Hadisənin araşdırılmasına artıq Rusiya sərhədçiləri də qoşulub.
Türkiyə-Ermənistan sərhədində faciə olub. Türkiyənin Qars vilayətinin Ermənistanla sərhəd Arpaçay rayonunda Ermənistan sərhədçilərinin açdığı atəş nəticəsində türk çobanı öldürülüb. Ermənistan tərəfi faktı təsdiqləyib. Hadisənin araşdırılmasına artıq Rusiya sərhədçiləri də qoşulub.
Ekspertlər hesab edir ki, bu Ermənistan hakimiyyətinin antitürk təbliğatının nəticəsidir. Yerli sakinlərin bildirdiyinə görə, öldürülən Mustafa Ülkər adlı şəxs çoban olub və o, Ermənistan ərazisinə keçən heyvanlarını geri qaytarmaq üçün bilmədən sərhədə yaxınlaşıb.
Çoban Ermənistan sərhədinin 15 metr yaxınlığında olduğunu görəndə geriyə qaçarkən Ermənistan sərhədçiləri onu güllə ilə arxadan vurublar. Qars valisi Eyyub Tepenin sözlərinə görə, valiliyin və sərhəd komandanlığının Ermənistan tərəfinə müraciətindən sonra çobanın meyidini geri almaq mümkün olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?