Gürcüstan Qazaxıstan neftinin Bakı-Supsa kəməri vasitəsilə nəqlində Azərbaycanla intensiv müzakirələr aparır.
Gundemxeber.az xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili jurnalistlərə açıqlamasında deyib.
L.Davitaşvili ümid edir ki, Bakı-Supsa kəməri ilə neft nəqli bu il başlaya bilər.
Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar iki ildir ki, davam edir:
“Burada Azərbaycan tərəfinin mövqeyi çox vacibdir və biz intensiv dialoq aparırıq. Bilirsiniz ki, Qazaxıstan nefti başqa növdür və Azərbaycan nefti ilə qarışdırıla bilməz. Hesab edirəm ki, indi biz əsas məsələlərdə qərarlıyıq və ümid edirik ki, bu il neft hasilatına başlanacaq. Gələcəkdə bu kəmərlə bir milyon tondan çox neftin nəql olunacağı gözlənilir”.
Sorğu
Yeni dizaynımız necədir?