GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Məcnun müəllim BUNLARI BİLSƏ YAXŞIDIR... - "Emal müəssisələri məmurlara yaxın olan adamların əlindədir..."

Məcnun müəllim BUNLARI BİLSƏ YAXŞIDIR... - "Emal müəssisələri məmurlara yaxın olan adamların əlindədir..."

Tarix: 12-03-2024, 14:06 Bölmə :Müsahibə Baxış: 408

“Azərbaycanda fındığın ixrac dəyəri tez-tez dəyişir. Bu dəyişmələr fermerlərin ziyanındadır”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə deyir. O bildirir ki, ötən il 2022-ci ilə baxanda fındıq ixracı həm fiziki çəkidə, həm də dəyər ifadəsində artıb. Lakin 2019-cu illə müqayisə onu göstərir ki, fındıq ixracatçılarının gəliri 2 dəfəyədək azalıb.
Son illər Azərbaycanda fındığın əkin sahəsi xeyli genişləndirilib. 2015-ci ildə 32,7 min hektarda fındıq bağı salınmışdısa, 2022-ci ildə bu rəqəm 81,4 min hektaradək artıb. Bu o deməkdir ki, son 7 ildə fındığın əkin sahəsi 2,5 dəfə böyüyüb.
2017-ci ildə Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edən ölkə başçısı İlham Əliyev də baramaçılıqdan və tütünçülükdən fərqli olaraq fındıqçılığın daha çox inkişaf etdiyindən danışmışdı.

Demişdi ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar olub, bu rəqəm 2013-cü ildə 30 min hektara, 2015-ci ildə 32 min 700 hektara çatıb.

“Hazırda 55 min hektarda fındıq bağları salınıb. Əlbəttə, bu, son hədəf deyil. Qarşıya məqsəd qoyulub ki, biz fındıq bağlarının sahəsini 80 min hektara çatdıraq”.

Həmçinin Prezident deyib ki, fındığın ixracı ilə bağlı gələcəkdə heç bir problem olmayacaq.

Vahid Məhərrəmov isə deyir ki, son illər fındığın ixracında xeyli problemlər yaranıb. Onun sözlərinə görə, son 5 ildə fındıq ixracının dinamikası tez -tez dəyişir, gah artır, gah azalır:

“2019-cu ildə ixrac edilən fındığın miqdarı 22 639 ton, dəyəri isə 125 621 min dollar olub. Bu göstərici 2018-ci ilə nisbətən fiziki çəkidə 24 faiz, dəyər ifadəsində 30 faiz çox olsa da, növbəti 2020-ci ildə fındıq ixracı 2019-cu ilə nisbətən fiziki çəkidə 16,5 faiz, dəyər ifadəsində isə 7,3 faiz azalıb. Növbəti iki ildə də fındıq ixracının həcmi 2019-cu il səviyyəsinə qalxmayıb. 2023-cü ildə fındıq ixracı fiziki çəkidə 2019-cu ilə nisbətən artsa da, dəyər ifadəsində 2 faizədək azalıb. 2023-cü ildə 2019-cu ilə nisbətən fındıq ixracatçılarının gəlirləri 2 milyon 486 min dollar azalıb”.

2023-cü ildə Azərbaycandan 44,6 milyon avro dəyərində Avropa İttifaqı ölkələrinə fındıq ixrac edilib. Bu, əvvəlki ilə nisbətən 23,2 faiz azdır.

Azərbaycandan Almaniyaya 23,4 milyon avro dəyərində 4,2 min ton meşə fındığı idxal edilib. Bu da əvvəlki ilə nisbətən dəyər ifadəsində 64,1 faiz, fiziki çəkidə isə 71,4 faiz çoxdur.

Vahid Məhərrəmov deyir ki, dünyada fındıq istehsalı ilə cəmi 30 ölkə məşğul olsa da, fındıq bazarında cox ciddi rəqabət var.

Onun sözlərinə görə, fındıq məhsulunun rəqabətqabiliyyətli olması üçün keyfiyyət səviyyəsinin yüksək, maya dəyərinin isə ucuz olması şərtdir. Məhsulun maya dəyərinin aşağı olması üçün məhsuldarlıq yüksək olmalıdır:

“Türkiyə və bəzi ölkələr istisna olmaqla əsas fındıq istehsal edən ölkələrdə məhsuldarlıq yüksəkdir. Məsələn, hər hektardan İtaliyada 16 sentner, Polşada 15, Çində 20, Fransada 19, Gürcüstanda 17, ABŞ-da isə 23 sentner məhsul əldə olunur. Azərbaycanda isə fındığın ən yüksək məhsuldarlığı 2005-ci ildə 15 sentner olub. 2022-ci ildə ölkə üzrə orta məhsuldarlıq 13,9 sentnerədək düşüb”.
Ekspert deyir ki, ölkə üzrə fınıdığın hər hektar üçün ortalama məhsuldarlığı 800-900 kiloqramdır və bu, çox azdır:
“Beləliklə, fındıqçılıqda əkin sahələri genişlənir, məhsul istehsalı artır və hektardan məhsuldarlıq isə lazımı səviyyəyə qalxmır. Bunun da səbəbi sahədə mövcud olan problemlərin uzun müddət həll edilməməsi ilə bağlıdır. Fındıqçılıqla məşğul olan əksər fermerlər fasiləsiz suvarma suyu ilə təmin olunmur. Həmçinin keyfiyyətli gübrə, pestisid çatışmazlığı səbəbindən rəqabətqabiliyyətli, yüksək keyfiyyətli məhsul istehsal edə bilmirlər. Emal müəssisələri məmurlara yaxın olan adamların əlindədir, qiyməti onlar diktə edir. Ən ciddi problemlərdən biri də ölkədə peşəkar kadr çatışmazlığıdır”.
Vahid Məhərrəmov düşünür ki, sahənin inkişaf etdirilməsi üçün fermer, kəndli təsərrüfatlarının fasiləsiz suvarma suyu ilə təmin edilməsi, aqrar sahə üzrə yüksək səviyyəli peşəkar kadrların hazırlanması, emal sahəsində, bazarda inhisarçılığın aradan qaldırılması kimi məsələlər həll edilməlidir./dia-az.info/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • USAİD: Azərbaycan dünyada dördüncü böyük fındıq istehsalçısıdır

    USAİD: Azərbaycan dünyada dördüncü böyük fındıq ...

    27-07-2018, 12:30

  • 
  • İlham Əliyev Qaxda müşavirə keçirir - Foto

    İlham Əliyev Qaxda müşavirə keçirir - Foto ...

    4-08-2017, 11:57

  • 
  • Azərbaycandan 1 milyard dollar oğurluğu

    Azərbaycandan 1 milyard dollar oğurluğu ...

    8-08-2017, 19:28

  • 
  • “Son illər Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı fiziki çəki ifadəsində xeyli azalıb”

    “Son illər Azərbaycanın kənd təsərrüfatı ...

    26-11-2022, 10:07

  • 
  • Çörək də bahalaşacaq - Siyahı

    Çörək də bahalaşacaq - Siyahı ...

    13-01-2015, 17:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu