GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Ümid edirəm ki, prezident hər şeyi olduğu kimi biləcək”

“Ümid edirəm ki, prezident hər şeyi olduğu kimi biləcək”

Tarix: 24-12-2013, 22:18 Bölmə :Müsahibə Baxış: 673
“Ümid edirəm ki, prezident hər şeyi olduğu kimi biləcək”
Prezidentin İşlər İdarəsinin sabiq müdiri, Xəzər Rayon Məhkəməsinin 13 dekabr hökmü ilə qaçaqmalçılıqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum olunmuş Akif Muradverdiyev “Media forum” saytının suallarını cavablandırıb.


- Səhhətiniz necədir? Sizə həkim nəzarəti varmı? Bu nəzarət kifayət edirmi?

- Onurğamda iki yırtıq əmələ gəlib. Biri bel nahiyəmdə, o biri isə boynumdadır. Boynumdakı xeyli vaxtdır var, bel nahiyəmdə təzə yaranıb. Boynumda olan yırtıq həyatım üçün çox təhlükəlidir, hər an məni iflic edə bilər. Digər tərəfdən, boynumdakı yırtıq beynimin qidalanmasına mane olur, çox ciddi əngəl törədir. Ondan başqa mədəaltı vəzimdə xroniki yara var. Xəstəliklərim ölkənin, Almaniya, Moskva, Kiyevin ixtisaslaşmış xəstəxanalarında təsdiq edilib və mən intensiv müalicə olunmuşam. Hazırda müalicə müəssisəsində həkimlər baxırlar. Ancaq onların xoş münasibətləri lazım olan müalicəni verə bilməz. İxtisaslaşmış tibbi mərkəzlərdə belə çox çətinliklə müalicə olunan xəstəlikləri burada müalicə etmək mümkün deyil.

- Sizə qarşı irəli sürülən ittihama münasibətiniz necədir?

- Mənə qarşı irəli sürülən qaçaqmalçılıq ittihamı çox gülünc və ağlasığmazdır.

- Prezident seçkisində dövlət başçısı İlham Əliyevi dəstəklədiyinizi bəyan etdiniz. Amma mətbuatda Sizin də, sabiq nazir Nicat Quliyevin də müxalif Milli Şura iləəlaqələrə görə həbs olunduğunuz yazılır. İstintaqda Sizdən Milli Şura, onun sədri Rüstəm İbrahimbəyovla bağlı ifadə alınıbmı?

- Bəli, mən prezident seçkisində İlham Əliyevi dəstəklədiyimi sizin sayt vasitəsilə xalqa çatdırdım. Ona görə sizə təşəkkür edirəm. Onu da qeyd edim ki, mən prezident İlham Əliyevi həmişə dəstəkləmişəm. Şübhə olmasın ki, həmişə də dəstəkləyəcəyəm. Mətbuatda mənimlə bağlı yazılanı cəfəngiyat hesab edirəm. Mən Nicat Quliyevi son 15 ildə iki dəfə yas mərasimində uzaqdan görmüşəm. Heç əl tutub görüşməmişəm də. Eləcə də məni tanıyanlar çox yaxşı bilir ki, mən Rüstəm İbrahimbəyov və onun yaxınları ilə heç xeyir-şər mərasimlərində belə uzaqdan-uzağa görüşməmişəm. Rüstəm İbrahimbəyovun məşğul olduğu ədəbiyyat və incəsənət sahəsi ilə mən məşğul olmamışam. Ona görə də istintaqda məndən Rüstəm İbrahimbəyov və Nicat Quliyev haqqında hər hansı bir sorğu aparılmayıb.

Bəziləri mənim AMİP lideri Etibar Məmmədovla əlaqələrimin olduğunu yazır. Etibar Məmmədovu son dəfə 2003-cü ilin oktyabr ayında görmüşəm. Onunla nə siyasi münasibətlərimiz olub, nə də yoldaşlıq münasibətlərimiz. 1995, 2000-ci illərdə Milli Məclisin üzvü kimi onunla iclas zamanı kənardan-kənara salamlaşmışıq. Mən on ildən artıqdır ki, Etibar Məmmədovun nə ilə məşğul olduğunu bilmirəm.

- Sizcə, prezidentə etdiyiniz müraciətin cavabsız qalması nə ilə bağlıdır? Prezident Sizin düşdüyünüz durumu bilirmi? Yoxsa həqiqətlər ona çatdırılmayıb?

- Mənim prezidentə müraciətimin ona çatdırılıb-çatdırılmadığını bilmirəm. Ancaq bu gün müalicə müəssisəsində olduğuma görə ona minnətdaram. Əgər o, icazə verməsəydi, mən indi MTN təcridxanasında şikəst olmuşdum. Çox güman, mənim haqqımda prezidentə verilən uydurma yalan və şayiədən sonra ona etdiyim müraciətin qarşısını almağa çalışan qüvvələr var. Ancaq ümid edirəm ki, çox qısa zamanda prezident hər şeyi olduğu kimi biləcək. İndi bəzi qəzetlər yazır ki, guya məni həbs etdirən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Mən o şayiələrə, riyakarlıqlara heç vaxt inanmamışam, inanmıram da. O məlumatları qəzetlərə köçürməklə əsl həqiqəti gizlətmək məqsədi güdülür. Ramiz Mehdiyevlə birgə işlədiyim 30 ildə onunla şərikli, mübahisəli, hər hansı maraqların toqquşmasına səbəb olan problemim olmayıb.

- Siz 2008-ci ildə həbsdən çıxandan sonra əsasən nə işlə məşğul olurdunuz?

- Son 5-6 ilimi yaradıcılıqla məşğul olmuşam.

- İctimaiyyətə mesajınız, müraciətiniz varmı?

- İctimaiyyətin sağlam qüvvələrini qarşıdan gələn yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Onları inandırıram ki, ömrüm boyu xeyirxahlıqla məşğul olmuşam. Çirkin əməllərdən həmişə uzaq olmuşam. Ömrümün sonuna qədər öz xalqıma ləkə gətirməyəcəyəm.

Suallarınıza cavab verdiyim gün, 24 dekabr prezident İlham Əliyevin doğum günüdür. Onu ürəkdən təbrik edirəm. Azərbaycan xalqının rifahı naminə uzun illər firavan və xoşbəxt ömür yaşamasını arzu edirəm. İstərdim ki, prezident İlham Əliyev ətrafında ona yaramaq istəyənləri tanısın və haqqı nahağa verməsin.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • İslamçı məhbusun vəkili prezidentə müraciət etdi

    İslamçı məhbusun vəkili prezidentə müraciət etdi ...

    12-11-2013, 13:16

  • 
  • Akif Muradverdiyevin məhkəməsi olacaq

    Akif Muradverdiyevin məhkəməsi olacaq ...

    8-11-2013, 14:45

  • 
  • Akif Muradverdiyev MTN-ə aparıldı

    Akif Muradverdiyev MTN-ə aparıldı ...

    21-06-2013, 01:05

  • 
  • Akif Muradverdiyev MTN-ə aparıldı

    Akif Muradverdiyev MTN-ə aparıldı ...

    21-06-2013, 00:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu