GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Hindistanın kiçik və kriminal şəhərində fahişəliklə məşğul olan çoxlu sayda azərbaycanlı qadınlar olub

Hindistanın kiçik və kriminal şəhərində fahişəliklə məşğul olan çoxlu sayda azərbaycanlı qadınlar olub

Tarix: 25-12-2012, 12:52 Bölmə :Müsahibə Baxış: 1 232
Hindistanın kiçik və kriminal şəhərində fahişəliklə məşğul olan çoxlu sayda azərbaycanlı qadınlar olub
Mətanət Əzizova: “Biz başa düşürük ki, bəzi yüksək rütbəli məmurların əli bu işdə var”

gundemxeber.az 2012-ci ildə Azərbaycanda qadın siyasəti, bu siyasətin yaratdığı nəticələr, eləcədə cinsi və məişət zorakılığı, insan alveri kimi mövzular haqqında suallara Qadın Krizis Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Mətanət Əzizova cavab verib.

- Mətanət xanım, rəhbərlik etdiyiniz Qadın Krizis Mərkəzi 2012-ci ildə hansı istiqamətdə fəaliyyət göstərib, ötən illə müqayisədə bu il irəliləyişlər varmı?
- Əgər siz ümumilikdə bu sahədəki atmosferi nəzərdə tutursunuzsa, deyim ki, ötən illə müqayisədə bu il böyük dəyişiklik olmayıb. Əksinə, bu il də bizə əsasən ailədaxili zorakılıqlarla bağlı müraciətlər daxil olub və üstünlük təşkil edib. 2006-cı ildən bu yana vəziyyət dəyişilməz qalıb. Müraciətlərdə birinci yerdə ailə zorakılığı məsələsi gəlir. Əgər, bizə 2006-cı ildə müraciət edənlər daha çox ailədə psixoloji zorakılığın, xasiyyətlərin uyğunsuzluğu, ailə daxili münaqişələr məsələsini qaldırırdılarsa, 2012-ci ildə edilən müraciətlərdə fiziki zorakılıq daha da dərinləşib və sərt formaya keçib. 2012-ci ildə qadınlar daha çox döyülmə faktına görə müraciət ediblər. Burada işgəncələr, fiziki və psixoloji zorakılıq nəzərdə tutulur. Bu hallar da istər-istəməz boşanmaların sayının artmasına gətirib çıxarır. Həm də bizim mediator qrupu var. Biz problemli ailələrə bu qrupu göndərməklə psixoloji problemləri üzə çıxarıb həll etmək və ailənin dağılmamasına nail olmağa çalışırdıq. Çox zaman da bizim addımlarımız effektiv olur və nəticə verirdi. Amma indi bunu etmək çox çətindir və biz təklif edə bilmirik ki, barışın, ailəni dağıtmayın. Çünki burada söhbət qadının və uşağın təhlükəsizliyindən gedir. Bizə müraciət edənlərin arasında bu qrup üstünlük təşkil etdiyindən məcbur olub hüquq mühafizə orqanlarına müraciət edirik ki, qadının təhlükəsizliyi təmin olunsun.

- Hüquq mühafizə orqanlarına etdiyiniz müraciətlərin nəticəsi olurmu?
- 2011-ci ildə bu müraciətlərin nəticəsi olurdu. Və ya məhkəmələr zorakılıq törədən şəxsə müəyyən müddətə cəza verirdi. Ancaq 2012-ci ildə döyülmə faktı cinayət məcəlləsindən çıxarıldı və inzibati xəta kimi qiymətləndirildi. Yəni bu gün ailədə qadını döyən kişi məhkəmə qərarı ilə 200-500 manat arasında cərimə edilir. Və bununla da iş bitir. Odur ki, ailə zorakılığına məruz qalan qadının hüququnu çətinliklə müdafiə edirik. Ancaq biz bir nəticə əldə etmişik. Yəni ailə zorakılığı ilə bağlı Avropa Məhkəməsinə iş göndərmişik. Qadın ailədə abort edilməyə məcbur edilib, zorakılıq və işgəncəyə məruz qoyulub. Ancaq acınacaqlıdır ki, yerli məhkəmələr bu işdə cinayət tərkibi görmədilər. Biz ümid edirik ki, Avropa Məhkəməsi ailə daxili zorakılıqla bağlı ədalətli qərar çıxaracaq. Biz bunu strateji iş hesab edirik. Əgər bunu uda bilsək çalışacağıq ki, bu sahədə qanunvericilikdə dəyişiklik olsun. Yəni ailədə zorakılıq törədən insana qarşı cəza ağır olsun. Əgər Avropa Məhkəməsi müsbət qərar çıxarsa, bu president olacaq. Onu da deyim ki, son zamanlar bizə boşanmalar, uşağın kimlə qalması və aliment probleminə dair çoxlu müraciətlər daxil olur. Təcrübə göstərir ki, boşanmadan sonra kişilər aliment ödəməyə maraq göstərmirlər. Neçə illərdir ki, biz təklif edirik ki, xüsusi fond yaradılsın. Bu zaman aliment ala bilməyən qadına bu fonddan pul ödənsin. Sonra da alimenti ödəməyən kişiyə məcbur edilsin ki, alimenti həmin fonda ödəsin. Ancaq bu təklifimiz qəbul edilməyib. Rusiyada bu məsələ gündəmdədir. Əslində buna görə, kişinin əmlakı müsadirə edilə və aliment bu yolla ödənilə bilər.

- Azyaşlı qızların ərə verilməsinə dair sizə şikayətlər daxil olurmu?
- Erkən nigahlarla bağlı müraciətlər olur. Çox zamanlar deyilir ki, erkən nigah halları cənub zonada daha çoxdur. Ancaq demək olar ki, müxtəlif bölgələrdə bu problem var. Elə Bakı kəndlərinin özündə erkən nigah məsələsi çoxdur. Bəzən qızlar zəng edib deyirlər ki, məni öz qohumuma nişanlayıblar və məktəbdən də çıxarıblar, təhsilimi davam etdirməyə imkan verilmir və s. Bu hallarda biz həmin qızın oxuduğu məktəblə və ya Təhsil Nazirliyi ilə əlaqə saxlayırdıq. Sonra da belə ailələrə gedib anladırdıq ki, bu cinayətdir. Bir neçə belə faktlar olub və biz qızların təhsillərini davam etdirməsinə nail olmuşuq.

- İnsan alveri ilə bağlı müraciətlər hansı həddədir?
- Düzdür, bizə bu sahədə çoxlu müraciətlər daxil olmayıb. Ancaq valideynlərin müraciəti olub və onların şübhəsi olub ki, qızlarını başqa ölkələrdə satıblar. Burada əsasən Türkiyənin adı çəkilir. Məsələn, 2012-ci ildə Pakistan və Hindistanda satılan qızlardan məlumat var idi. Burada biz daha çox məlumatlandırma və istiqamətləndirmə işləri görmüşük. Çünki bu məsələdə biz bir neçə QHT ilə əməkdaşlıq edirik. Yəni məhkəmə yolu ilə dəstək göstərilir. Bu il sənədli film də çəkmişik və film real olaraq insan alverinin qurbanlarının həyatından bəhs edir. Bu filmin təqdimatını etmişik, ictimai müzakirələr keçirmişik. Burada məqsəd məlumatlandırma və maarifləndirmə olub. Hətta təklif edilirdi ki, bu film məktəblərdə və televiziyalarda göstərilsin ki, insanlarımız bu problemin olduğunu görsünlər. Çünki hər bir şəxs insan alverinin qurbanı ola bilər. Həm də insan alveri deyəndə çox adam düşünür ki, qurbanlar əsasən qadınlar olur və bu da cinsi istismarla bağlıdır. Amma bu filmdə biz uşaqların dilənçiliyə, kişilərin isə əmək istismarına məcbur edilməsini də komplekt şəkildə göstərdik.

- Azərbaycan hökumətinin qadın siyasəti nə dərəcədə qaneedicidir?
- Azərbaycan BMT-nin Diskriminasiya haqda konvensiyaya qoşulub. Bu konvensiyaya görə, bir neçə addımlar atılmalı və ölkədə elə şərait yaradılmalıdır ki, qadınlar diskriminasiyaya məruz qalmasın. Məsələn, insan alveri haqqında, kişi və qadın bərabərliyi, zorakılığa qarşı qanunların qəbulu bununla bağlıdır. Konvensiyada şərtlərdən biri də qadın problemləri ilə məşğul olan xüsusi strukturun yaradılması idi. Hansı ki, bu qurum qadın problemi ilə məşğul olmalı və gender bərabərliyini təmin etməlidir. Məsələn, bəzi ölkələrdə nazirliyin tərkibində gender bərabərliyi üzrə məsləhətçi var və o çalışır ki, gender bərabərliyi pozulmasın. Bizdə isə Ailə, Qadın və Uşaq problemləri üzrə Komitə yaradıldı.

- Bu komitənin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Qadın Krizis Mərkəsi bu sahədə ən aktiv QHT-lərdən biridir. Biz beynəxalaq və yerli QHT-lərlə əməkdaşlıq edirik, KİV-lə işgüzar münasibətlərimiz var. Məsləhətçi və mütəxəssis kimi başqa ölkələrə dəvət edilirik, təcrübə mübadiləsi keçirik və s. Amma bu komitə hesab edir ki, biz ümumiyyətlə yoxuq. Əgər hansısa tədbir keçirirlərsə bizi ora dəvət eləmirlər. Çünki bu komitəyə tənqidi münasibət göstəririk. Hesab edirik ki, bu formal təşkilatdır və biz onların hansısa nəticə əldə etdiyini görməmişik. Onların hesabatlarına baxırıq, hansısa seminarlar keçirirlər, ailə zorakılığına məruz qalan insanlarla bağlı regionlarda sığınacaqların açıldığı haqqında danışılır. Amma yerli QHT-lər informasiya verirlər ki, belə sığınacaq yoxdur. Baxmayaraq ki, bu komitə həm beynəlxalq qurumlarla, həm də ölkə daxilində keçirdiyi görüşlərdə sığınacaqlar açmasına dair məlumat verir. Həm də biz bir neçə dəfə bu komitəyə şikayətçi göndərmişik, amma nəticəsini görməmişik. Həm də burada təfəkkür məsələsi var. Çoxu olmasa da, bir qisminin təfəkkürünə görə, Azərbaycan qadını müqəddəsdir, onu ailədə heç kim incitmir, narazılıq yoxdur, Azərbaycanda insan alveri yoxdur və kim bu haqda danışırsa ölkənin düşmənidir. Belə təfəkkürlü insanlar komitədə nə qədər çox otursalar bir o qədər də nəticə əldə edilməyəcək. Əslində QHT-lər cəmiyyətin içində olur, problemləri ictimailəşdirirlər. Komitənin işi isə bu problemlərin həlli istiqamətində addımlar atmaq olmalıdır. Əslində komitənin bu sahədə ciddi nəticələri olsa istənilən QHT çalışar ki, onlarla əməkdaşlıq münasibətlərində olsun. Bu gün biz komitə ilə belə əməkdaşlıqda artıq maraqlı deyilik, çünki ortada nəticənin olduğunu görmürük.

- Bir müddət əvvəl insan alveri məsələsini mətbuatda ictimailəşdirdiyinizə görə təhdid olunduğunuz haqda məlumat yayıldı və hətta bu məsələyə Daxili İşlər Nazirliyi səviyyəsində müdaxilə olunduğu qeyd edildi. Bu haqda bir nəticə görüldümü, sizi təhdid edən və sonra da qorxudan şəxsin kimliyi bəlli oldumu?

- Mən həqiqətən bu problemi yaşamışam. İnsan alverinə qarşı milli koordinatorun Milli Məclisdə hesabatına münasibətimizi bildirmişəm. Bundan sonra mənə yazdılar ki, problemlə üzləşə bilərəm, çünki müsahibəmlə kimlərisə hirsləndirmişəm. Əvvəlcə buna fikir vermədim, amma bu xəbərdarlığın üzərindən 3-4 gün keçəndən sonra evimin yanında mənə hücum edildi. Mən buna da, fikir verməyə bilərdim. Amma bu hücumdan qabaq mənə xəbərdarlıq edəndə demişdilər ki, oğlundan muğayat ol. Mən də düşündüm ki, əgər mənə hücum edirlərsə, sabah da övadıma qarşı addım atıla bilər. Mən də polisə şikayət etmək istədim, amma düşündüm ki, yaşadığım Nizami rayonunda polisə ərizə yazsam it-bat olacaq. Ona görə də bu haqda mətbuatda çıxış etdim və problemi ictimailəşdirdim. Bundan sonra məni DİN-ə dəvət etdilər. Orada ərizə yazdım və söz verdilər ki, məsələni ciddi şəkildə araşdıracaqlar. Hətta mənə hücum edənin fotorobotunu hazırladılar. Çünki mənə hücum edən insanın siması yadımda idi. Mən onlara məni təhdid edən şəxsin adını da çəkdim. İndi DİN-dən məktub aldım. Onlar bildiriblər ki, bu işi Nizami rayon polis idarəsinə göndəriblər. Əslində ən qorxduğum bu idi ki, baş verdi.

- Sizi məktubla təhdid edən şəxsi şəxsən tanıyırsınızmı və adını DİN-də çəkdinizmi?
- Əlbəttə tanıyıram. Və adını da nazirin adına yazdığım ərizədə qeyd etmişəm.

- Hazırda iş nə yerdədir?
- Həftənin əvvəlində Nizami polisi ilə əlaqə saxlayıb maraqlanacağam. Hər halda yenə də ümid edirəm ki, bu şəxsi müəyyən edəcəklər.

- İnsan alveri haqqında fikirlərinizə görə təhdid olunmuş şəxs olaraq Azərbaycanda insan alveri sahəsində real vəziyyət haqqında nə deyə bilərsiniz?
- Bu heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşlarını müxtəlif ölkələrə aparırlar. Məsələn, 2012-ci ildə Hindistanın bir saytı araşdırma aparıb. Orada kiçik bir şəhərdə həddindən artıq fahişlər var imiş. Yerli camaat da bundan polisə ərizə yazıb. Sayt qeyd edirdi ki, bu fahişlərin arasında Rusiya və Azərbaycandan gətirilən qadınlar çoxluq təşkil edir. Təsəvvür edin, Azərbaycanda hansı qadın Hindistanın kiçik və kriminal bir şəhərinə pul qazanmağa gedər? Böyük ehtimal var ki, qadınları bura gətiriblər və məcbur ediblər ki, fahişəliklə məşğul olsunlar. Rusiyaya göndərilən qadınların sayı artıb. Hətta bizə müraciət edən qadınların valideynləri onların izini tapsalar da, sonradan izi itirmişdilər. Artıq 6 ildir ki, qanunlar qəbul edilib, dövlət strukturları və QHT-lər seminarlar, maarifləndirici tədbirlər keçirirlər. Amma problem azalmaq əvəzinə artır.

- Niyə bu problem azalmaq əvəzinə artır?
- Məncə, bizdə insan alverçiləri kimi daha çox el arasında “Mamarozalar” və ya “stünyorlar” deyilən şəxsləri həbs edirlər. Hansı ki, bunlar arada gəzən vasitəçilərdir. Amma bu cinayətin əsas oyunçuları qalıblar kənarda. Biz başa düşürük ki, bəzi yüksək rütbəli məmurların əli bu işdə var. Ən azı sənədləri saxtalaşdırmaq və sərhədləri qanunsuz keçmək mümkün deyil. Nəyə görə Rusiyada hansısa generala insan alveri cinayətinə görə iş qaldırıb həbs edirlər, amma mən bu günə qədər eşitməmişəm ki, Azərbaycanda hansısa məmur buna görə həbs edilsin. İndi həbsdə olan Taleh Xasməmmədov insan alveri, qızları fahişəliklə məşğul olmağa məcbur edildiyi haqda araşdırma aparıb və burada hüquq mühafizə orqanlarından kimlərinsə əlinin olduğunu yazmışdı. Amma bu şəxsə qarşı cinayət işi qaldırıldı və həbs edildi. Eləcədə şimal regionunda yoxa çıxan iki azyaşlı qız uşağının da məsələsi qapalı qaldı. Mən özüm bir neçə məhkəmə işlərində qərarlarla tanış olmuşam. Orada insan alverinin iyi belə gəlmirdi. Hansısa fahişəni tutub insan alverçisi kimi təqdim etmək düzgün deyil. Çünki bu halda insan alveri ilə məşğul olanlar yenə də öz işlərini görürlər.
HÜSEYN ABBASOĞLU

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azyaşlı azərbaycanlı fahişələr arasında kütləvi həbslər

    Azyaşlı azərbaycanlı fahişələr arasında kütləvi ...

    12-11-2013, 13:14

  • 
  • Türkiyədə 170 kişini QİÇS-ə yoluxduran azərbaycanlı qadın

    Türkiyədə 170 kişini QİÇS-ə yoluxduran ...

    4-04-2014, 17:09

  • 
  • Bakının qadın qul bazarında rəzalət

    Bakının qadın qul bazarında rəzalət ...

    19-12-2013, 09:39

  • 
  • Türkiyədə azərbaycanlı qadınların başına açılan oyunlar

    Türkiyədə azərbaycanlı qadınların başına açılan ...

    4-12-2013, 13:57

  • 
  • Mirvari Qəhrəmanlı qızının evindəki axtarışdan danışdı

    Mirvari Qəhrəmanlı qızının evindəki axtarışdan ...

    8-05-2014, 11:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu