Müsavat Partiyasının sədri İsa Qəmbərin müşaviri Səxavət Soltanlı partiyanın Milli Şuradan çıxmasının tərəfdarı olduğunu bildirib. Hafta.az-ın verdiyi xəbər görə, S.Soltanlı bunu bir neçə arqumentlə əsaslandırıb: “Son 2 gündə baş verənləri, Milli Şuranın qiymət artımı məsələsində təşəbbüsü əldən verməsini, bizə qarşı olan münasibətləri, etdiklərimizin Milli Şura tərəfindən qiymətləndirilməməsini, Milli Şuraya daxil olan qüvvələrin bizə qarşı olan təhqirlər və böhtanlarını, hakimiyyətlə şübhəli əlaqələri olan, seçki ilində heç nə ilə yadda qalmayan, indi isə aktivləşən Milli Şuraya rəhbərlik etmək istəyən insanların olduğunu və Rüstəm İbrahimbəyovun bu gün verdiyi müsahibəsini nəzərə alaraq Müsavat Partiyasının Milli Şuradan çıxmasının tərəfdarıyam”.
Sorğu
Yeni dizaynımız necədir?