Azərbaycanda əsgər özünü güllələyib. Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri, Həbib Bəxtiyar oğlu İsmayılov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, H. İsmayılov Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?