GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Baydenin adamı Rusiyanı çökdürə bilmədiklərini ETİRAF ETDİ

Baydenin adamı Rusiyanı çökdürə bilmədiklərini ETİRAF ETDİ

Tarix: 18-12-2024, 19:46 Bölmə :Müsahibə Baxış: 597

“Rusiyanı sanksiyalarla çökdürmək planı quran Qərbin, xüsusən də ABŞ-ın planı iflas olub”

“Əgər Vaşinqton Kiyevə kömək etməyə hazır olduğu barədə bəyanatlarından geri çəkilərsə, Ukraynanın Rusiya ilə potensial danışıqlarda mövqeyi zəifləyəcək”.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Hesab edirəm ki, ABŞ-ın hazırkı və gələcək administrasiyası Ukraynaya kömək etmək istəyini nümayiş etdirməli və onu özünü qorumaq üçün lazımi vasitələrlə təmin etməlidir, çünki bu, danışıqlar masası arxasında yaxşı nəticə əldə etmək üçün rıçaq olacaq. Əgər biz bu təfərrüat olmadan sövdələşməyə gedəcəyimizi desək, o zaman Ukrayna yaxşı danışıqlar mövqeyində olmayacaq”, - deyə o bildirib.

Ceyk Sallivan əlavə edib ki, Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına təsiri ilə bağlı proqnozlar özünü doğrultmadı.

MEHEMMED.jpg (68 KB)

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a şərhində bildirib ki, Ceyk Sallivanın bu açıqlaması getmək üzrə olan Bayden hakimiyyətinin yeni Tramp iqtidarının Ukraynanı meydanda tək buraxacağından narahatlığından irəli gəlir:

“ABŞ-ın siyasəti sonda Ukryananı Rusiya ilə üz-üzə qoydu. Bu müharibəni Ukrayna istəmirdi, Amerika istəyirdi. Məqsəd Rusiyanı zəiflətmək və mümkün olsa parçalamaq idi. Ona görə də bütün dünyaya aydındır ki,  Rusiya-Ukrayna müharibəsi geopolitik qarşıdurmadır. Yeni dünya siyasi nizamı bu müharibənin nəticəsindən asılı olacaq. Sadəcə olaraq Rusiya Bayden hakimiyyətinin, Qərb strateqlərinin hesablamalarının əksinə olaraq sanksiyaların qarşısında diz çökmədi. Hətta müharibənin üçüncü ili ərəfəsində Rusiya bu müharibəni Qərbin üzərində qələbə əldə etmək  və fövqəl-dövlət statusu almaqla özünün tamamilə qələbəsi ilə bitirməyə çalışır. Ukraynaya təcavüzü əlində əsas götürüb Rusiyanı sanksiyalarla çökdürmək planı quran Qərbin, xüsusən də ABŞ-ın planı iflas olub. Elan olunan rəqəmlərə görə, bu il Rusiya iqtisadiyyatında artım əvvəlki illərdəkindən daha yüksəkdir. Bu reallığı artıq ABŞ daha aydın görməkdədir. Bunun üzərinə Donald Trampın Ukraynaya müharibə üçün yardımlar etməyəcəyi ehtimalının yüksək olduğunu da gəldikdə Ukraynanı odun içərinsə atan Bayden iqtidarının narahatlığını anlamaq çətin deyil”.

Politoloq qeyd edib ki, Rusiya artıq orbitində özünün dayandığı yeni bir qütb formalaşmasına çalışır:

“Moskva Rusiyanın təsir dairəsində olacaq bu qütbü Qərbin də bunun tanınmasını istəyir. ABŞ isə Rusiyanın bu siyasətini qəbul etmir və müqavimət göstərir. Hazırkı ABŞ hökumətində Trampın Rusiyanın bu istəyini qəbul edəcəyi əndişəsi var. Ukraynaya ABŞ-ın hərbi yardımları 3 ildir Rusiyanın Ukrayna üzərində qəti qələbəsinin qarşısını alır. Lakin Rusiya daim irəliləyir. NATO-nun Ukraynaya yardımları Ukraynanı xilas edə bilmir, bununla belə, Rusiyanın qəti qələbəsini indiyə qədər əngəlləyə bilir. Avropa ölkələri arasında fikir ayrılıqları isə Rusiyanın lehinə işləyir. ABŞ növbəti dəfə Ukraynaya 6 milyard dollar hərbi yardım ayırdı. Amma, Bayden administrasiyası bu yardımları çatdıra bilməyəcək. Trampın isə bu yardımları Ukraynaya çatdırması sual doğurur. Trampın Ukrayna siyasəti müəmmalı olaraq qalır. Amma, Rusiya və Ukrayna arasında atəşkəsə nail olacağını qeyd edir. Axı, bu müharibə təkcə Rusiya Ukrayna müharibəsi deyil. Moskva xalqa bu müharibənin Qərbin təcavüzünə qarşı edildiyini bəyan edir. Rusiya ABŞ-dan onun fövqəl-dövlət olmasını və keçmiş SSRİ vaxtında olduğumu kimi təsir dairəsini tanınmasını tələb edir. Donald  Tramp bununla barışsa ABŞ fövqəl-dövlət statusunu itirəcək. Rusiya NATO-nu parçalayacaq. Avropanın təhlükəsizliyi sual altında qalacaq. Donald Tramp hərbi yardımlar etməsə, Fransa və Almaniya Ukraynaya qoşun göndərə bilər. Həmçinin Böyük Britaniya silahlarla Ukraynaya tam yardım edə bilər. Bu da Avropa ilə ABŞ arasında dərin uçurum yaradar. İki tərəf arasında qırılma baş verər. Proseslər sürətlə dəyişir və Rusiyanın  geri addım atması gözlənilmir. Tramp danışıqlara üstünlük versə də, bu müharibənin diplomatik üsullarla başa çatması mümkün deyil. Çünki bir tərəf məğlub olmalıdır. Bunu hazırkı Bayden administrasiyası yaxşı bilir. Məsələnin başqa bir tərəfi odur ki, Tramp Amerikanı Ukrayna müharibəsindən uzaq tutmağa çalışsa belə, buna tamamilə nail olmasına hakimiyyətin digər qolları, xüsusən də Pentaqon imkan verməyəcək.  ABŞ-da bütün qərarlar Prezidentdən asılı deyil”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev ABŞ prezidentinin müşaviri ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi

    İlham Əliyev ABŞ prezidentinin müşaviri ilə ...

    18-05-2021, 10:06

  • 
  • ABŞ Şimali Koreyanı təhdid etdi: “Rusiyaya silah tədarük etsə, bunun əvəzini ödəyəcək”

    ABŞ Şimali Koreyanı təhdid etdi: “Rusiyaya silah ...

    6-09-2023, 19:51

  • 
  • ABŞ-dan Ukraynaya Rusiya ilə müharibəyə dair aydın plan tələbi

    ABŞ-dan Ukraynaya Rusiya ilə müharibəyə dair ...

    12-01-2024, 22:45

  • 
  • “Rusiya uduzub, bacarmadı, bacarmır…” – Ceyk Sallivan

    “Rusiya uduzub, bacarmadı, bacarmır…” – Ceyk ...

    25-02-2023, 09:47

  • 
  • Rusiya və ABŞ arasında Ukrayna üzrə gizli danışıqlar

    Rusiya və ABŞ arasında Ukrayna üzrə gizli ...

    21-08-2017, 14:53


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (339)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu