GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!

Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!

Tarix: 31-01-2025, 15:26 Bölmə :Müsahibə Baxış: 1 219

Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub -


Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı təhqiqat prosesi ölkəmizin aidiyyəti strukturları tərəfindən davam etdirilir. Rəsmi açıqlamalarda yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə məsələ ilə əlaqədar ictimaiyyətə geniş məlumatların veriləcəyi bildirilib.

Qeyd edək ki, Cənab Prezident tərəfindən bu məsələ ilə əlaqədar keçirilən müşavirədə də qeyd edilmişdi ki, təyyarə qəzasının nəticələri haqqında ölkə ictimaiyyətinə mütəmadi qaydada məlumatların verilməsi təmin olunacaq. Qəza ilə bağlı Azərbaycanın Rusiyadan gözləntilərinə gəldikdə isə bu məsələnin Rusiya tərəfi ilə aidiyyəti və diplomatik kanallar vasitəsilə müzakirə olunduğu bildirilib.
Gundemxeber.az bildirir ki, kriminalist-ekspert İlqar Altay isə “Şərq"ə açıqlamasında Azərbaycan təyyarəsi faciəsində Rusiyanın təqsirinin danılmaz şəkil aldığını deyib. Onun sözlərinə görə, Azərbaycan təyyarəsinin Qroznı səmasında vurulmasından dərhal sonra Rusiya tərəfindən özünə yaxın mətbuata təyyarə pilotu-Qroznı dispetçeri arası danışıq stenoqramının mətni sızdırıldı:
"Həmin stenoqramı dərhal təhlil etdim və bildirdim ki, bu, səs yazısından saxta dəyişikliklərlə kağıza köçürülüb ötürülən mətndir.
Bir neçə gün əvvəl də təyyarəmizin Aktau şəhəri ərazisində qəzalı və faciəli enişini araşdıran Qazaxıstan hökumət komissiyasının sədri, Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev mühüm açıqlama ilə çıxış edərək bəyan edib ki, vurulmuş təyyarənin pilotu ilə dispetçer arasındakı həmin danışığın mətbuata ötürülən variantı təyyarənin qara qutusundakı səs yazısının məzmunundan xeyli fərqlənir. Böyük Rusiya üçün biabırçılıqdır. Suallar yaranır ki, Rusiya tərəfi bilərək ki, sonradan təyyarənin qara qutusundan götürüləcək pilot-dispetçer orijinal səs yazısı ilə qəsdlə mətbuata saxta "sızdırılan" stenoqram mətni düz gəlməyəcək, niyə belə tələsik və böyük biabırçılığa getdi? Çünki Rusiya tərəfi tam arxayın idi ki, həmin o qara qutular onların əlində olacaq. Yəni raketlə vurulub idarəedilməz, "yarımcan" hala salınmış, sərnişin təyyarəsinin dispetçerlərin əli ilə təcili xilas enişinə müxtəlif bəhanələrlə mane olub, təyyarəni tam idarəçilikdən çıxanadək səmada fırladıb, nəhayət, Rusiya ərazisinə, yaxud onun Xəzər sektoruna çırpılaraq partlamasına nail olacaqlar. Arxayın olublar ki, dağılan təyyarənin araşdırılma işlərini, qara qutuların oxunmasını Rusiya tərəf özü aparıb, ona sərf edən, raketlə vurulma faktını gizlətmə rəyini özü yayacaq. Və bu saxtalaşdırılmış stenoqramı da təyyarə hələ vurulmuş halda göydə ikən ona görə yayıblar ki, yerə çırpılandan sonra desinlər baxın, hər şey o mətbuatda gedən (sızdırılan) ilk varianta, yəni ki, guya, quşlar zərbəsi səbəbinə müvafiq gəlir. Əslində isə mərhum pilot quş söhbəti etməyib”.

İ.Altayın sözlərinə görə, Rusiya tərəfin qəzalı dərəcədə zədəli sərnişin təyyarəsinə nəinki xilas üçün imkan və şərait yaratmaması, hətta onu səmada dolandıraraq vaxt ötürüb, yerə çırpılaraq məhv olma həddinə gətirmə plan-məqsədi heç bir insanlıq, vicdan və insafa sığmayan vəhşilik, barvarlıqdır:

“Həm də bu addım axı hansısa, kriminal mafiya, İŞİD ya HƏMAS yox, konkret dövlət tərəfindən atılır. Nə qədər qəddar, amansız olasan ki, bir səhv raket atəşinin, (hansı ki, o raket insaf göstərib, təyyarəni vurub yerə salmadı) izini itirmə, zərər vurduğun ölkələr-tərəflərdən üzr istəməmək və kompensasiya ödəməmək və beynəlxalq hərbi qüdrətinin nüfuzuna xələl gətirməmək xatirinə o boyda təyyarəni içi sərnişin və ekipajlı məhv etmə fikrinə düşüb qərar verəsən! Təyyarədəki müxtəlif ölkələrin, öz dövlətinin vətəndaşlarına belə yazığın gəlməsin. Təyyarə, reysin sahibi, müttəfiq, qonşu dövlətə hörmət qoymayasan. Hüquqi-siyasi baxımdan, çox amansız terror-təxribat dərəcədə kütləvi qırğın, cinayət əməlidir. Təsəvvür edin, hansısa dövlətin səmasında bu dövlətin hərbi qüvvələri raketlə beynəlxalq reys icra edən sərnişin təyyarəsini səhvən (hələ bu səhv-düz söhbəti də, tam aydınlaşmalı!) vurur. Bu, hərbi və beynəlxalq əhəmiyyətli fövqəladə hal ilk növbədə kimə məlumat verilir və yaxud verilməlidir? Əlbəttə, həmin dövlətin başçısına, ali baş komandana. Bu, birmənalı qaydadır hər bir dövlətdə, xüsusilə də bütün səlahiyyətləri öz əlində cəmləyən prezidentli Rusiyada. Beləliklə, təyyarənin raketlə vurulan anından, Qazaxıstan ərazisinə düşüb, partlamasınadək mərhələdəki bütün prosesin V.Putinin xəbəri və iradəsindən kənar baş verməsinə inanmaq mümkünsüzdür”.
Kriminalistin fikrincə, Rusiya bu faciəli təxribatdakı suçlu kimi, bütün fakt-sübutlu günahını qəbul etməsə və konkret cinayətdə məsuliyyət daşıyanları ortaya qoyub cəzalandırmasa, adekvat kompensasiyaları da ödəməsə, bu iş zərərçəkən dövlət, ya dövlətlər tərəfindən Beynəlxalq Kriminal Məhkəməsinin baxışına verilə bilər: Necə, Donbas səmasında Malayziya sərnişin təyyarəsinin vurulması və necə, Rusiyanın Smolensk səmasında Polşa Prezidenti Lex Kaçinskinin təyyarəsinin qəzalı faciəsi (uğradılması) cinayət işlərinə baxılıb. Və Rusiya tərəfin bu təyyarəni səhvən raketlə vurmasından sonrakı mərhələdə öz təxribatçı hərəkətlərini boynundan atmasa, artıq raketlə təyyarəni qəsdlə vurma fikirlərinə yol aça bilər”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı-Qroznı təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib - VİDEO

    Bakı-Qroznı təyyarəsi Aktau şəhərinin 3 km ...

    25-12-2024, 14:48

  • 
  • İran təyyarəsi dağa dəydi, qəzadan sağ çıxan olmadı

    İran təyyarəsi dağa dəydi, qəzadan sağ çıxan ...

    18-02-2018, 17:46

  • 
  • Azərbaycan təyyarəsi qəzaya uğrayıb, həlak olanlar var - YENİLƏNİB

    Azərbaycan təyyarəsi qəzaya uğrayıb, həlak ...

    19-05-2016, 10:49

  • 
  • Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi

    Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya ...

    24-01-2025, 20:15

  • 
  • Qəzaya uğrayan hərbi təyyarəmizin axtarışlarına xarici mütəxəssislər cəlb olundu - FOTO

    Qəzaya uğrayan hərbi təyyarəmizin axtarışlarına ...

    30-07-2019, 17:15


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (188)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu