İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov keçmiş səhiyyə naziri Əli İnsanovun yanvarın 31-də keçiriləcək məhkəməsində iştirak edəcək.
Bu barədə məlumatı AzNews.az-a E.Behbudov özü verib.
Onun sözlərinə görə, yanvarın 31-də Əli İnsanovun məhkəmədə iştirakı ilə bağlı vəkili vasitsilə ona müraciət edib: “Əli İnsanov vəkili Toğrul Babayev vasitəsi ilə məni də məhkəmədə iştirak etməyə çağırıb. Mən də bu istəyi nəzərə alaraq Əli İnsanovun məhkəməsində iştirak edəcəyəm”.
Qeyd edək ki, yanvarın 31-d Əli İnsanovun iki məhkəmə prosesi keçiriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?