Avropa İttifaqı (Aİ) Albaniyanın təşkilata üzvlüyü ilə bağlı danışıqların birinci mərhələsinə başlayıb.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Lüksemburqda Albaniyanın baş naziri Edi Rama ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Albaniya üzvlük danışıqları meyarlarına tam cavab verir və onun Aİ-yə qəbulu birliyin bütün üzvlərinin xeyrinə olacaq. “Biz bütün Qərbi Balkan dövlətlərinin Avropa İttifaqına qoşulması prosesini sürətləndirməliyik”, - P.Siyarto bildirib. O, Macarıstanın 2024-cü ilin ikinci yarısında Avropa Şurasına sədrliyi dövründə bunu əsas vəzifələrdən biri hesab etdiyini təsdiqləyib.
Eyni zamanda, nazir bunun uzun və çətin proses olacağını bildirib.
Albaniyanın Aİ-yə daxil olması üçün heç bir dəqiq vaxt müəyyən edilməyib, danışıqlar illərlə davam edə bilər. Ölkə 2014-cü ilin iyun ayında Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusunu alıb. Avropa İttifaqı Şurası 2020-ci ilin martında Albaniyanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına razılıq verib. Aİ 2022-ci ilin iyulunda Albaniya ilə danışıqlara başlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?