GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Axundlar nəyə hazırlaşır? Şeyxin fətvasından sonra

Axundlar nəyə hazırlaşır? Şeyxin fətvasından sonra

Tarix: 30-01-2014, 18:29 Bölmə :Ölkə Baxış: 822
Axundlar nəyə hazırlaşır? Şeyxin fətvasından sonra
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının bu həftənin əvvəlində verdiyi fətvada vurğulanıb ki, son dövrlərdə islamın cihad və şəhadət kimi müqəddəs anlayışlarını cəmiyyətə təhrif olunmuş şəkildə çatdırmağa cəhdlər göstərilir. Qazılar Şurası qərara alıb ki, din xadimləri öz moizələrində, xütbələrində cihad və şəhadətin əsl mahiyyətini dindarlara, xüsusən gənc nəslə çatdırsınlar.


“Media forum” saytı bu fətvadan sonra axundların cümə xütbəsinə necə hazırlaşdığı ilə maraqlanıb.

Bakının İçərişəhər Cümə məscidinin axundu Surxay Məmmədli bildirib ki, istər bu həftə, istərsə də sonrakı cümə xütbələrində Qazılar Şurasının verdiyi fətva xüsusi nəzərə alınacaq: “Xütbələrdə ölkəmizdə radikal cərəyanların baş qaldırdığı xüsusi vurğulanacaq. Digər tərəfdən, vətənpərvərlik, vətən sevgisi, milli-mənəvi dəyərlər, şəhidlik fəlsəfəsinin mahiyyəti, şəhidliyin nə demək olduğu, kimləri şəhid hesab etməyin düzgün olduğu kimi məsələlərə xütbələrdə aydınlıq gətirəcəyik. Suriyaya döyüşlərə getmək bizə heç bir fayda verməz. Bu seçim Azərbaycan gəncliyini bədbəxtliyə aparır. Suriyanın daxilində gedən münaqişənin bizə aidiyyəti yoxdur. Bu, şəhidlik deyil. Bizim işğal altında qalan torpaqlarımız var, bunu unutmayaq, bu yolda mübariz olaq”.

Axund Surxay Məmmədli qeyd edib ki, belə sapınma hallarında atılmalı olan ilk addım maarifləndirməni gücləndirməkdir: “Təbliğat aparılmalı, eyni zamanda inzibati tədbirlər də görülməlidir. İnsanların beynini pozub onları Suriyaya çəkirlər. Düzgün maarifləndirmə olsa, gənclik radikallığa meyllənməz, öz yaralı yerimiz – Qarabağ haqqında düşünər. İnsanlara dinin həqiqətlərini çatdırmaq gərəkdir. İslam humanist, mütərəqqi dindir, bu mənası ilə də başa düşülməlidir”.

Gəncədəki Şah Abbas məscidinin axundu İsgəndər Məmmədov da “Media forum”a bildirib ki, bu həftədən xütbələrdə xüsusilə cihad, şəhadət və fəlakətdən danışılacaq, maarifləndirmə işi gücləndiriləcək: “Moizə zamanı şəhadətin formaları açıqlanacaq. Şəhid olmaq, şəhidlik məqamı və fəlakətə uğramaq nədir? Allah rizası ilə din, vətən, torpaq, haqq, namus uğrunda öldürülürsənsə, bu, dinimizdə şəhadət sayılır. İki dəstənin nə üçün müharibə etdiyi, dost və düşmən tərəfin bilinmədiyi halda onlara qoşulmaq və ya muzdla döyüşmək fəlakətdir – dinimiz belə deyir. Bizim tövsiyə xarakterli təsirimiz yalnız onu qəbul edənlərdən ötrüdür. Biz təlimatlandırırıq, başa salırıq, izah edirik.

Gəncədə gənclər arasında belə neqativ meyllər hiss olunmur, çünki Gəncə qədim şəhərdir, özünə uyğun ənənəsi var. Yad təriqətin belə cəmiyyətdə fəaliyyəti sadəcə özünü tanıdana qədər davam edir. Biləndən sonra ki, bu ənənələr bizim yaşayış tərzimizə, sosial həyatımıza uyğun gəlmir, cəmiyyət özü belələrindən üz döndərir. Köklü ənənəsi olduğu üçün Gəncə şəhərində radikallıq artmır, arta da bilməz. Buna zəmin yoxdur”.

Masallıdakı Cümə məscidinin axundu Malik Hüseynov “Media forum”a deyib ki, rayonda yanlış dini təsəvvürlərə qarşı həmişə təbliğat aparıblar: “İslamda bu cür – Suriyada döyüşməyə gedənlərin düşündüyü formada cihadın olmadığını dəfələrlə bəyan etmişik. Xarici qüvvələrin Azərbaycanda dini təbliğat aparması yolverilməzdir. Belə kənar qüvvələrə meyllənmək, onlara dəstək vermək adətimizə, əqidəmizə, dövlətçiliyimizə ziddir.

Azərbaycanın cənub bölgəsində belə hallar azdır. Çünki nəsə hiss edəndə qarşısını almışıq, tədbir görmüşük. Kəndlərin birində xalqımıza, dinimizə yad cərəyanın yayılması xəbərini eşitdik, oraya yollandıq, ağsaqqallarla görüşdük, camaata həmin şəxslərin kim olduğunu, bu yolun nə ilə bitə biləcəyini izah elədik. Kənar yerdən təbliğat aparmaq məqsədilə gəlmiş iki nəfər də tutuldu. Belə məsələlərdə ayıq-sayığıq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vəhabilərin məscidi bağlanır - Çağırış

    Vəhabilərin məscidi bağlanır - Çağırış ...

    28-01-2014, 13:24

  • 
  • Məhərrəm ayı ilə bağlı FƏTVA verildi - YENİLƏNİB

    Məhərrəm ayı ilə bağlı FƏTVA verildi - YENİLƏNİB ...

    13-10-2015, 12:41

  • 
  • Şeyxin 65 yaşı tamam olur

    Şeyxin 65 yaşı tamam olur ...

    26-08-2014, 00:49

  • 
  • Azərbaycanda Ramazanla bağlı fətva verildi

    Azərbaycanda Ramazanla bağlı fətva verildi ...

    8-07-2013, 15:16

  • 
  • Azərbaycanlıları Suriyaya kim göndərir?

    Azərbaycanlıları Suriyaya kim göndərir? ...

    5-02-2014, 16:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu