GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İşçi qrupunun rəhbəri: “Makronun açıqlamaları Fransanın Azərbaycana qərəzli yanaşmasını bir daha təsdiqlədi”

İşçi qrupunun rəhbəri: “Makronun açıqlamaları Fransanın Azərbaycana qərəzli yanaşmasını bir daha təsdiqlədi”

Tarix: 25-09-2023, 20:18 Bölmə :Müsahibə Baxış: 414


“Fransa Prezidenti Emmanuel Makronun son açıqlamaları bir daha bu ölkənin Azərbaycana qarşı qərəzli mövqedən çıxış etdiyini göstərir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa Prezidenti Emmanuel Makronun Qarabağın erməni sakinlərinin hüquqlarının pozulduğuna dair iddialarına münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüququn bütün tələblərinə tam şəkildə riayət edilib:

“Ona görə də Azərbaycan dövləti Qarabağın erməni sakinlərinin təhlükəsizliyinin və rifahının təmin olunması üçün bütün zəruri addımları atmağa hazır olduğunu dəfələrlə bəyan edib”.

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşlərin keçirildiyini xatırladan deputat vurğulayıb ki, bölgədə enerji təchizatının bərpa edilməsi, eləcə də ehtiyacı olan sakinlərə tibbi və digər xidmətlərin göstərilməsi istiqamətində müvafiq dövlət qurumları tərəfindən addımlar atılır.

S.Məmmədov vurğulayıb ki, eyni zamanda, təhlükəsizliklə bağlı tədbirlər həyata keçirilir:

“Ermənistanın baş naziri Nikol Paşinyan da öz çıxışında Qarabağın erməni sakinləri üçün təhlükənin olmadığını qeyd etmişdi. Belə olan halda Fransa prezidentinin tamamilə əsassız, heç bir real fakta istinad etməyən açıqlama verməsi təəssüf doğurur. Əlcəzairdə, Tunisdə, Mərakeşdə və digər ölkələrdə yerli xalqlara qarşı kütləvi qətllər törətmiş bir ölkənin rəhbərinin Azərbaycana qarşı bu cür iddialarla çıxış etməsi yolverilməzdir. Xüsusilə də ona görə ki, bizim ölkəmiz hər zaman multikulturalizm və tolerantlıq ənənələri ilə dünyada tanınıb”.

İşçi qrupunun rəhbəri bildirib ki, Ermənistanın ərazi bütövlüyü məsələsində ölkəsinin çox diqqətli olduğunu bildirən Fransa prezidenti Azərbaycan ərazilərinin işğal altında qaldığı dövrdə eyni mövqedən çıxış etməyib. Bu da bir daha onu göstərir ki, Fransa öz xarici siyasətində beynəlxalq hüququn prinsiplərinə deyil, daha çox ikili standartlara istinad edir:

“Azərbaycan tarixdə heç vaxt heç bir xalqa qarşı etnik ayrı-seçkiliyə yol verməyib. Bu gün də Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlər üçün heç bir təzyiq, təhdid yoxdur və ola da bilməz. Biz bu insanların Azərbaycanda yaşamasında heç bir problem görmürük və reinteqrasiya təşəbbüsünün əsas məqsədi də elə bundan ibarətdir ki, Qarabağın erməni sakinləri Azərbaycanda rahat və təhlükəsiz şəraitdə yaşaya biləcəklərinə əmin olsunlar. Azərbaycan dövləti Qarabağın erməni sakinlərinə indiyə qədər yaşadıqları şərtlərdən daha üstün və daha yaxşı şərait təklif edir. Ona görə də üçüncü dövlətlərin “narahatlığı” və ya müdaxiləsinə ehtiyac yoxdur. Bu, Azərbaycanın daxili məsələsidir və bizim bütün problemləri öz vətəndaşlarının mənafeyinə uyğun ən yaxşı formada həll etmək imkanına malik güclü dövlətimiz var”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • KİV: FRANSA PREZİDENTİ GƏLƏN HƏFTƏ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

    KİV: FRANSA PREZİDENTİ GƏLƏN HƏFTƏ AZƏRBAYCANA ...

    5-10-2018, 15:52

  • 
  • Trampın güvəndiyi dağlara qar yağdı — Makronun tənqidi

    Trampın güvəndiyi dağlara qar yağdı — Makronun ...

    26-04-2018, 12:34

  • 
  • Türk siyasətçi Makronun komandasında

    Türk siyasətçi Makronun komandasında ...

    10-05-2017, 23:57

  • 
  • Türkiyə və Fransa Qarabağ münaqişəsi ilə bağlı bir-birlərinə qəzəbli mesajlar verir

    Türkiyə və Fransa Qarabağ münaqişəsi ilə bağlı ...

    1-10-2020, 15:25

  • 
  • Prezident Fransa nümayəndə heyətini qəbul etdi — YENİLƏNİB

    Prezident Fransa nümayəndə heyətini qəbul etdi — ...

    3-11-2017, 12:36


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu