GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "İTV-də kadr dəyişiklikləri ayrı-ayrı KİV səhifələrində ciddi reaksiya doğurdu"

"İTV-də kadr dəyişiklikləri ayrı-ayrı KİV səhifələrində ciddi reaksiya doğurdu"

Tarix: 27-12-2013, 02:03 Bölmə :Müsahibə Baxış: 635
"İTV-də kadr dəyişiklikləri ayrı-ayrı KİV səhifələrində ciddi reaksiya doğurdu"
“Cəmiyyət İTV-dəki dəyişiklikləri müsbət reaksiya ilə qarşılayıb”

trend-ə istinadən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyevin müsahibəsini təqdim ediikr:

- İTV Yayım Şurasının sizi baş direktor seçməsindən 8 ay ötüb. Bu müddət ərzində telekanalda ilkin məqsədlərinizə nail ola bildinizmi?

- Qısa desək, başa çatan dövrdə xüsusilə yayım proqramının şəbəkəsi dəyişib. Biz maraqlı proqramları saxlamaqla yanaşı, minimum xərclə yenilərini yaratdıq. Efirdə verilişlərin yayım konsepsiyası da dəyişdi.

- Bəzi dedi-qoduçular iddia edirlər ki, telekanalın reytinqi aşağı düşüb.

- Bu, İTV-yə qarşı bəzi sosioloji xidmətlərin yürütdüyü düşünülmüş taktikadır. Birincisi, televiziya tamaşaçıları arasında populyarlıq qazanmış proqram və verilişlər yenə də onları sevindirməyə davam edir. Başa çatmış 8 ay ərzində İTV-də cəmi bir proqram bağlanıb, lakin müxtəlif xarakterli 10 yeni televiziya proqramı açılıb. Film və musiqi proqramlarının nümayiş sistemi dəyişdirilib. Bizə məlumdur ki, cəmiyyət bu dəyişiklikləri müsbət reaksiya ilə qarşılayıb. İncəsənət və mədəniyyətlə bağlı proqramların sayı artırılıb, tok-şouların sayı isə hətta iki dəfə artıb.

Təkcə son 3 ay ərzində görkəmli bəstəkarlar Emin Sabitoğlu və Elza İbrahimova, şairlər Əhməd Cəmil, Məmməd Araz, yazıçı Elçin və digərlərinə həsr edilmiş sənədli filmlər çəkilib və nümayiş etdirilib. Muğam ustadı Arif Babayev, aktyorlar Həsən Məmmədov, İlham Namiq Kamal, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb və rejissor Tofiq İsmayılovun həyat və yaradıcılığına həsr edilmiş onlarla televiziya filmi "Carçıfilm" studiyasının yeni uğurları sırasına aid edilir.

Bundan başqa, İTV yerli və beynəlxalq xarakterli irimiqyaslı tədbirləri yayımlayır. Biz prezident seçkilərini kifayət qədər uğurla işıqlandırdıq, Azərbaycan efirində "Eurovision-2013" mahnı müsabiqəsinin bütün prosedurlarının təşkilini və informasiya dəstəyini təmin etdik, TRT orkestri ilə birgə "Axşam səfası" layihəsini və s. həyata keçirdik. Yeri gəlmişkən, böyüklər və uşaqlar arasında "Eurovision-2013" müsabiqələrində televiziya kanalımızın fəal iştirakı ilə Azərbaycan təmsilçiləri müvafiq olaraq ikinci və yeddinci yerləri tutdular. Əgər xatırlayırsınızsa, ötən il 12 ölkənin uşaqları arasında keçirilən "Eurovison" müsabiqəsində təmsilçimiz 11-ci olmuşdu.

İTV son aylar beynəlxalq və yerli əhəmiyyətli bir çox mükafatlar qazanıb. Onlar arasında "Qağayı" filmini qeyd etmək istərdim. Biz həmin filmlə Rusiyanın paytaxtı Moskvada keçirilmiş Beynəlxalq televiziya və kinofilmlər festivalında təmsil olunmuşduq. Telekanalımızın yaradıcılıq məhsulu "Ən yaxşı sənədli film" nominasiyasında qalib oldu. Yeni il ərəfəsində İctimai Televiziya və Radio daha bir uğur qazandı. Yayım şirkətinin adı "Azeri Business Award" milli mükafatının laureatları sırasına daxil edildi. Xatırladım ki, bu mükafatın təsisçisi Azərbaycanın işgüzar dünyasının qabaqcıl nəşri "Business Time" jurnalıdır.

- Maraqlıdır ki, cəmiyyətdə yaradıcılıq məsələləri deyil, sizin tərəfinizdən aparılan kadr dəyişiklikləri müəyyən reaksiya doğurdu. Bəzi kütləvi informasiya vasitələri sizi AzTV-nin kadrlarına üstünlük verməkdə qınayır.

- Əvvəla, biz telekanalda mövcud yaradıcı özəyi qoruyub saxlamışıq. Lakin xatırlatmaq istəyirəm ki, 2005-ci ildə İTV yarananda bir çox rəhbər, yaradıcı və texniki kadrlar AzTV-dən dəvət olunmuşdu. Və burada pis heç nə yoxdur. Mənim üçün AzTV həmişə bütün ölkənin televiziya məkanı üçün mütəxəssislərin hazırlanmasında əsas peşəkar məktəb olub. Mən özüm bu yaxınlaradək AzTV-də çalışmışam, atam uzun illər Azərbaycan Televiziya və Radiosuna rəhbərlik edib. İTV-nin baş direktoru seçildikdən sonra mənə həvalə olunan telekanalın peşəkarlıq səviyyəsinin artırılması məqsədilə AzTV-dəki kadrları bura cəlb etdik. İTV-də kadr dəyişiklikləri ayrı-ayrı KİV səhifələrində ciddi reaksiya doğurdu, çünki işdən çıxarılan işçilərin bəzilərinin onlarla sıx əlaqəsi var və bu da İTV-dəki dəyişikliklərə qarşı qəzəbli kampaniyaya gətirib çıxarır.

- "Eurovision-2014" müsabiqəsinə hazırlıq necə gedir?

- 2014-cü ilin yanvarından İTV-də beynəlxalq "Böyük səhnə" layihəsi başlayır ki, orada kastinqlər və "Eurovision-2014" müsabiqəsinin iştirakçılarının seçimi aparılacaq.

- Adətən, televiziya işçiləri öz planlarını bölüşməyi sevmirlər. Lakin bilmək istərdik ki, qarşıdan gələn ildə İTV-nin tamaşaçılarını hansı yeniliklər gözləyir?

- Bizim gələcəklə bağlı planlarımız çoxdur. Bu planlar, xüsusilə, beynəlxalq fəaliyyətimiz və İTV-nin proqram siyasəti ilə bağlıdır. Mən televiziyaya gəlişimdən sonra gördüm ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uğurlu siyasəti nəticəsində ölkəmizdə televiziya məkanının inkişafı üçün hər cür şərait yaradılıb. Biz televiziya işçilərinə isə yalnız dövlətin və xalqın səadəti naminə çalışmaq qalır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Quliyev İTV-də öz kadrlarını təyin etdi - Siyahı

    Cəmil Quliyev İTV-də öz kadrlarını təyin etdi - ...

    13-08-2013, 15:18

  • 
  • İTV-dən daha iki nəfər çıxarıldı

    İTV-dən daha iki nəfər çıxarıldı ...

    3-09-2013, 15:38

  • 
  • İTV-də yeni təyinatlar

    İTV-də yeni təyinatlar ...

    28-12-2013, 12:50

  • 
  • İTV-də daha bir direktor işdən çıxarıldı

    İTV-də daha bir direktor işdən çıxarıldı ...

    9-05-2013, 01:18

  • 
  • İTV-dən çıxarılan əməkdar jurnalist klinika açır

    İTV-dən çıxarılan əməkdar jurnalist klinika açır ...

    9-12-2013, 16:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu