"Mən də yaxın qohumların evlənməyinin əleyhinəyəm, amma bu qadağa ilə deyil, maarifçilik yolu ilə aparılmalıdır".
Gundemxeber.Az bildirir ki, bu fikirləri Redaktor.az-a açıqlamasında millət vəkili Aqil Abbas qan qohumlarının nikaha daxil olmasının qadağan edilməsi barədə Ailə Məcəlləsinə ediləcək dəyişikliklə bağlı danışarkən dedi. “Heç evlənməyi qadağan etmək olarmı? Tutaq ki, kimsə öz xalası qızını sevir, evlənə bilməz? Belə şeyləri qadağan etmək düzgün deyil. Qadağa ilə iş düzəlirsə, korrupsiya da qadağandır, amma ölkədə hər il nə qədər rüşvət alan var. Bunu düz yanaşma hesab eləmirəm”, - deyə deputat bildirdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?