Bakıda türkiyəli həkim intihar edib. Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün rayonun Həsən Əliyev küçəsi-116 ünvanında yerləşən “Medistyle” klinikasında qeydə alınıb. Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Hakan Karadeniz qoluna sistem aparatının iynəsini sancaraq intihar edib.
Prokurorluqdan, həmçinin bildiriblər ki, H. Karadeniz ixtisasca anestezioloq olub. H. Karadenizin Türkiyədə mülk problemləri olduğu üçün intihar etdiyi ehtimal edilir. Faktla bağlı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb.
Sorğu
Yeni dizaynımız necədir?