Bir çox millətlərin bir-biri ilə qərəzi olsa da, zamanla bu münasibətlər normallaşıb və sülhlə bərqərar olub. Lakin elə millətlər də var ki, ürəyi kin və haqsız qəzəbdən dolub-daşan insanları simvolizə edir. Ermənilərin türk xalqlarına, xüsusilə Türkiyə və Azərbaycan vətəndaşlarına olan nifrəti, demək olar bütün dünyaya məlumdur. Onların Ermənistanda türk turistləri təqib edib, təhqir atəşinə tutması ilə yanaşı, digər ölkələrdə də sıxışdırmağa çalışması uzun müddətdir sosial şəbəkələrin gündəmindədir.
Bəs ermənilərin türklərə bu qədər nifrət bəsləməsinin səbəbi nədir? Sülh və normallaşma prosesindən söhbət gedən bir zamanda araya nifaq toxumları səpmək kimin xeyrinədir?
Mövzu ilə bağlı yaranan sualları “MediaPost”a verdiyi açıqlamada cavablandıran siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, erməni ideologiyasının əsasında türk düşmənçiliyi dayanır: “Ermənilər belə düşünür və iddia edirlər ki, türklər onların düşmənidir və bütün bəlaları türklərlə qonşuluqdan gəlir.
Bu baxımdan ermənilərin türk düşmənliyi hələ uzun müddət davam edəcək. Bu rəftarların unudulmaması vacib elementlərdəndir. Bir misal var, itlə dostluq et, amma çomağı yerə qoyma. Erməniləri türklərə, azərbaycanlılara qarşı kökləyən ölkələrdən birincisi Fransa, ikincisi Rusiyadır. Hər iki tərəf hesab edir ki, Azərbaycan və Türkiyə onların Cənubi Qafqazda və Orta Şərqdə maraqlarının təmin olunmasında problem yaradır”.
Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə birgə fəaliyyəti nəticəsində bu tip problemləri dəf edir və edəcək: “Burada yenə bir atalar sözü yadımıza düşür: İt hürər, karvan keçər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?