Amerika Birləşmiş Ştatları bu həftə Yaponiya ilə ticarət sazişinin bağlanmasını rəsmən elan etmək niyyətindədir.
Gundemxeber.az-ın məlumatına görə, bu barədə ABŞ Ticarət Nazirliyinin rəhbəri Hovard Latnik "Fox News" telekanalına müsahibəsində bildirib.
"Bu həftə elan edəcəyimiz Yaponiya ilə saziş Donald Trampın sərəncamına 550 milyard dollar verəcək", - deyə o bildirib.
Latnik gələcək sazişin təfərrüatlarını açıqlamaqdan imtina edib, lakin qeyd edib ki, bu sazişdən əldə edilən vəsait, ehtimal ki, ABŞ-də nadir torpaq metalları, yarımkeçirici və dərman istehsalı sahələrinin inkişafına yönəldiləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?