Gundemxeber.az » Müsahibə » Oleq Bondarenko: “Qarabağda sülhməramlılara ehtiyac yoxdur, orada millətlərarası gərginlik ocağı mövcud deyil”
“Qulaq asın, hansısa sülhməramlının Qarabağda olması nəyə lazımdır? Orada millətlərarası gərginlik ocağı yoxdur! Təbii ki, Qərb öz adamlarını bu regionda yerləşdirmək istərdi. Üstəlik, bura İran sərhədinə yaxındır. Amma aydındır ki, Qarabağda artıq Ermənistan-Azərbaycan münaqişəsi yoxdur, hər şey bitdi!”
Bu sözləri oxu.az-a açıqlamasında “Balkanist” layihəsinin təsisçisi, Rusiya Mütərəqqi Siyasət Fondunun direktoru Oleq Bondarenko deyib.
Ekspert Vaşinqtondan səsləndirilən bəyanatlara isə belə cavab verib.
“Aydındır ki, ABŞ qaynar nöqtələrdə hərbi bazalarının olmasını istərdi və bu bazalar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu təsir və nəzarət üçün lazımdır”, - deyə Oleq Bondarenko əlavə edib.
Vaşinqtonun anti-Azərbaycan hərəkətlərini şərh edən ekspert vurğulayıb ki, baş verənlərin məntiqi sadədir:
“Bu ABŞ-nin öz maraqlarını yeritmək üçün Azərbaycana təzyiq cəhdidir”.
GundemXeber.Az
14-10-2020, 14:30
7-08-2014, 02:28
6-01-2018, 11:42
6-11-2018, 14:22
2-05-2013, 17:27
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?