Azərbaycan və Türkiyə Bakıda keçiriləcək strateji əməkdaşlıq üzrə sammit zamanı güzəştli ticarət haqqında saziş imzalayacaq.
Bu saziş ilə iki ölkə arasında ticarət dövriyyəsinin 2023-cü ilə qədər 15 milyard ABŞ dollarına çatdırılması mümkündür. Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandır. Səfər zamanı ümumilikdə ticarət, müdafiə, idman və digər sahələr üzrə 9 sazişin imzalanması gözlənilir. Güzəştli ticarət sazişində qarşılıqlı gömrük güzəştlərinin və 15 müxtəlif məhsula güzəştlərin nəzərdə tutulduğu qeyd olunur. Xatırladaq ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 32,5% artaraq 4,509 milyard ABŞ dolları olub. Hesabat dövründə ixrac 56,8% artaraq 2,863 milyard ABŞ dolları, idxal isə 4,4% artaraq 1,647 milyard ABŞ dolları təşkil edib. Bu ilin yanvar ayında isə iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 2% artaraq 224,418 milyon ABŞ dolları olub. Eyni dövrdə ixrac 3,9% azalaraq 122,736 milyon ABŞ dolları, idxal isə 10,2% artaraq 101,681 milyon ABŞ dolları olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?