GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xaricdən ət idxalının üç səbəbi: qiymət artımı gözlənilir

Xaricdən ət idxalının üç səbəbi: qiymət artımı gözlənilir

Tarix: 15-09-2017, 10:40 Bölmə :Cəmiyyət Baxış: 607
Xaricdən ət idxalının üç səbəbi: qiymət artımı gözlənilir


Natiq Cəfərli: “Ola bilər ki, keçən il ölkəyə idxal olunan ətin bir qismi rəsmiləşdirilmirdi, ancaq bu il...”

Azərbaycan ət idxalını kəskin artırıb. Dövlət Gömrük Komitəsinin açıqladığı statistikada bildirilir ki, 2017-ci ilin yanvar-avqust ayları ərzində ölkəyə statistik dəyəri 42 milyon 979,26 min dollar olan 28 min 249,77 ton ət idxal edilib ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11 min 329,58 ton və ya 66,96% çoxdur.

Məbləğ baxımından isə illik artım 22 milyon 603,53 min dollar və ya 2,11 dəfə olub.

Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycana 20 mln. 375,73 dollar dəyərində 16 min 920,19 ton ət idxal edilib.
Bəs görəsən, ət idxalının bu qədər artmasının səbəbi nədir? İnsanlar daha çox ət istehlak etməyə başlayıb, yoxsa ölkədə ət istehsalı kəskin azalıb? Tələbatın qışa doğru daha da artmasını nəzərə alsaq, bahalaşma ola bilərmi?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ət idxalının artmasının bir neçə səbəbi var: “Birincisi, yerli istehsalda azalma müşahidə olunur. Çünki yem keçən ilin ortalarından etibarən kəskin azaldı. Bəzi fermerlər bu vəziyyətdən sonra fəaliyyətlərini dayandırdılar. Bazara çıxarılan mal-qaranın sayında azalma müşahidə olundu. Nəticədə ət qıtlığı yarandı və xaricdən idxal artdı. İkinci səbəb isə statistikanın aparılması ilə bağlıdır. Əvvəlki illərə nisbətən bu il gömrükdə daha ciddi nəzarət və hesabatlılıq mövcuddur. Ola bilər ki, keçən il ölkəyə idxal olunan ətin bir qismi rəsmiləşdirilmirdi, ancaq bu il daha ciddi şəkildə rəsmiləşdirilir. Ötən illə müqayisədə ət idxalının birdən-birə 70 faiz artmasının önəmli səbəblərindən biri də budur”.

İqtisadçının sözlərinə görə, üçüncü səbəb odur ki, daxili istehsal azalıb, istehlak isə nəinki həmin səviyyədə qalıb, turizmin inkişafı ilə əlaqədar daha da artıb: “Çünki ölkəyə gələn turistlərin sayında bu yay ciddi artım müşahidə olundu. Ölkə əhalisinin istehlakından başqa, gələn qonaqların da ət istehlak etdiyini nəzərə alsaq, istehlakda artım müşahidə olunub. Yerli istehsal artmadığı üçün, bu tələbatı qarşılamaq məqsədilə xaricdən ət gətirilməsinə üstünlük verilməli idi. Bu 3 səbəb idxaldakı 70 faizlik artıma gətirib çıxarıb”.
Natiq Cəfərli onu da vurğuladı ki, qışa doğru ətə tələbat daha da artacaq və Yeni il öncəsi ət bahalaşacaq: “Səbəb isə odur ki, yay aylarında ət istehsalçıları yem alışına daha az vəsait xərcləyirlər. Təbiətin verdiyi imkanları, yaşıl otun olduğunu nəzərə alsaq, heyvanlar təbii yem hesabına qidalanır. Ancaq fəsil dəyişdiyi üçün yem alışı artmağa başlayacaq. Yemə tələbat artdıqca qiymət daha qalxacaq. Məlumata görə, bəzi rayonlarda yemin qiymətində artıq 2 dəfəyə yaxın artım var. Yemin qışa doğru daha da bahalaşması gözlənilir. Nəticədə ətin də qiymətində ciddi artım müşahidə olunacaq. Artıq dekabrın əvvəlindən başlayaraq ətin qiymətində 10-15 faizlik artım görə bilərik. Hazırda müxtəlif ərazilərdə ətin qiyməti müxtəlifdir. Bəzi yerlərdə 11 manat, bəzi yerlərdə 12-13 manata satılır, hətta 14 manata ət satılan yerlər də var. Qiymətdən asılı olmayaraq ətin satışında 2 manata yaxın artım gözlənilir”. /musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycana idxal olunan avtomobillərin sayı artıb

    Azərbaycana idxal olunan avtomobillərin sayı artıb ...

    3-01-2014, 01:00

  • 
  • Un mafiyası İsmət Abbasovla savaşda

    Un mafiyası İsmət Abbasovla savaşda ...

    19-12-2012, 15:10

  • 
  • Azərbaycanda düyü mafiyası

    Azərbaycanda düyü mafiyası ...

    15-01-2013, 11:19

  • 
  • Milli Şura sosial-iqtisadi böhran vəziyyətini müzakirə etdi

    Milli Şura sosial-iqtisadi böhran vəziyyətini ...

    28-07-2017, 19:00

  • 
  • Korrupsioner KTN məmurlarından üzümçülüyə milyonlarla zərbə - faktlar

    Korrupsioner KTN məmurlarından üzümçülüyə ...

    18-06-2017, 19:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu