GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Müxalifət depressiyadan çıxmalıdır...”

“Müxalifət depressiyadan çıxmalıdır...”

Tarix: 24-12-2013, 17:13 Bölmə :Müsahibə Baxış: 651
“Müxalifət depressiyadan çıxmalıdır...”
Adil Qeybulla: “Ortada siyasi hakimiyyətdən başqa ideoloji iş də var”
“Gündəm xəbər” əməkdaşının suallarına Müsavat Partiyası Məclisinin və Divanının üzvü, professor Adil Qeybulla cavab verib. O, əsasən müxalifət cəbhəsində mövcud olan real vəziyyət haqda danışıb.
- Professor, təmsil olunduğunuz Müsavat Partiyası ilə Milli Şura arasında yaranan gərginliyi necə qiymətləndirirsiniz?
- Müsavat Partiyasının məsul şəxslərinin Milli Şura haqda verdiyi açıqlamalar olub və bu da mətbuatda çap edilib. Mən də bu açıqlamaların üzərində dayanmaq istəmirəm. Fikrimcə, Milli Şuranın perspektivi son prezident seçkiləri ilə başa çatmış hesab olunmalıdır. Düzdür, Müsavat Partiyası hesab edir ki, seçki hüquqi baxımdan bitib, amma siyasi baxımdan bitməyib. Hər halda ölkədə olan mövcud şərait göstərir ki, bu proses siyasi baxımdan irəli gedən prosesə oxşamır. Bu mənada Milli Şuranın missiyası bitmək üzrədir. Yaxşı olardı ki, ortaya yeni format çıxsın. Bu siyasi blok da, əməkdaşlıq birliyi də ola da bilər. Milli Şuranın yenidən hansısa formatda reablitasiya prosesi də ola bilər. Fikrimcə, bu qarşılıqlı ittihamlara, Milli Şuradan ayrılmaq istəyənlərə ayrı-ayrı bəhanələr verəcək. Bu da gördüyünüz kimi sonda arzuolunmaz proseslərin getməsinə rəvac verir.
- Siz yeni formatın yaradılmasını təklif edirsiniz. Sizcə, elə ən arzuolunan format Milli Şura deyilmi?
- Söhbət nədən gedir? Əlbəttə, siyasi partiyalar seçkilərə ilboyu hazırlaşmalıdır. Amma seçki qabağı şəraitdə bu məsələlər daha aktuallıq kəsb edir. 2015-ci il parlament seçkilərinə qədər Müsavatın hansısa formatı müəyyənləşə bilər. Hər bir seçkinin öz hədəfi var. Milli Məclis seçkiləri prezident seçkilərindən fərqlənir. Prezident seçkilərində bir yer uğrunda mübarizə gedir və bu zaman siyasi partiyaların hədəfləri, maraqları fərqli olur. Parlament seçkilərində isə söhbət 125 seçki dairəsində mübarizə aparmaqdan gedir. Bu baxımdan hər bir seçki üçün formatda dəyişə bilər. Yəni Milli Şura daha çox partiyaların, QHT-ərin, ictimai qurumları, ziyalıları özündə birləşdirib və hədəf olaraq prezident seçkilərini götürmüşdü. İndi seçkilər bitib. Deməli bu qurumun yeni missiyası ortaya çıxmalı və ya yeni format yaradılmalıdır.
- Siz 2015-ci il parlament seçkilərinə hesablanan yeni formatın yaradılmasını nəzərdə tutursunuz?
- Əgər Milli Şura parlament seçkiləri ilə bağlı hesab aparırsa, şuranın iki partiyası olan AXCP-Müsavat və eləcə də digər qurumlar seçkilərdə iştirak etməlidir. Eləcə də nəinki siyasi partiyalardan, eləcə də cəmiyyətdə aktiv insanlar da seçkilərdə iştirak edir və rəqabət də yüksək olur. Bununla bağlı anlaşmaya gedilirsə, fikrimcə, təmsilçilik hüququ olmalıdır. Milli Şuradan mərkəzdənqaçma meylləri varsa, bu necə səfərbər ola bilər. Özü də, bu meyllər açıq hiss edilir. Çox təəssüflər olsun.
- Azərbaycan müxalifəti birlik yaradır, sonra onu dağıdır, az keçməmiş yeni birlik bloku yaradır və onu da dağıdır. 20 ildə görünən reallıq bundan ibarətdir. Sizcə, belə siyasət normal haldırmı?
- Mən siz dediyiniz kimi yaranan, sonra dağılan və az sonra yenidən yaradılıb dağıdılan qurumları siyasi uğursuzluğun simptomu hesab edirəm. Siyasi uğursuzluq sindromu olanda belə müvəqqəti birliklər yaradılır və sonra da gündəmdən çıxır. Bütün bunlar siyasi uğursuzluq simptomunun təzahürləridir.
- Bəs bu cür hallar cəmiyyətin, insanların müxalifətə olan inamını getdikcə azaltmırmı?
- Bilirsinizmi, gözdən salmaq məsələsi yoxdur. Bu daha çox müxalifət ətrafında birləşən, müxalifət sıralarında olan, müxalifət təəssübkeşlərində siyasi perspektivsiz əhval-ruhiyyəsi yaradır. Əlbəttə, bu çox pis haldır. Mən bu cür düşünürəm. Bu da, şübhəsiz ki, müxalifət sıralarının seyrəlməsi ilə müşahidə olunur.
- Milli Şuraya böyük ümidlər var idi, indi şurada daxili qarşıdurmalar başlayıb, insanlar da bunu görür, çünki yüz minlərlə vətəndaş artıq internetdən istifadə edir. Və insanlar düşünürlər ki, bunlar bir yerdə olsalar da, yola getmirlər, sabah hakimiyyətdə olsalar nələr edərlər...
- Siyasi partiyalar arasında mübarizənin olması, bu mübarizənin mahiyyəti və detalları həm də siyasi mədəniyyət məsələsidir. Əslində mübarizə hər yerdə var. Amma bu mübarizə bəzən elə üsullarla aparılır ki, bunun siyasi mədəniyyətə aidiyyəti olmur. Görünür, bizdə siyasi mübarizəninin bütün üsullarını mənimsəyə bilməyiblər. Milli Şuraya olan ümidlər məsələsinə gəldikdə isə deyim ki, əslində bu təcrübə bir daha göstərdi ki, Azərbaycanda siyasi və ictimai qüvvələrin ən böyük birliyi belə hakimiyyət dəyişikliyi üçün yetərli deyil. Bunun üçün beynəlxalq faktor çox önəmlidir. Bunu bütün proses sübut etdi. Ona görə də, biz hansısa birliyə nail olmaq və bunun köklü dəyişikliklərə gətirib çıxaracağımıza əmin olmağımız çox vaxt əsassız olur. İnsanlar da bu cür dəyişikliyə köklənir. Bu baş tutmayanda isə ümidsizlik və depressiya yaradır. Belə ruh düşkünlüyü fonunda siyasi mübarizənin intensivliyi aşağı düşür.
- Siz bundan sonra Müsavat Partiyasının addımlarını necə görürsünüz?
- Müsavat Partiyası Azərbaycanın müstəqilliyi ilə bağlı siyasi təsisatdır. Düzdür, 1918-ci ildə Müsavat Partiyası tarixi missiyasını yerinə yetirib. Hazırda da Müsavat Partiyası öz ideoloji xəttini aparır. Onun hakimiyyətə gəlməsi məsələsi proseslərdən asılıdır. Təəssüflər olsun ki, ictimai proseslərə proqnoz vermək çətin olur. Odur ki, politoloqlar belə böyük ehtimalla danışırlar. Bu gün proqnozlaşdırılan hadisə sabah başqa cür davam edə bilir. O baxımdan hər şeyi proseslər göstərəcək. Amma Müsavat Partiyasında olanların məqsədi ancaq siyasi hakimiyyətdə olmaq deyil. Ümumiyyətlə bu xəttdə olmaq məsələsi də var. Odur ki, biz müsavatçı olaraq öz siyasi fəaliyyətimizi davam etdirməliyik. Siyasi mübarizənin uğur və perspektivi isə konkret siyasi situasiyadan asılıdır. Ona görə də, bu məsələnin nə qədər baş tutub-tutmayacağından deyil, ideoloji xəttin davam etdirilməsi haqda düşünməliyik. Əlbəttə, partiyanın təssübkeşləri, tərəfdarları var və onlar perspektivsizlik görəndə partiyadan uzaqlaşırlar və mərkəzdənqaçma meylləri artır.
- Sizə elə gəlmirmi ki, Müsavat Partiyası indi mövcud olan birliyi pozmaqla cəmiyyəti özünün əleyhinə qaldıracaq, bunun da zərbəsi elə Müsavata dəyəcək, istefalar olacaq. Artıq Müsavatın Milli Şura ilə bağlı apardığı siyasətə etiraz olaraq bir müşavir istefaya gedib...
- Partiyada qalmaq və ya oradan getmək hər bir şəxsin hüququdur. Bu könüllü işdir. Partiya adminstrativ təşkilat deyil. Hərə bir motivlə partiyadan kənarlaşır. Əlbəttə, burada siyasi ugursuzluq sindromunun da rolu var. İnsanlar hakimiyyət perspektivi olmayan siyasi fəaliyyətdə çox zaman qalmırlar. Bu təbii işdir. Başqa partiyaya keçid etmək, siyasi fəaliyyətdən uzaqlaşmaq kimi məsələlər dünyanın hər yerində baş verir. Fikrimcə, bu cür halları xəyanət səviyyəsində qiymətləndirmək, gedənlərə damğa yapışdırmaq və insanları növlərə bölmək kimi təsnifatlar həyata keçirmək qətiyyən lazım deyil. Hesab edirəm ki, bu kimi hallara tolerant yanaşmaq lazımdır. Xüsusilə, siyasi fiqurlar bir qədər dözümlü olmalıdır. İnsan ola bilər ki, konkret səbəbə görə siyasi fəaliyyətindən uzaqlaşır. Bu onun şəxsi işidir. Həm də ona siyasi fəaliyyətdə olduğuna görə təşəkkürlər etmək lazımdır. Əksinə, damğa vurmaq olmaz. Bir şeyi nəzərə almaq lazımdır ki, bizim münasibətlərimiz ancaq siyasi deyil, şəxsi xarakter də daşıyır.
- Müxalifət düşərgəsində mövcud durum bəllidir. Bundan çıxmaq üçün hansı addımlar atılmalıdır?
- Təbii ki, yaradılan birlik modelinin hakimiyyətə gəlməcəyinə inam, uğursuzluq olanda depressiya yaradır. Bu da təbiidir. Hesab edirəm ki, indi müxalifətdə olan durum seçkidən sonra yaranan situasiyanın təzahürüdür.
Çıxış yoluna gəldikdə deyim ki, biz siyasi mübarizəni qanun çərçivəsində davam etdirməliyik. Sadəcə olaraq hesab edirəm ki, insanlara populist vədlər vermək lazım deyil. Bütün hallarda siyasi fəaliyyəti davam etdirmək lazımdır. Həm də əgər bu seçki bizim üçün uğursuz olubsa, biz növbəti seçkilərə hazırlaşmalıyıq. Əlbəttə, yaşlı kateqoriyada olan insanlar var və artıq onlar siyasi fəaliyyətlə məşğul ola bilmirlər. Onların yerini gənclər tutmalıdır. Bu da təbii prosesdir və ona faciə kimi yanaşmaq lazım deyil. Seçki belədir ki, bir tərəf udur, bir tərəf uduzur. Mahiyyətdən asılı olmayaraq udan tərəf qalib hesab edilir, uduzan tərəf isə növbəti seçkilərə hazırlaşmalıdır. Bu yarışın qaydasıdır və seçki də siyasi yarışdır. Odur ki, hər bir müxalifətçi, müsavatçı fəaliyyətini davam etdirməli və baş verənlərə faciə kimi baxmamalıdır. Hakimiyyətə gəlmək imkanı mümkün olmaya da bilər. Bunu hər bir insan göz altına almalıdır. Hərəkatda olan şəxs düşünməlidir ki, 100 faiz hakimiyyətə gəlməyəcək və bu baş verməyə də bilər. Başqa sözlə, insanlar bu düşərgədə qalıb-qalmayacağını özü seçməlidir. Siyasi həyat da şübhəsiz ki, davam edəcək. İstənilən siyasi situasiyada Azərbaycanda siyasət, siyasi partiyalar olacaq, hakimiyyət uğrunda da mübarizə aparılacaq. İndiki siyasi partiyalar iddialarından əl çəksələr ortaya başqa qüvvələr çıxacaq. Bu siyasətdə təbii proseslərdir. Odur ki, hər bir seçkiyə yarış kimi baxılmalı və uğur olmayanda ruh düşgünlüyü yaranmamalıdır. Çalışmalıyıq ki, siyasi partiyada olmaq bir nüfuz məsələsinə çevrilsin. Dünyanın hər yerində siyasətlə məşğul olan insanlar nüfuzlu insanlardır və onlara hörmətlə yanaşırlar.
- Müsavat Partiyasının qurultayı olacaqmı, İsa Qəmbər başqanlıqdan gedəcəkmi, partiyada yeniləşmə olacaqmı?
- Müsavatın qurultayı olacaq, bu sadəcə zaman məsələsidir. İsa Qəmbər də elan edib ki, başqanlıqdan gedəcək və yeni başqan seçiləcək. Beləcə qurultayda nizamnaməyə uyğun qərarlar qəbul olunacaq və Müsavat siyasi fəaliyyətini davam etdirəcək. Müsavat Partiyası şəxslərə deyil, Azərbaycan tarixinə bağlı siyasi institutdur.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Müsavatın danışıqları Milli Şuranın xeyrinədir”- Arif Hacılı

    “Müsavatın danışıqları Milli Şuranın xeyrinədir”- ...

    23-12-2013, 15:15

  • 
  • Müsavat Partiyası Milli Şuranı tərk etdi

    Müsavat Partiyası Milli Şuranı tərk etdi ...

    7-01-2014, 12:36

  • 
  • Cəmil Həsənli: “Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq”

    Cəmil Həsənli: “Müsavat Partiyası Milli Şurada ...

    4-12-2013, 13:12

  • 
  • “Müsavat Partiyası çoxluğun mövqeyi ilə razılaşacaq”

    “Müsavat Partiyası çoxluğun mövqeyi ilə ...

    18-11-2013, 16:13

  • 
  • Müsavatçı professor partiyasının Milli Şuranı tərk etməsini istəyir

    Müsavatçı professor partiyasının Milli Şuranı ...

    14-08-2013, 16:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu