“Avropa İttifaqı ABŞ-ın nəzarəti altına keçdiyinə görə siyasi çəkisini və rəqabət qabiliyyətini itirib, bundan xilas olmaq lazımdır”.
Gundemxeber.Az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
O, Harvard Universitetində Avropanın gələcəyi ilə bağlı müzakirədə iştirak etmək üçün oradan Massaçusets ştatının Kembric şəhərinə gedəcəyini açıqlayıb.
“Aİ son vaxtlarda çəkisini, nüfuzunu və rəqabət qabiliyyətini xeyli itirib, çünki Ukraynadakı müharibəni təcrid edə bilmədi, əvəzində ona praktiki olaraq qlobal xarakter verdi, o, müharibəni dayandıra və vəziyyəti sülhə doğru çevirə bilmədi. Əksinə, münaqişə zonasına silah göndərməklə vəziyyəti daha da ağırlaşdırdı”, - Macarıstan XİN başçısı “M1” televiziya şirkətinə müsahibəsində bildirib.
“Aİ həm də öz vətəndaşlarını kütləvi qanunsuz miqrasiya axınından qoruya bilmədi. Əksinə, o, bu miqrasiya axınlarını daim təşviq edir. Avropa İttifaqı öz iqtisadi rəqabət qabiliyyətini yaxşılaşdıra bilmədi”, - P.Siyarto əlavə edib.
Onun fikrincə, bu, Aİ-nin hazırkı rəhbərliyi və bir çox iri Avropa dövlətlərinin praktiki olaraq öz iradələrini tərk edərək bir növ müşahidə rejiminə keçməsinə görə baş verib: “Onlar Vaşinqtondakı demokratik administrasiyanın təlimatlarına, qərarlarına və gözləntilərinə uyğun hərəkət edirlər. Vaşinqtonun təzyiqi Brüssel də daxil olmaqla bir çox Avropa paytaxtlarında öz məqsədinə çatır”.
“Düşünürəm ki, Aİ uğur qazanmaq istəyirsə, Vaşinqtonun arxasınca getməməli, öz maraqlarına əsaslanaraq strateji qərarlar verməlidir”, - P.Siyarto söyləyib. O, ümid etdiyini bildirib ki, iyuna planlaşdırılan Avropa Parlamenti seçkilərinin nəticələrindən sonra vəziyyət dəyişəcək və bundan sonra müstəqil Avropa iradəsinə əsaslanan muxtar Avropa strategiyası görmək mümkün olacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?