- NATO-nun Vilnüs sammitində üzv dövlətlər indiyə qədər Ukraynaya göstərdikləri hərbi və maliyyə yardımlarını davam etdirmək və genişləndirmək niyyətlərini ortaya qoyacaqlar. Eyni zamanda, söz verəcəklər ki, müharibə bitəndən sonra Ukraynanın təhlükəsizliyini təmin etmək məqsədilə onu quruma üzv qəbul edəcəklər. Nəticədə NATO müqaviləsinin 5-ci bəndi Ukraynaya da şamil ediləcək ki, bundan sonra Rusiya tərəfi ona qarşı hər hansı bir təhlükə törətməsin.
 
 
Müharibə bitmədən Kiyevin NATO-ya qəbulu xam xəyaldır. NATO-nun məqsədi ora üzv dövlətlərin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Belə olan halda, müharibə gedə-gedə qurum Kiyevi üzv qəbul etsə, bütün NATO dövlətləri Rusiya ilə müharibəyə başlamalıdır. Bu isə indiki halda NATO dövlətlərinə lazım deyil. Ona görə də Vilnüs sammitində Ukrayna ilə həmrəylik gücləndiriləcək və müharibə bitəndən sonra onun quruma üzv seçiləcəyini vəd edəcəklər. 
 
- Ərdoğan yenidən seçiləndən sonra atdığı addımlar onun Qərbə doğru sürət götürdüyünü göstərir. O, İsveçin NATO-ya qəbuluna müsbət reaksiya verdi. Türkiyə Prezidentinin Qərbə doğru sürət götürməsinə səbəb nədir, bu nəyə hesablanmış addımdır?

 Türkiyə dövləti və Ərdoğan siyasi lider kimi möhkəmləndikcə, danışıqlar aparanda daha inamla danışır. Heç kimə sirr deyil ki, kürd separatizmini ABŞ, Fransa, Almaniya, İsveç, Finlandiya dəstəkləyir. Onlar insan haqlarını dəstəvuz edib, Türkiyə dövlətini parçalamağa çalışırlar. Ərdoğan isə xalqı qarşısında öhdəlik daşıyan siyasətçi kimi buan yol verməyəcəyini bəyan edir. Belədə də açıq-aşkar informasiya müharibəsinə getmədən, Amerika, Fransa, Almaniya və İsveçə yerinə göstərir. Onların Türkiyəni müttəfiq adlandırdıqları halda, ona qəsd edən qüvvələrə, dövlətlərə də dəstək verdiklərini üzlərinə deyir. Ərdoğan onu da irad tutub ki, Aİ Avropa meyarlarına uyğun olmayan dövlətlər hesabına genişləndiyi halda, bu dəyərlərlə yaşayan, onu tətbiq etmiş, güclü ordu və iqtisadiyyata malik Türkiyəni isə qəbul etmirlər. Ərdoğan bu məsələni Qərbin qarşısında sövdələşmə səviyyəsində belə açıq şəkildə qoyub. Bildirib ki, İsveçin NATO-ya qəbuluna razılıq verməyimizi istəyirsinizsə, Aİ-nin də Türkiyəni qəbul edəcəyi barədə qərar qəbul edin. Türkiyənin Aİ-yə qəbulu fonunda Avropa bundan uduzmayacaq, əksinə udacaq. Ərdoğan son zamanlara qədər nə etməsindən asılı olmayaraq, hər zaman qərbyönümlü olub. Türkiyənin iqtisadiyaytı daha çox Qərbə bağlıdır. Bu mənada da deməzdim ki, hazırda Türkiyənin siyasətində hansısa bir qərbyönümlü dönüş başlayıb. Türkiyə həmişə qərbyönümlü olub. Sadəcə bir qədər Qərblə sərt danışmağa başlayıb. 

- Ankaranın son zamanlar daha çox Qərbin maraqlarına cavab verən addımlar atması Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsinə rəvac verə bilər, ya yox?

-  Bu, baş verməyəcək. Qərb dövlətləri Rusiya ilə ümumiyyətlə danışmaq istəmir. Onunla əlaqə yaradan NATO üzvü kimi yeganə əhəmiyyətli dövlət Türkiyədir. Moskva Ankara ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıqda maraqlıdır. Bu müstəvidə iki ölkə arasında münasibətlərin korlanacağı gözlənilmir. Beynəlxalq siyasətdə əsas olaraq maraqlar götürülür. 

- NATO sammiti ərəfəsində səslənən fikirlər, İsveçin quruma üzvlüyü, Türkiyənin də Aİ-yə qəbulu kimi məsələlər nəhayət real olacaq, yoxsa, bundan əvvəl cərəyan edən proseslər davam edəcək? Hansı variantın baş tutması daha inandırıcıdır?

- Fikirlərin səsləndirilməsilə nəticənin əldə edilməsi arasında adətən böyük məsafə olur. Həmin məsafəni qət etmək üçün isə zəhmət çəkmək, çalışmaq lazımdır.
 
- Ümumiyyətlə, Qərbi və onun tərəfdaşlarını Vilnüs sammiti öncəsi belə vəziyyətə gəlməyə, yəni bir-birilə münasibətlərdə yumşalmağa getməyə nələr məcbur edib?

- Beynəlxalq münasibətlərdə gerçəklik, güc amili həmişə nəzərə alınır. Dövlətin iqtisadi gücü, həmin dövlətdəki hökumətin xalq arasındakı nüfuzu, ona söykənməsi, beynəlxalq hüquq normalarına cavab verməsi, iqtisadiyyat və ordunun gücü kimi amillər nəzərə alınır. Bu mənada Ankaraya münasibətdə Qərbdə baş verən yumşalma halları da məhz Türkiyə və onun hökumətinin nüfuz və gücünün artması ilə bağlıdır. 


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vilnüs sammitində hansı sənədlərin imzalanacağı məlum olub

    Vilnüs sammitində hansı sənədlərin imzalanacağı ...

    26-11-2013, 16:35

  • 
  • Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etməyə razıdır

    Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyünü ...

    29-03-2023, 16:30

  • 
  • İsa Qəmbərin müşaviri Vilnüsdə nələr eşitdi?

    İsa Qəmbərin müşaviri Vilnüsdə nələr eşitdi? ...

    27-11-2013, 16:48

  • 
  • Finlandiya çərşənbə axşamı NATO-ya üzv olur

    Finlandiya çərşənbə axşamı NATO-ya üzv olur ...

    3-04-2023, 16:13

  • 
  • Ərdoğan Baydenlə müzakirə edəcəyi mövzunu açıqladı

    Ərdoğan Baydenlə müzakirə edəcəyi mövzunu açıqladı ...

    2-06-2021, 09:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu