“İçəri şəhərdə fəaliyyət göstərən Aşurbəy məscidində xoşagəlməz hadisələr var. Yaxın vaxtlarda bu məsələ həll olunmasa, orada vətəndaş qarşıdurması baş verə bilər”.
"Axar.az" xəbər verir ki, bu barədə İçəri şəhər Cümə məscidininin axundu Hacı Surxay Məmmədli bildirib.
O, deyib ki, məsciddə bir sıra radikal fikirlər səsləndirilir. Deyirlər ki, sünninin malı, şiənin canı halaldır. Bu, nə düşüncədir? Bu, harda yazılıb?
QMİ-nin Qazılar Şurasının iclasında çıxış edən İçəri şəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli bildirib ki, Azərbaycanda dövlətə qarşı çıxan ideologiyalara və onların ardıcıllarına qarşı mübarizə aparılmalıdır:
"Azərbaycanın daxilində stabilliyi pozmağa çalışan xüsusi radikal qruplar var. Bunlar sələfilik, vəhabilik, təkfirçilik, xəvariclərdir. Deyirlər ki, sünninin malı, şiənin canı halaldır. Bu, nə düşüncədir? Bu harda yazılıb?".
Bu çıxışdan sonra QMİ sədri Allahşükür Paşazadə deyib ki, əgər həmin məsciddə deyilən o faktlar varsa, araşdırılacaq:
"Siz bizə yazılı müraciət edin, biz də lazımi tədbirlər görək. Kim deyir ki, məscidi bağlamaq olmaz? Əgər orada başqa məqsədlər üçün işlər görürlərsə, gələcəkdə Aşurbəy Məscidinin bağlanması gündəmdə olacaq".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?