GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » On minlərlə insanın ümidini bu formada kəsmək olmaz”

On minlərlə insanın ümidini bu formada kəsmək olmaz”

Tarix: 11-01-2014, 23:38 Bölmə :Müsahibə Baxış: 785
On minlərlə insanın ümidini bu formada kəsmək olmaz”
Xəzər Teyyublu: “Müxalifətin birlikdən savayı çıxış yolu yoxdur”

Müxalifət cəbhədində baş verən son prosesləri KXCP sədrinin təşkilati məsələlər üzrə müavini Xəzər Teyyublu cavablandırıb. KXCP funksioneri əsasən müxalifət cinahında baş verənlərdən, Müsavat Partiyasının son addımından, Milli Şurada yaşananlardan, müxalifətin gələcək siyasi fəaliyyətindən, yaşanan böhrandan çıxış yollarından danışıb.

- Milli Şurada baş verənləri və yaşananları necə qiymətləndirirsiniz?

- Biz baş verənləri müşahidə edirik. Hesab edirəm ki, burada problem yaratmaq da lazım deyil. Müsavat Partiyasının gəldiyi nəticə, bu partiyanın daxili qərarıdır. Milli Şurada getmələr və qopmalar əlbəttə mövcuddur və yeni hadisə deyil. Siz də bilirsiniz ki, buna qədər Milli Şuradan qopmalar baş verib. Məsələn, Liberal Partiya Milli Şuradan gedib. Eləcədə eks-spiker Rəsul Quliyevdə Milli Şuradan getdiyini açıqlayıb. Eləcədə digər istefalar olub. Odur ki, Milli Şurada bu tipli proseslərin baş verməsi ilk deyil. Amma qeyd edim ki, Müsavat Partiyasının gedişi bir qədər mürəkkəb situasiyada baş verdi. Şəxsən mən Müsavat Partiyasının bu gedişini çox sakit qarşılayıram. Ancaq bunun digər tərəfi də var. Çünki Azərbaycanın müxalifət düşərgəsində belə olaylar yaşanmamalıdır. Vəziyyət yaxşı deyil. Hakimiyyətə gəlmək üçün demokratik seçkilərin keçirilməsinə nail olmaq lazımdır. Bunun da, açarı müxalifətin birliyindən və həmrəyliyindən keçir. Ancaq iki partiyanın bir araya gəlməsi bu birliyin alınması anlamını da vermir. Bunun üçün bütün siyasi partiyaların bir arada olması, birgə əmək verməsi vacibdir. Bir yerdə olmaq məsələsi müxalifətdə problemə çevrilib. Düzdür, Milli Şura bütün çətinliklərə baxmayaraq fəaliyyətdə olacaq. Amma konkret olaraq azalmalar, dağılmalar, parçalanmalar cəmiyyətimizdə xoş qarşılanmır. Müxalifətin parçalanması tendensiyasını müşahidə etməkdəyik. Şəxsən mən bunu yaxşı qarşılamıram.

- Deyirsiniz ki, Milli Şurada çətinliklər yaranacaq. Söhbət hansı çətinliklərdən gedir?

- Konkret olaraq bu gün müxalifət çətin vəziyyətdədir. Müxalifət partiyaları çox ağır şərtlər altında siyasi fəaliyyətini davam etdirir. Heç kim deyə bilməz ki, müxalifət çox asan və maneəsiz fəaliyyətdədir. Bir çox partiyaların qərargahları yoxdur, üzvləri illərdir ki, işsizdir. Siyasi fəaliyyət üçün uğurlu şərait yoxdur. Belə bir vəziyyətdə bizin əhatəmiz genişlənməli, sayımız artmalıdır. Hər yerdə bizim gücümüz olmalıdır. Bu baxımdan hesab edirəm ki, biz güclənmək əvəzinə zəifləməyə doğru gedirik. Mən bunu nəzərdə tuturam. Amma məcburi şəkildə hansısa təşkilatları və ya fərdləri də bu prosesə qatmaq doğru olmazdı. Hər kəs Milli Şurada təmsil olunur və müəyyən hüquqlara malikdir. Müsavat Partiyası Milli Şuranın təsisçisidir və indi hesab edir ki, bu qurumda olmaq lazım deyil. Müsavat tək fəaliyyət göstərmək niyyətindədirsə, buyursun. Yox, əgər hesab edirsə ki, hər kəslə bir yerdə olmaq lazımdır, buna da Müsavatın daxili qərarı kimi baxmaq lazımdır. Şəxsən mən məsələlərə bu cür baxıram.

- Bəs KXCP-nin Milli Şura məsələsində mövqeyi nədən ibarətdir?

- Mən konkret olaraq bir söz deyə bilmərəm. Milli Şurada baş verən son hadisələrdən sonra yeni bir situasiya yaranıb. Mən hesab edirəm ki, Milli Şuranın sessiyası çağırılmalı, bu vəziyyət müzakirə olunmalı və qiymətləndirilməlidir. Eləcədə istənilən məsələ haqda qərar ümumi müzakirələr nəticəsində qəbul edilməlidir. Bunun başqa yolu yoxdur.

- Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, qurumun təsisçisi olan bütünn siyasi qüvvələrin rəhbərləri ilə görüşüb. KXCP sədri ilə əsasən hansı istiqamətlədə müzakirə aparılıb?

- Səmimi deyim ki, mənim belə bir görüşdən xəbərim yoxdur. Mən bildiyim qədər KXCP rəhbərliyi ilə Cəmil Həsənli arasında belə bir görüş olmayıb. Biz yalnız mətbuatdan xəbər tutmuşuq ki, yaxın günlərdə Milli Şuranın sessiyası keçirilə bilər. Amma konkret vaxt və saatla bağlı bizdə informasiya yoxdur.

- Müsavat Milli Şuradan getdikdən az sonra AXCP qərargahında təcili toplantı çağırılıb. KXCP rəhbərliyi bu toplantıda iştirak edibmi?

- Mən bilən qədər həmin görüşdə KXCP təmsilçisi iştirak etməyib. Ümumiyyətlə son olaylarla bağlı görüş baş verməyib. Mümkündür ki, Cəmil Həsənli ilə KXCP sədri Mirmahmud Mirəlioğlu arasında telefon əlaqəsi olsun, amma real şəkildə görüş olmayıb. Ola bilsin ki, bundan sonra belə bir görüş baş tuta bilər.

- Siz bundan sonrakı prosesləri necə görürsünüz?

- Biz istəyirik ki, Milli Şura güclənsin. Yəni söhbət konkret olaraq Milli Şuradan deyil, hamımızdan gedir. Şəxsən mən onun tərəfdarıyam ki, kənarda heç bir təşkilat qalmalı deyil. Hamını Milli Şuraya cəlb etmək lazımdır. Və yaxud müxalifətin hansısa bir formada ortaq mərkəzini tapmaq lazımdır. Və beləcə ölkədə siyasi hakimiyyət uğrunda mübarizə daha intensiv aparılmalıdır. Məsələn, qarşıdan bələdiyyə seçkiləri gəlirdi. Bu gün Milli Şurada bir neçə partiya var və zamanında onlar bir-birini qəbul etməyiblər. Amma indi bunun məsələyə dəxli yoxdur. Azərbaycanda demokratik seçki, ümumi iş, xalq naminə hər kəs bir yerdə olmalıdır. Biz prezident seçkilərində birgə iştirak etdik və mən hesab edirəm ki, müəyyən qədər uğur əldə etdik. Cəmil Həsənli də Azərbaycan cəmiyyətinə sözünü deyə və ifadə edə bildi. İndi proseslər gedir. Bəyəm Milli Şuranın fəaliyyəti prezident seçkiləri və ya 2013-cü illə bitmirdi ki. Konkret olaraq qarşıda duran hədəflərimiz var. Söhbət demokratiya uğrunda qəbul edilən hədəflərdən gedir. Mən düşünürəm ki, demokratiya hədəflərinə çatmaq üçün güclü olmaq lazımdır. Amma bu gün biz güclü deyil, zəifləyirik. Demək bizim hədəflərə çatmağımızda problemlər yaranacaq. Bu mənada hazırda baş verənləri təəssüf hissi ilə qarşılayıram. Amma bu həmdə reallıqdır və reallıqla barışmaq lazım gəlir. Düşünürəm ki, hamını bir yerdə olmağı mütləq vacibdir. Yox, heç kəs birgə fəaliyyətə qadir olduğunu göstərə bilməsə, bu zaman hər bir təsisat müstəqil fəaliyyətini göstərməlidir. Qarşıdan bələdiyyə seçkiləri, daha sonra isə parlament seçkiləri gəlir. Hər bir təşkilat bu məsələlərlə bağlı aktiv fəaliyyətini göstərməlidir. Amma bütün hallarda mən birliyin tərəfdarıyam.

- Müsavat Partiyasının olmadığı Milli Şura mümkündürmü?

- Lalə Şövkət Milli Şuradan getdi, amma qurum fəaliyyətini davam etdirdi. Rəsul Quliyev də Milli Şuradan getdi, lakin bununla şura dağılması. İndi isə Müsavat Partiyası getdi. Yenə də toparlanma, fəaliyyət olacaq və bu aydındır. Söhbət ondan gedir ki, hamının bir yerdə olması daha məqbuldur, nəinki az bir qismin. Əlbətdə fəaliyyətdə olacaq, qərarlarda qəbul olunacaq. Mən istəmirəm ki, cəmiyyətimizdə müxalifət parçalanmış halda mövcud olsun. Bir qisim o tərəfdə, bir qisim bu tərəfdə qalsın. Müsavat Partiyasının Milli Şuradan getməsi bu mənada təəssüf hissi yaradır. Gərək bu baş verməyəydi, amma oldu. Biz irəli getməli, gücümüzü ortaya qoymalıyıq. Son addımla dünya dağılmır. Siyasi proseslərdə hamı arzu edir ki, sağlam və düzgün mövqe ilə demokratiyanı hasil edək. Hər halda təhlükəsiz Azərbaycan üçün iqtidar nə qədər məsuliyyət daşıyırsa müxalifətdə bir o qədər məsuliyyət daşıyır. Odur ki, hər şeyi Azərbaycanın gələcəyi naminə etmək lazımdır. Əgər biz bunu edə bilməsək işimiz çətin olar. Biz özümüzdən asılı olan etməliyik. Həyat davam edir və biz ümumi müzakirələr əsasında qərarlar verə bilərik. Şəxsən mən hesab edirəm ki, Milli Şuranın növbəti sessiyası sonrakı mərhələnin diktəsini edəcək. Mən buna əminəm.

- Müsavat Partiyası KXCP-yə əməkdaşlıq haqda təklif verib. Bu təklifə konkret münasibətiniz və ya yekun qərarınız varmı?

- Bizim yekun qərarımız yoxdur. Sadəcə Müsavat Partiyası KXCP-yə ikitərəfli əməkdaşlıq haqqında müraciət edib. Bununla əlaqədar hazırda KXCP-nin strukturlarında müzakirələr aparılır. Bu təklif partiyanın rəhbər orqanlarında diqqət mərkəzindədir. Sadəcə olaraq bu təklif irəli sürüldükdən sonra araya bayram düşdü, sonra isə hazırda müzakirə etdiyimiz proseslər yaşandı. Ancaq yəqin ki, KXCP-də bu təkliflə bağlı müzakirələr açılacaq və Müsavat Partiyasına cavab veriləcək. Bu haqda da mətbuata da müvafiq informasiya veriləcək.

- Müsavatın son addımını satqınlıq, hökumətə işləmək, mandat bazarlığına getmək kimi təqdim edirlər. Bu haqda siz nə düşünürsünü, Müsavat kimi bir partiya hakimiyyətlə separat danışıqlara gedə bilərmi?

- Mən hesab edirəm ki, hər bir partiyanın verdiyi qərar onun öz işidir. Müsavatın verdiyi qərara onun daxili qərarı kimi yanaşmaq lazımdır. Onlar altı ay əvvəl hesab etdilər ki, Milli Şurada olmaq lazımdır və bura daxil oldular. İndi isə hesab edirlər ki, Milli Şuradan getmək lazımdır. Məncə, prosesləri elə həyata keçirmək lazımdır ki, hamı bir yerdə olsun. Bu indiki siyasi günümüzün tələbidir. Əgər hamı bir yerdə olmaq istəmirsə, onda hər kəs ayrı-ayrılıqda fəaliyyət göstərsin. Amma təhqirlər, siyasi arqumentsiz münasibətlər ifadə etməkdə doğru deyil.

- Müxalifət cəbhəsində deqradasiya hiss edilirmi?

- Mən bunu deqradasiya hesab etmirəm. Ancaq nəzərə almaq lazımdır ki, uzun illərdir ki, hakimiyyətin siyasətinə sinə gələn zəhmətkeş müxalifətçilər var. Mən KXCP-də təşkilati məsələlər üzrə müavin olduğum üçün bunu deyirəm. Təsəvvür edin ki, regionlarda 10 minlərlə zəhmətkeş və fədakar insanlar var. Əlbəttə onlar KXCP, AXCP, Müsavat üzvləridir. Bu insanların ümid yeri var. Onlar ümid edirlər ki, dəyişikliklər baş verəcək. Bu mənada Milli Şuraya da çox inamla yanaşırdılar. Bax, bu insanları da düşünmək lazımdır. Axı zaman keçir. 15 il əvvəl bu müxalifətçi indi başqa durumdadır. İnsanlar taqətdən düşür, yorulur. İnsanların ümidini bu formada kəsmək olmaz. Mən hesab edirəm ki, birliyə gedən mərkəzin yolunu tapmaq lazımdır. Görünür ki, bunun üçün hələ çox iş görmək lazım olacaq.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müsavat Milli Şuradan kənar qüvvələrlə əməkdaşlığa başlayır

    Müsavat Milli Şuradan kənar qüvvələrlə ...

    12-12-2013, 12:50

  • 
  • Eldar Namazov Milli Şuradan getdi

    Eldar Namazov Milli Şuradan getdi ...

    25-01-2014, 19:44

  • 
  • Milli Şuradan qopmalar bu həftə pik həddə çata bilər

    Milli Şuradan qopmalar bu həftə pik həddə çata ...

    13-01-2014, 09:21

  • 
  • Cəmil Həsənli: “Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq”

    Cəmil Həsənli: “Müsavat Partiyası Milli Şurada ...

    4-12-2013, 13:12

  • 
  • “Müsavatın Milli Şuradan çıxmasının tərəfdarıyam”

    “Müsavatın Milli Şuradan çıxmasının tərəfdarıyam” ...

    5-12-2013, 16:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu