GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “TORPAQLARI BƏRBAD HALA SALIBLAR, İNDİ İSƏ DEYİRLƏR Kİ...” - “Rusiya bizim üçün uzunmüddətli və dayanıqlı seçim deyil”

“TORPAQLARI BƏRBAD HALA SALIBLAR, İNDİ İSƏ DEYİRLƏR Kİ...” - “Rusiya bizim üçün uzunmüddətli və dayanıqlı seçim deyil”

Tarix: Dünən, 23:56 Bölmə :Müsahibə Baxış: 34

“TORPAQLARI BƏRBAD HALA SALIBLAR, İNDİ İSƏ DEYİRLƏR Kİ...” -
Vahid Məhərrəmli: “Rusiya ilə münasibətlərimiz gərginləşərsə, alternativ bazar tapa bilməyəcəyik”

“Ətə tələbatın əsas hissəsini özümüz ödəməsək, ciddi problem olacaq”

Gundemxeber.az bildirir ki, Kənd təsərrüfatı sahəsi üzrə tanınmış ekspert Vahid Məhərrəmli “AzPolitika”-ya müsahibəsində aqrar sektorun problemlərindən, çıxış yollarından, idxalın artmasının səbəblərindən, habelə fermerləri qarşıda gözləyən çətinliklərdən danışıb.

Müsahibəni təqdim edirik:

- Vahid müəllim, kənd təsərrüfatı sahəsində builki göstəricilər nədən xəbər verir? Keçən illə müqayisə etsək, hansı fərqlər var?

- Keçən illə müqayisədə bu ilin yeddi ayında bizim ixracımız 106 milyon dollar artıb, idxalımız isə daha çox - 135 milyon dollar daha çox olub. Yəni əvvəlki illə müqayisədə ixrac artsa da, idxal daha çox və sürətlə artıb. Bu artım xüsusən heyvandarlıq məhsullarında və buğdada müşahidə olunur. Ətin idxalında müəyyən azalma qeydə alınıb, amma diri heyvan idxalı 2,1 dəfə artıb. Nəyə görə bunu qeyd edirəm? Çünki bu ilin yeddi ayında ölkəyə 88 milyon dollar dəyərində diri heyvan gətirilib. Bu çox ciddi göstəricidir. Əgər diri heyvan idxalı 2,1 dəfə artıbsa, deməli, bunlar kəsim üçün gətirilir və bu, əsasən ət idxalındakı nisbi azalmaları kompensasiya edir.

Süd idxalında da artım var – təxminən 18 faiz. Kərə yağı idxalında da artım müşahidə olunur. Buğda idxalımız isə fiziki çəkidə 40 faiz, dəyər ifadəsində isə 31 faiz artıb. Bu, çox strateji əhəmiyyət kəsb edən məsələdir.

- Bu il əsasən hansı məhsulları ixrac etmişik?

- Bu gün Azərbaycanın əsas ixracı pomidor, meyvə-tərəvəz, fındıq, alma və s. kimi məhsullardan ibarətdir. Amma bunların da həcmi böyük deyil. Birincisi, biz bunları əsasən Rusiyaya ixrac edirik. Əgər Rusiya ilə münasibətlərimiz gərginləşərsə, alternativ bazar tapa bilməyəcəyik. Çünki bizim ixrac etdiyimiz məhsullar keyfiyyət baxımından ixrac standartlarına cavab vermir.

Birincisi, keyfiyyət yüksək olmalıdır. İkincisi, ixrac edilən məhsulların tərkibində zərərverici toxumlar olmamalıdır. Təəssüf ki, Azərbaycanda bu problem hələ də mövcuddur. Məhsulların keyfiyyəti ilə bağlı çatışmazlıqlar var...

- Rusiya ilə münasibətlərdə problemlər var, bəs son bir ildə Rusiyadan kənar bazarlara göndırilən məhsulların həcmi artıbmı?

- Xeyr, əsasən yalnız Rusiyaya ixrac artıb. Cüzi də olsa, Qazaxıstana ixracda artım müşahidə olunur. Əvvəllər Qazaxıstana o qədər məhsul ixrac edilmirdi. Qazaxıstan, Gürcüstan və bir qədər də Belarusun adını çəkmək olar. Ukraynaya isə demək olar ki, ixrac azalıb. Çünki Ukraynada əhali sayı azalıb, müharibə gedir, istehlak zəifləyib. Müharibə dayandıqdan sonra da ora hansı məhsulları ixrac edəcəyimiz sual altındadır. Bizim üçün indi əsas bazar qonşu ölkələrdir. Türkiyəyə müəyyən ixracımız var. İrana ixrac mümkündür. Son vaxtlar ərəb ölkələrinə ixracadan danışılır. Amma bu bazarları araşdıranda görürük ki, oradakı bazarlara ən ucuz məhsulu İran və Türkiyə çıxarır. Ona görə biz bu bazarda rəqabət qabiliyyətli deyilik. Öz yerimizi tutmaq üçün heç olmasa, müəyyən standart yaratmalıyıq ki, ixrac etdiyimiz məhsulu kimə və hansı qiymətə sata biləcəyimizi dəqiq bilək və ondan qazanc götürək.

- Bəs Türk dünyası ölkələrinin ticarət imkanları necədir? Dediniz ki, Qazaxıstana ixracda nisbətən artım var. Türkmənistan, Özbəkistan və digər ölkələrlə ticarət barədə nə deyə bilərsiniz? Bu istiqamətdə potensial varmı?

- Bu gün bizim ixrac etdiyimiz məhsulları daha keyfiyyətli istehsal edən ölkələrdən biri Özbəkistandır. Son vaxtlar Türkmənistan da bu sahəyə ciddi diqqət yetirir. Bildiyimiz kimi, onlar bir müddət əvvəl Azərbaycana pomidor belə ixrac edirdilər. Qazaxıstanın özü də artıq meyvə-tərəvəz istehsalına başlayıb. Yəni, bizim istehsal etdiyimiz məhsulların analoqunu artıq özləri istehsal edirlər. Qazaxıstan çox sürətlə inkişaf edir və elə bir vaxt olacaq ki, bizim ixrac etdiyimiz məhsullar Qazaxıstanın məhsulları ilə rəqabətə tab gətirməyəcək.

- Biz Qazaxıstana nə satırıq?

- Az həcmdə, mövsümi olaraq pomidor ixrac edirik. Bundan başqa, bəzi meyvə və tərəvəz də göndəririk, amma həcm çox azdır. O qədər azdır ki, demək olar, əsasən, oradan mal gətirən maşınlar – məsələn, süd, ət gətirirlər, boş qayıtmasın deyə əvəzində bizim məhsulları aparırlar. Amma bu, o bazarda böyük paya sahib olmaq imkanı vermir. Sadəcə, sahibkarlar gətirdikləri malların əvəzində bizim məhsulları da göndərirlər ki, orada satışı ilə məşğul olsunlar. Geniş bazar isə bu gün də Rusiya olaraq qalır. Amma daha perspektivli bazarlar mövcuddur.

- Məsələn, hansı bazarlar?

- Avropa bazarı. Biz bu gün bilməliyik ki, nəyi və kim üçün istehsal edirik. Avropa bazarı bu baxımdan çox ciddidir. Hansı ölkələrdə alıcılıq qabiliyyəti yüksəkdirsə, əmək haqqı yüksək və dayanıqlıdırsa, o ölkələr bizim üçün daha cəlbedici olmalıdır. Biz elə bazarları nəzərdə tutmalıyıq ki, ora məhsul aparsaq, satış problemi olmasın.

- Bəs, Ermənistan və Gürcüstan ixrac bazarlarını diversifikasiya edə biliblərmi? Onlar Avropa üçün keyfiyyətli, standartlara cavab verən mal istehsal edə bilirlərmi? Uzun müddətdir Qərb təşkilatları ilə işləyirlər, qrant alırlar, texnika və texnologiya baxımından perspektivlər açılıb...

- Mənim bir dostum var, Brüsseldə yaşayır və bu mövzuda kifayət qədər məlumatlıdır. O deyir ki, Ermənistan məhsulları çox gözəl qablaşdırılır və təqdim olunur. Onlar özləri üçün istehsal etdiklərini bazarlara çıxarmağı bacarıblar. Həmin məhsulların alıcısı yalnız ermənilər və Qafqaz icması deyil, Qərbdə yaşayan əhali də bu məhsulları alır. Gürcüstan isə ümumiyyətlə, şərab istehsalında uğur qazanıb. Gürcü şərabı Qərb ölkələrində yaxşı qiymətə satılır. Onlar şərabçılıq hesabına ixracını genişləndirib və inkişaf etdirirlər.

- Bəs kənd təsərrüfatı sahəsində? Məsələn, gürcülər subtropik meyvələri daha çox istehsal edirlər...

- Onları da ixrac edirlər - mandarin, portağal və s. Amma bu sahədə Azərbaycanın potensialı daha güclüdür. Bizim ərazimiz daha böyükdür, imkanlarımız və maliyyə resurslarımız daha genişdir. Azərbaycanda daha çox kapital qoyuluşu həyata keçirilə, daha çox məhsul istehsal oluna və keyfiyyətə önəm verilə bilər. Ermənistanda və Gürcüstanda iqtisadiyyat zəif olduğu üçün adambaşına düşən göstəricilər Azərbaycandan yüksək görünsə də, ümumi imkanları məhduddur. Onlar daha çox digər sahələrə önəm verirlər. Əsasən heyvandarlıqla və bitkiçiliklə məşğul olanların çoxu azərbaycanlılardır, bir qismi isə ermənilərdir. Görünür, həmin ölkələr kənd təsərrüfatı məhsullarını daha çox daxili tələbatı ödəmək üçün istehsal edirlər. Azərbaycan isə bu gün 2 milyard 500 milyon dollarlıq yeyinti məhsulları idxal edir. Meyvə-tərəvəz idxalımız da artmaqdadır. Yəni ixrac artsa da, idxalda da artım davam edir və əsasən daxili bazarı təmin etməyə yönəlir. Ermənilər və gürcülər isə əsasən daxili bazarı təmin edir, artıq məhsulları olduqda digər ölkələrə ixrac edirlər. Məsələn, kartofu seçirlər, həmin məhsulu istehsal edib ixrac edirlər. Şərab isə onlara daha çox gəlir gətirir, çünki tez xarab olan məhsul deyil, uzun müddət saxlanıla bilir. Yəni bazarı düzgün öyrənmək, tələbi anlamaq vacibdir. Ona uyğun da istehsal qurmaq olar. Amma Azərbaycan bu gün yalnız öz bazarı üçün istehsal etsə belə, imkanları çox genişdir. Çünki bizim daxili bazarımız Gürcüstanla müqayisədə 2,5 dəfə böyükdür. Deməli, daxildə kifayət qədər tələbat mövcuddur. Əlavə olaraq, emal sahəmiz də inkişaf etdirilə bilər.

- 2.5 milyard dollarlıq bazar əsasən idxal hesabına təmin olunur?

- Bəli. Həmçinin biz ət istehsalını artırmalıyıq. Ətə tələbatın heç olmasa, əsas hissəsini özümüz ödəməsək, ciddi problem olacaq. Buraya südə olan tələbat da daxildir. Yumurtaya da tələbat var, amma biz özümüzü yumurta ilə tam təmin edə bilmirik. Məsələn, hazırda istehsalda adambaşına 193 ədəd yumurta düşür. Halbuki normativ 290-dır, normal inkişaf etmiş ölkələrdə isə bu göstərici 400-dür. Bu, çatışmazlıqdan deyil, istehsal imkanlarımızın məhdudluğundan irəli gəlir.

- Bu, həm də əhalinin iqtisadi vəziyyəti ilə bağlıdır...

- Alıcılıq qabiliyyətinin aşağı olması da nüanslardan biridir. Hökumətin iqtisadi siyasəti yalnız alıcılıq qabiliyyətinin artırılmasına yönəldilməlidir. Biz kənd təsərrüfatını inkişaf etdirməliyik. Əgər sənaye və ərzaq istehsalını artırmaq mümkün olsa, alıcılıq qabiliyyəti aşağı olarsa, tələbat da olmayacaq və istehsal dayanacaq. İstehsal yalnız o halda davamlı olar ki, onun alıcısı olsun. İstehsalçı öz biznesini də buna uyğun qura bilər. Bu, kompleks yanaşma tələb edir. Azərbaycan üzərinə götürməlidir ki, “biz düşünək, harada almaya ehtiyac varsa, ora apara bilərik”. Məsələn, almanın ən keyfiyyətlisini İtaliya, Polşa və Moldova kimi ölkələr istehsal edir. Onların keyfiyyəti ilə rəqabət aparmaq çətindir. Biz heç olmasa, daxili bazarı təmin etməliyik. Bütün ərzaq məhsullarının istehsalında bu işi qurmaq vacibdir. Əgər hansısa fermer daha keyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsal edirsə, ona imkan yaratmaq lazımdır ki, məhsulu bazara çıxsın və satılsın.

- Bəs dünya bazarına keyfiyyətli məhsul çıxarmaq, yəni Rusiya bazarından asılılığı azaltmaq üçün hansı potensial imkanlar var?

- Bizim imkanlarımız böyükdür. Təəssüf ki, bu imkanlardan istifadə olunmur. Birincisi, torpaq-iqlim şəraitimiz əvəzolunmazdır. Deyirlər ki, hava şəraiti dəyişib, yayda istidən, yazda yağışların qeyri-sabitliyindən şikayət edirlər. Amma bu, bütün dünyada baş verir. Təsəvvür edin, iqlim şəraiti Azərbaycandan daha sərt olan Almaniyada orta hesabla hər hektardan 75 sentner buğda götürülür. Bizdə isə bu göstərici 30 sentnerdir. Niyə orada iqlim dəyişiklikləri kənd təsərrüfatına ciddi təsir etmir? Çünki onlar bitkiləri uyğunlaşdırır, elə sortlar yetişdirirlər ki, stress amillərə dözümlü, məhsuldarlığı yüksək olsun, xəstəliklərə və zərərvericilərə davamlı olsun. Biz bunu etməsək, əlbəttə, yalnız havanın yaxşılaşmasını gözləməli olacağıq. Mütləq dəyişən iqlim şəraitinə uyğun sortlar, stress amillərə davamlı cins heyvanlar yetişdirmək lazımdır. Yalnız bu yolla nəticə əldə etmək mümkündür. Azərbaycanın potensialı var, sadəcə, bu potensial işə salınmalıdır. Azərbaycanda vaxtilə bitkiçilikdə yeni sortlar yetişdirən alimlərimiz olub. Təəssüf ki, onları dağıdıblar. İndi həmin alimləri yığmaq lazımdır. Onların bilik və təcrübəsi var, yeni işlər görə bilərlər.

Bundan əlavə, kapital qoyuluşu və torpaqların münbitləşdirilməsi tələb olunur. Torpaqları bərbad hala salıblar, indi isə deyirlər ki, torpaq münbit deyil. Bəs torpağı bu hala kim saldı? İndi onu yenidən münbit hala gətirmək lazımdır. Bütün ölkələrdə torpaqların münbitliyi həm istifadə, həm də bərpa tədbirləri ilə qorunur. Paralel olaraq həm istifadə, həm də münbitləşdirmə işləri aparılmalıdır. Bundan başqa, bizim zəhmətkeş əhalimiz var. Əminəm ki, xalqımız çox yaradıcıdır. Çünki hamımız kənd mühitində böyümüşük və insanlar bilirlər, necə işləmək lazımdır. Sadəcə, onlara imkan vermək lazımdır. Əgər istehsala yardım edə bilmirsənsə, heç olmasa bazara çıxışda maneə yaratma. Əgər istehsalda kömək olunmursa, suvarma üçün su əldə etməkdə də çətinlik varsa, bu, inkişafı ləngidir. Halbuki su elə bir resursdur ki, mütləq təmin olunmalıdır.

- Azərbaycanın Rusiya bazarına ixrac dinamikasına baxanda müəyyən müsbət meyllər müşahidə olunur. Valyuta gəlirləri də əsasən kənd təsərrüfatı məhsullarının satışından formalaşır. Lakin böyük artım yoxdur. Hazırda fermerlər əsasən bağçılıq təsərrüfatlarına kapital qoyublar və onların da hədəf bazarı Rusiyadır. Amma sual yaranır: bu bazar fermerlər üçün nə qədər dayanıqlıdır və yaxın perspektivdə hansı sürprizlər ola bilər?

- Əsas problem odur ki, istehsalımız dayanıqlı deyil. İstehsal yalnız keyfiyyətli və sabit olanda güvənli olur. Torpaqlarda deqradasiya prosesi gedir, məhsuldarlıq isə azalır. Məhsuldarlığın azalması o deməkdir ki, daha çox xərc çəkilir, amma daha az məhsul əldə edilir. Nəticədə məhsulun maya dəyəri artır və rəqabət qabiliyyəti aşağı düşür. Üstəlik, Rusiyanın da alıcılıq qabiliyyəti zəifləyib. Müharibə bitsə belə, Rusiya iqtisadiyyatının bərpası bir neçə il çəkəcək. Çünki həmin sanksiyalar tez bir zamanda aradan qaldırılmayacaq. Ona görə də Rusiya bazarı Azərbaycan üçün uzunmüddətli və dayanıqlı seçim deyil. Bununla yanaşı, su problemi də kənd təsərrüfatına ciddi təsir edir. Yağıntılardan sonra su ehtiyatlarını böyük həcmdə toplamaq və fermerlərin suya olan tələbatını 100 faiz qarşılamaq vacibdir. Əks halda, məhsul istehsalında sabitlik əldə etmək mümkün olmayacaq. Bəzi məhsulların misalında bunu görmək olar: məsələn, keçən il badam 4 manat idi, indi 10 manatdır, amma alıcısı yoxdur. Çünki istehsal azalır, qiymət artır, nəticədə bazarda balans pozulur. Eyni vəziyyəti fındıqda da müşahidə edirik.

Digər tərəfdən, region ölkələri ilə müqayisədə də problemlər aydın görünür. Məsələn, bir dostum var Qazaxıstandan gəlib. O deyir ki, Qazaxıstanda yanacaq qiymətləri Azərbaycandan 30–40 faiz ucuzdur. Ona görə də orada mal ətinin qiyməti Azərbaycandakından iki dəfə aşağıdır. Çünki enerji qiymətləri bizdən ucuzdur. Bu gün İranda kənd təsərrüfatında çalışanlar üçün xüsusi güzəştlər var. Bu da onların istehsalçılarını daha güclü edir. Düşünürəm ki, Azərbaycanda kənd təsərrüfatı siyasəti əsaslı işlər üzərində qurulmalı, istehsal həcmi artırılmalıdır. Əvvəlcə dövlət dəstəyi ilə prosesə start verilməli, sonra isə tədricən bu yardımlar azaldılmalıdır.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ekspert həyəcan təbili çaldı

    Ekspert həyəcan təbili çaldı ...

    19-11-2013, 12:40

  • 
  • Kənd təsərrüfatı kredit payı ən az olan iqtisadi sahədir

    Kənd təsərrüfatı kredit payı ən az olan iqtisadi ...

    5-12-2016, 12:38

  • 
  • Kənd təsərrüfatı məhsullarının qiyməti yenə artacaq

    Kənd təsərrüfatı məhsullarının qiyməti yenə ...

    11-12-2013, 12:41

  • 
  • Neftdənkənar ixracat 30 milyon dollar azalıb

    Neftdənkənar ixracat 30 milyon dollar azalıb ...

    16-02-2017, 22:09

  • 
  • Xaricdən ət idxalının üç səbəbi: qiymət artımı gözlənilir

    Xaricdən ət idxalının üç səbəbi: qiymət artımı ...

    15-09-2017, 10:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (178)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu