“Laçın yolu açıqdır. Ancaq Azərbaycan hökuməti yüklərin Ermənistandan Laçın yolu ilə deyil, Ağdam şəhərindən çatdırılmasını istəyir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə müsahibəsində bildirib.
O, Ağdamın tarixən Qarabağı Azərbaycanın digər əraziləri ilə birləşdirdiyini qeyd edib, həmçinin bu yolun daha az xərc tələb etdiyini və daha rahat olduğunu bildirib.
“Ermənilər niyə Ağdam yolundan istifadə etməkdən imtina edirlər? Çünki onlar reinteqrasiyaya deyil, separatizmə can atırlar, irredentizm axtarırlar və Azərbaycan ərazilərində öz qeyri-qanuni marionet rejimlərini saxlamaq istəyirlər”, - deyə H.Hacıyev vurğulayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?